161
təsnif etmişlər. Həmin
sistem fərdi inkişafda
Jakobo və Mono nəzəriyyəsi
,
yaxud
operon nəzəriyyəsi
adlanmaqla müasir genetika
elminin problemlərinin
molekulyar səviyyədə öyrənilməsinə zəmin yaratmışdır.
Operon nəzəriyyəsinə
əsasən quruluş genləri orqanizmin morfoloji quruluşunu,
operator genlər
müxtəlif funksional (fizioloji, biokimyəvi, metabolik və s.) prosesləri,
tənzimləyici genlər isə morfo-funksional proseslərin gedişini tənzimləyir
(sxem
8):
Genlərin fəallıq sistemi
Operon
Tənzimləyici genlər Operator genlər QuruluĢ genləri
A B V
Xromosom Xromosom
zülal– induksiya zülal
– repressor repressiya ferment
metabolit maddə (metabolizm)
Sxem 8.
Jakobo və Monoya görə genlərin operon nəzəriyyəsi
Genetik informasiyaların və irsi əlamətlərin
cinsiyyət yolu ilə çoxalan
canlılarda valideynlərdən nəsilə keçməsi prosesi irsən keçmə adlanmaqla
fenotipik dəyişkənliyin bir forması olub, genotipdən çox asılıdır. Heyvanlar bir-
birindən genetik fərqlənməyə görə seçilir. Hər-hansı irsi əlamət irsiyyətin və
mühitin təsirinin məcmuundan ibarətdir. İrsi
əlamətlərin xarici mühit
amillərindən asılılığı müxtəlif formada təzahür edir. İrsən keçmə aşağıdakı
düsturla hesablanır:
Ç
F
Burada:
X-əlamətin irsən keçməsini, Ç-genotipik,
F-isə-fenotipik dəyişikliyi, 100-
faizi göstərir.
Heyvandarlıqda valideyn fərdləri seçilərkən irsi əlamətlərin gələcək nəslə
keçmə dərəcəsini müəyyən etmək üçün biometrik analiz üsulu ilə irsən keçmə
əmsalı hesablanır, əlamətin gələcək nəslə keçmə dərəcəsi (faizi)
müəyyənləşdirilir və
Dostları ilə paylaş: