Fяxrяddиn mustafayev



Yüklə 136,1 Kb.
Pdf görüntüsü
səhifə159/207
tarix24.12.2023
ölçüsü136,1 Kb.
#192395
növüDərs
1   ...   155   156   157   158   159   160   161   162   ...   207
N 349

seleksiya səmərəliliyi
adlanır. Əlamətin irsən keçmə 
dərəcəsi yüksək (h
2
>0,4), orta (h
2
=0,2-0,4) və kiçik (h
2
<0,2) qiymətlərlə 
Х= 

100 


162 
qiymətləndirilməklə seleksiya işində ona xüsusi önəm verilir. Alimlər canlılarda 
irsiyyətin 3 növünü (həqiqi, yalançı və keçid) ayırd edirlər: 
Həqiqi irsiyyət
– təbii olaraq orqanizmin özünün xüsusi genlərinin (nüvə 
xromosomları genlərinin və sitoplazmadakı orqanoidlərin) təsiri nəticəsində 
yaranır. 
Yalançı irsiyyət
– yeni nəsildə patogen agentlərin (mikroorqanizmlər, 
viruslar, göbələklər) və ekzogen maddələrin təsirindən yaranmaqla orqanizmin 
geninin həmin amillərə qarşı çox həssas olması ilə səciyyələnir. Bu növ irsiyyət 
əsasən yaşıl kərtənkələdə, çəyirtkədə, kəpənək və qurdlarda müşahidə olunur və 
bir növ qoruyucu xarakter daşıyır. 
Keçid irsiyyət
– həqiqi və yalançı irsiyyəti özündə cəmləşdirməklə əsasən 
infuzorlarda müşahidə edilir. 
Kənd təsərrüfatı heyvanları və quşlarında 2 cür irsi əlamət (keyfiyyət və 
kəmiyyət) mövcud olmaqla onlar müxtəlif morfofunksional və təsərrüfat 
əhəmiyyətinə görə bir-birindən fərqlənir. Həmin əlamətlərin əksəriyyəti 
heyvandarlıqda yüksək məhsuldar növ, cins və xətlərin təkmilləşdirilməsində, 
seleksiya və damazlıq işlərində çox önəmli əhəmiyyət kəsb edir. Müstəsna hallarda 
bəzi irsi əlamətlər seleksiya zamanı praktiki cəhətdən səmərəsiz olur. 
Keyfiyyət əlamətlərinə
– heyvanın konstitusiya tipi, bədən quruluşu, (zəif, 
boş, bərk, qaba), buynuzlu, yaxud buynuzsuz olması, sinir tipləri, rəngi, 
cinsiyyəti (fərdin erkək, yaxud dişi olması), yun örtüyünün qaba, zərif, 
yarımzərif, xəz dəri tipinə məxsusluğu və s. aiddir. Bəzi keyfiyyət əlamətləri 
kəmiyyət əlamətlərinə də malik ola bilər. Belə ki, heyvanın köklük dərəcəsi 
1,2,3 və s. balla qiymətləndirilir. Keyfiyyət əlamətlərindən fərqli olaraq 
heyvandarlıq və quşçuluqda seleksiya-damazlıq işlərinin aparılmasında 
kəmiyyət əlamətləri başlıca genetik parametrlər hesab edilir. 

Yüklə 136,1 Kb.

Dostları ilə paylaş:
1   ...   155   156   157   158   159   160   161   162   ...   207




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin