147
3. 4. Genetik kod, onun xassələri və tənzimlənməsi
«Escherichia coli bakteriyasının xro-
mosomu, yaxud DNT-sində 2000 gen var-
dır. Onlar özlərində 500-ə qədər amin tur-
şusu qalıqlarına malik olan 2000 müxtəlif
zülalların sintezi haqqındakı informasiyala-
rı saxlayır»
(C.N.Devidson, 1967)
Orqanizmlərin irsi məlumatlarının qorunması,
onun öz-özünə yeniləşmə-
sinin tənzimlənməsi prosesinin təmin olunması və
nəsildən-nəsilə ötürülməsi
DNT molekulları vasitəsilə həyata keçirilir. DNT molekullarının
tərkibi xətti
olaraq birləşən dezoksiribonukleotidlərdən
ibarət olmaqla, onların
həmin
ardıcıllığı genlərin son məhsulu olan zülal komponentlərinə müvafiq olur.
Transkripsiya
prosesi
zamanı DNT-də
olan informasiya m-RNT-yə
köçürüldükdən sonra m-RNT hüceyrənin ribosomu
ilə birləşir və zülal
molekulları sintez olunur. Beləliklə də DNT-də kodlaşdırılan genetik məlumatın
RNT-yə və zülala axını prosesi icra olunur. DNT molekulunun nukleotidlərinin
triplet ardıcıllığının, müvafiq olaraq zülal molekulunda amin turşularının
ardıcıllığına keçməsi prosesi
Dostları ilə paylaş: