143
Transkripsiya
– mərhələsində DNT-nin hər bir geni iRNT-nin sintezi üçün
sələf rolu oynayır və gendə nukleotidlərin sıra ilə yerləşməsi təmin edilir. İrsi
informasiyaların sıraya düzülüşü DNT-nin
promotor
adlanan müəyyən
hissəsindən başlayır. Promotor gendən əvvəl yerləşməklə 80 nukleotiddən
ibarətdir. DNT-dən asılı RNT-polimeraza fermenti promotoru tanıyır, dərhal
onunla möhkəm birləşərək onu əridir və nukleotidlərin tellərini birləşdirir,
nəticədə m-RNT sintez olunur. Bu zaman adenin timinlə, urasil adeninlə, sitozin
quaninlə, quanin isə sitozinlə birləşir. Polimerazanın m-RNT əmələ gətirdiyi gen
sahələri yenidən birləşir və m-RNT-nin sintez olunan molekulları tədricən DNT-
dən ayrılmağa başlayır. DNT-nin informasiya daşıyan sahələri
Dostları ilə paylaş: