Fяxrяddиn mustafayev


Səttarzadə Rəhim Xeyrulla oğlu



Yüklə 136,1 Kb.
Pdf görüntüsü
səhifə64/207
tarix24.12.2023
ölçüsü136,1 Kb.
#192395
növüDərs
1   ...   60   61   62   63   64   65   66   67   ...   207
N 349

Səttarzadə Rəhim Xeyrulla oğlu
(1910-1976) 
 
Professor Rəhim Xeyrulla oğlu
 
Səttarzadə ölkəmizdə atçılığın tarixinin və 
inkişafı yollarının öyrənilməsi ilə məşğul olan ilk tədqiqatçı alim olmuşdur. 
Onun elmi-tədqiqat işlərinin və yaradıcılığının əsas istiqamətini Azərbaycanda 
yetişdirilən ―Qarabağ‖ və ―Diliboz‖ at populyasiyalarının genetik və bioloji-
təsərrüfat xüsusiyyətlərinin, onların yaxşılaşdırılması yollarının, bərpa olunması-
nın və təkmilləşdirilməsinin elmi əsaslarının araşdırılması təşkil edir. Alimin 
rəhbərliyi ilə Ağdam atçılıq zavodunda ―Qarabağ‖ at cinsi təkmilləşdirilərək 
onun yeni zavod tipi, Ağstafa atçılıq zavodunda isə təmizqanlı minik atı 
yetişdirilmiş, Qafqaz Qonuru, Simmental, Şvis, Qonur Latviya, Kastroma və s. 
qaramal cinslərinin məhsuldarlıq xüsusiyyətləri və onların artırılması yolları 
öyrənilmişdir. O, Qonur Latviya və Qırmızı Səhra 
qaramal cinslərini Simmental və Şvis cinsləri ilə 
mələzləşdirməklə 
yeni 
məhsuldar 
cinsin 
yardılmasına nail olmuşdur. Alim 1933-cü ildə 
ADAU-nun zootexniklik fakültəsini, 1937-ci ildə 
aspiranturanı bitirmiş, namizədlik dissertasiyası 
müdafiə etmiş, 1938-1948-ci illərdə zootexnik fa-
kültəsınin dekanı, 1949-1952-ci illərdə direktorun 
tədris və elmi işlər üzrə müavini işləmişdir. O, 
Moskvada 
Timirzayev 
adına 
Akademiyada 
―Azərbaycanın yerli və mələz atlarının təsərrüfat-
bioloji xüsusiyyətləri və atçılığın keyfiyyətcə yaxşılaşdırılması yolları‖ mövzusu 
üzrə doktorluq dissertasiyasını 1958-ci ildə müdafiə etmişdir. 1959-cu ildə isə 
ona professor elmi adı verilmişdir. R.Səttarzadə 1960-cı ildə Azərbaycan Kənd 
Təsərrüfatı Elmləri Akademiyasının həqiqi üzvü seçilmişdir. R.Səttarzadə 2 
dərslik və 2 monoqrafiyanın müəllifi olmaqla yanaşı elmə böyük səmərə gətirən 


59 
60-dan çox elmi əsər də yazmışdır. Onun ―Atçılıq‖ adlı dərsliyi hələdə öz 
əhəmiyyətini saxlayır və istifadə edilir. O, iki dəfə ―Şərəf Nişanı‖ ordeni, 
həmçinin medallarla, Azərbaycan SSR Ali Sovetinin Fəxri fərmanı ilə, ÜİKTN 
sərgisinin iki döş nişanı ilə təltif olunmuşdur. 

Yüklə 136,1 Kb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   207




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin