149
fermentinin m-RNT sintez olunur
(cədvəl 12)
.
Splaysinq
prosesi zamanı
formalaşmış m-RNT əmələ gəlir.
Translyasiya
prosesi sitoplazmada
ribosomlar üzərində nəqliyyat RNT-nin iştirakı ilə baş verir və amin
turşularının bioloji polimerləşməsi hesabına polipeptid zəncirin sintezi
m-RNT matrisinin translyasiyası nəticəsində mövcud olur. Translyasiya
yalnız m-RNT-nin ribosomla birləşməsi zamanı baş verir. Bu prosesin
normal getməsi üçün r-RNT molekulları uyğun amin turşularına
birləşməlidir. Hüceyrənin ribosomlarında 2 şırım olur ki, onların biri
böyüyən polipeptid zənciri, ikinci isə m-RNT-ni saxlayır. Ribosomlarda
həmçinin n-RNT molekullarını birləşdirən
2 fərqli sahə (sayt)
mövcuddur. Birinci
P-sahə, yaxud peptidli sayt
adlanmaqla, peptid
rabitələr hesabına birləşən amin turşuları ilə yüklənir. İkinci
A – sahə,
yaxud aminoasil sayt
isə ribosomlara daxil olan aminoasil-n-RNT-lərin
saxlanmasına zəmin yaradır. Ribosomda zülalın biosintezi bir-birini
ardıcıl olaraq müşayət edən 3 mərhələ –
inisiasiya, elonqasiya və
terminasiya
ilə davam edir.
Dostları ilə paylaş: