Modulun adı: Ədviyyat, bitki çayları və dərman bitkiləri
55
Reyhanın quru yarpaqlarında 16,5 % azotlu maddə, 4,75 % yağ, 12,5 %
sellüloza, 8,7
mq% karotin, 150 mq% rutin, 6 % aşı maddəsi, vitaminlər, üzvi turşular, qatran, boyaq
maddələri, qlükozidlər, şəkərli maddələr və sairə vardır. Reyhanın çiçəklərində 0,3-1,5 %,
yaşıl yarpaqlarında isə 0,04-0,50 % efir yağı vardır. Toxumların tərkibində 12-19 %
piyəbənzər yağ maddəsi tapılmışdır.
Reyhanda olan boya maddələri - xlorofil, flavonlar, karotin tibbi cəhətdən çox faydalıdır.
Bu maddələr qanazlığına, mədə-bağırsaq və avitaminoz xəstəliklərinə
müalicəvi təsir
göstərir. Reyhan qida ilə qəbul olunduqda mədənin fəaliyyətini artırır, orqanizmdə maddələr
mübadiləsini yaxşılaşdırır. Qanın tərkib hissələrini normal vəziyyətdə saxlayır, böyrək və
sidik yollarının iltihabını aradan qaldırır. Reyhan qarın köpməsinə,
mədə və sidik kisəsi
ağrılarına, qıcolmaya, mədə soyuqdəymələrinin xroniki proseslərinə, boğaz ağrılarına da
müalicəvi təsir göstərir. Reyhanın tərkibində olan kamfora maddəsində tibdə yorğunluq
nəticəsində əmələ gələn əsəb sarsıntılarında, qan dövranı pozğunluqlarında, tənginəfəslikdə,
ümumi zəiflikdə,
ürək-damar, qızdırma, soyuqdəymə, sancılar və sairə xəstəliklərin
müalicəsində istifadə olunur.
Geniş istifadə dairəsinə malik olan ətirli reyhan təzə
halda da istifadə olunmaqla
bərabər ətirlərin alınmasında, konserv sənayesində, müxtəlif xörəklərin, salatların, ətirli şirə,
şərbət və şərabların hazırlanmasında istifadə olunur. Azərbaycan qədim zamanlardan reyhan
toxumu, şəkər və limon qatmaqla məşhur "baləng" şərbəti hazırlayır, bayram və hüzur
mərasimlərində stola verirlər. Bitki efirli yağ, aşı və şəkərli maddələrlə bərabər üzvi turşular,
vitaminlər, mineral maddələrlə zəngin olmaqla, onun efir yağı antiseptik xassəyə malikdir. Bu
xüsusiyyətə görə ət, digər yemək məhsullarının saxlanmasında ondan konservləşdirici kimi
istifadə edilir. Tərəvəz xörəklərinə - noxud, lobya, pomidor, kərəviz, mərzə və sairə ətir, dad
vermək və vitaminlərlə zənginləşdirmək üçün reyhandan qatqı kimi istifadə edilir.
Reyhan
yayda hazırlanan bir çox xörəklərin sup (şorba), dovğa və sairə hazırlanmasında əlavə qatqı
kimi də istifadə edilir.
Efir yağından alınan evgenoldan xoş ətirli maddə kimi ətriyyat və yeyinti sənayesində
geniş istifadə edilir. EvgenoI dezinfeksiyaedici vasitə kimi dişin dibindən gələn xoşagəlməz
qoxuları yox etmək üçün də işlədilir.
Dostları ilə paylaş: