55
Azərbaycanda kənd təsərrüfatı heyvanlarının anatomiyasının və morfologi-
yasının öyrənilməsi sahəsində ilk elmlər doktoru, professor Rüstəm Bəhram oğlu
Rüstəmovun baytarlıq təbabəti həkimləri və zootexniklərin hazırlanmasında çox
böyük xidmətləri olmuşdur. R.B.Rüstəmov sabiq SSRİ məkanında görkəmli an-
atom və morfoloq kimi tanınmış
və şöhrətlənmiş bir alim, elm xadimi idi. O,
1949-cu ildə ADAU-nin baytarlıq təbabəti fakültəsini bitirib,
Sankt-Peterburq
Baytarlıq İnstitııtunun "Cərrahiyyə" kafedrasının aspiranturasına daxil olmuşdur.
Alim 1953-cü ildə ―Atların çanaq-bud oynağının arterial qan təchizatı və
çanaqətrafı oynaqlarının toxumlarının onurğa beynin novokain blokadası
fonunda keçiriciliyi" mövzusunda namizədlik dissertasiyası müdafiə etmiş,
1953-1962-ci illərdə "Anatomiya" kafedrasında
əvvəlcə assistent, sonra isə
dosent vəzifəsində çalısmışdır. R.Rüstəmov 1962-ci
ildə Sankt-Peterburq
Baytarlıq İnstitutunun doktoranturasına daxil olmuş və 1965-ci ildə "Camış,
qaramal və qoyunların çanaqətrafı əzələlərin arterial qan təchizatı və onların
damar-sinir zonaları‖ mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir.
1968-ci ildə sabiq SSRİ Ali Attestasiya Komissiyasının qərarı ilə ona professor
elmi rütbəsi verilmişdir. O, 1967-1972-ci illərdə ADAU-nin elmi işlər üzrə
prorektoru, 1997-ci ilədək kafedra müdiri vəzifələrində işləmişdir. Alim 100-dən
çox elmi əsərin müəllifidir. R. Rüstəmov
1975-ci ildə
"İşində əla nailiyyətlərə görə"
medalı ilə təltif olunmuş, 2003-cü üdə "Vektor" Beynəlxalq Elm Mərkəzi Mükafat
Komissivasının qərarı ilə "Azərbaycanın tanınmış alimləri"
Beynəlxalq layihəsinin
qalibi olmuş və XXI əsrin tanınmış alimi" Beynəlxalq Diplomu ilə təltif edilmişdir.
Onun rəhbərliyi ilə hazırlanmış və «Ev heyvanlarının anatomiyası» adlı ilk ali
məktəb dərslikləri, çoxlu sayda metodiki vəsaitlər və s. hazırlanmışdır. R.Rüstəmov
həm yüksək intellektual səviyyəyə
və erudisiyaya malik alim, həm də qayğıkeş,
həssas, humanist, hamı tərəfindən sevilən bir
şəxsiyyət kimi bütün elmi
ictimaiyyətin rəğbətini qazanmış pedaqoq idi. O, elmi-pedaqoji fəaliyyəti ilə
bərabər, həm də mahir tarzən kimi tanınırdı. Onun atası məşhur tarzən Quzanlı
Bəhrəm milli muğam sənətinin banilərindən biri Seyid Şuşinskini (Ağanı) uzun
müddət tarda müşayət etmişdir.
Rüstəm müəllimin ən böyük xidmətlərindən biri onun uzun müddət rəhbərlik etdiyi
anatomiya və fiziologiya kafedrasında öz yetirməsi professor Adil Ramazanovla birlikdə
kənd təsərrüfatı heyvanlarının və quşların heç bir universitetdə analoqu olmayan, olduqca
zəngin və nadir eksponatlara malik olan anatomiya muzeyini təşkil etməsidir. Rüstəmovlar
ailəsi həm də təbabətə və baytarlıq təbabətinə irsən sadiq qalması ilə səciyyələnir. Alimin
oğlu Etibar tibbi həkim, Daşqın və onun həyat yoldaşı Siyala xanım və qızı Rəna xanım
baytarlıq təbabəti həkimidir. Siyala xanım Rüstəmova hazırda Respublika Baytarlıq
Xidməti İdarəsinin
rəisi vəzifəsində işləyir, həmin sahənin tərəqqisi, inkişafı
və qlobal
problemlərinin həlli üçün təqdirəlayiq, geniş diapozonlu fəaliyyət növlərinə rəhbərlik edir.
Dostları ilə paylaş: