152
Genetik kodun tənzimlənməsi
– prosesinin mexanizmi həmişə alimlərin
diqqət mərkəzində olmuşdur. Bu mexanizmiilk dəfə olaraq fransız alimləri
F.Jakob və J.Mono tərəfindən 1961-ci ildə E.colinin ştammları üzərində ətraflı
öyrənilmişdir.
Həmin proses
induksiya-repressiya
mexanizmi adlanmaqla,
müəyyən edilmişdir ki, zülalların sintezi ferment üçün qidalandırıcı
mühit-
substrat rolunu oynayan və hüceyrələrin normal funksiyalarının icra olunmasını
təmin edən xüsusi maddə ilə induksiya olunur. Belə ki, E.coli bakteriyasının
yetişdirildiyi xüsusi elektiv (Endo) qida mühitində laktoza (süd şəkəri)
olmadıqda onun genləri qeyri-fəal-repressiya halında olur. Qida mühitinə laktoza
əlavə olunduqda bakteriyanın genləri fəallaşır və fermentlərin sintezi bərpa
edilir.
İnduksiya –repressiya
mexanizmi vasitəsilə hüceyrənin genlərinin qeyri-
fəal mərhələsində onların normal fəaliyyəti və fəallaşması təmin edilir, lazımı
genləri işə salır və fermentlər sintez olunur. Qida
mühitində fermentlərlə deq-
radasiyaya məruz qalan qidalı maddə-substrat tükəndikdə genlər repressiya
olunur, onlar öz funksiyasını artıq yerinə yetirə bilmir və fəaliyyəti dayanır. Ali
orqanizmlərdə genlərin fəallığının tənzimlənməsi prosesi daha mürəkkəb
xarakter daşımaqla, bitkilərdə
xarici mühit amilləri, heyvanlarda isə başlıca
olaraq müvafiq hormonlar və hüceyrə membranı vasitəsilə həyata keçirilir.
Genetik kodun tənzimlənmə mexanizminin aşkarlanması DNT-də yerləşən
genetik aparatın olduqca mürəkkəb quruluşlu olmasını bir daha sübut etdi.
Fermentlərin, zülalların, n-RNT və r-RNT-nin biosintezini kodlaşdıran genlər,
quruluş (struktur)
genləri adlanır və operonda qeyri-fəal repressiya halında
olurlar. Onların operonun tərkibinə daxil olmasına baxmayaraq, operonun
özünün işi isə yalnız xüsusi tənzimləyici genlər tərəfindən icra olunur.
Tənzimləyici gen repressor-DNT molekulunun xüsusi
sahəsində yerləşir və
müvafiq zülalın biosintezini kodlaşdırır. Quruluş genlərin funksiyasını operonda
DNT
nukleotidləri
AAA
QQA
ATA
TTT
SAA
TTA
TQA
m-RNT
kodonları
UUU
SSU
UAU
AAA
QUU
AAU
ASU
n-RNT
antikodonları
AAA
QQA
AUA
UUU
SAA
UUA
UQA
Amin
turşuları
polipeptid
zəncirlərində
Feni
lal
ani
n
Prol
in
Tir
ozi
n
Liz
in
V
al
in
A
spa
ragi
n
Treoni
n
153
yerləşən və kodlaşdırıcı fəaliyyəti göstərməyən genlər –
akseptor genlər
icra
edir. Onlar quruluş genlərinin işini tənzimləyən fərqli zülalların birləşdiyi sahə
funksiyasını yerinə yetirir. Hüceyrəyə daxil olan laktoza induktor rolu oynayaraq
tənzimləyici genlə kodlaşan zülalları blokadaya uğratdıqda, onlar operator
geninə birləşmə xassəsindən tamamilə məhrum olur, nəticədə operator geni fəal
forma alır və quruluş genlərini işə salır.
Ümumiyyətlə, akseptor və quruluş
genləri sistemi xüsusi bir operon təşkil edir.
Transkripsiya prosesində m-RNT bir operonda yerləşən hər 3 struktur
genlərdən genetik informasiyanı qəbul edir və bu zaman ribosomda 3 polipeptid
zəncirin
sintezi baş verir, m-RNT-də mövcud olan kodonlarla nukleotidlərin
ardıcıllıqlarına müvafiq olaraq polipeptid zincirin sintezi yaranır. Triptofanın
hüceyrədə miqdarı normadan artıq olduqda tənzimləyici-gen tənzimləyici-zülalla
birləşərək onun fəaliyyətini dəyişir və operon ilə qarşılıqlı əlaqəyə girib müvafiq
m-RNT-nin sintezini repressiyaya uğradır. Bunlar E.coli üzərində aparılan
təcrübə zamanı triptofan amin turşusunun sintezinə nəzarət edən neqativ
repressiya (induksiya) formasında təzahür edir. Lakin
Dostları ilə paylaş: