Modulun adı: Ədviyyat, bitki çayları və dərman bitkiləri
53
sabun bişirmə, tütünçülük, toxuculuq sənayesində istifadə edilir. Keşnişin yaşıl kütləsi bütün
il boyu xalq tərəfindən müxtəlif xörəklərin və salatların hazırlanmasında
geniş istifadə
olunur.
1.7.4. Cəfəri
Cəfərinin kökündən və yarpaqlarından
istifadə olunur. Bitki ətirli olmaqla bərabər
yarpaqlarında 3,7 % azotlu maddələr, 0,72 % yağ,
6,7 % azotsuz ekstraktiv maddələr, 1,45 %
sellüloza, 1,7 % kül, 1,1 %
mineral maddələr, 0,1
% üzvi turşular, karotin, C, B
1
, B
2
, K vitaminləri
vardır. Toxumlarında 2-7 %, yarpaqlarında 0,3 %
efır yağı vardır (Şəkil 1.38).
Şəkil 1.38. Cəfəri
Qədim Roma və Yunan xalqları hələ bizim eradan qabaq
cəfəridən dərman və ədviyyə
kimi geniş surətdə istifadə etmişlər.
Cəfəri ədviyyə xassəli, şirintəhər, xoş iyə və kəskin tama malik bitkidir. Əczaçılıq
sənayesində bunun kök hissəsindən cövhər və müalicəvi xüsusiyyətinə malik çay hazırlanır,
qaraciyər və öd kisəsi xəstəliklərində çox istifadə edilir. Xalq təbabətində pörtlədilmiş halda
yel, böyrək xəstəlikləri və sinqa xəstəliklərinin müalicəsində istifadə olunur. Məşhur alim İbn
Sina
qeyd edirdi ki, cəfəri sidiyi qovub, böyrəkləri, sidik kisəsini təmizləyir.
Soyuqdəymələrdə, yaraların sağalmasında, görmə qabiliyyətinin artırılmasında,
sidik kisəsi
və böyrək daşı xəstəliyində, vitamin çatışmamazlığında daha çox istifadə olunur. Cəfərinin
cavan yaşıl zoğları ət, balıq və tərəvəz xörəklərinə ədviyyə kimi əlavə edilir. Bitki təzə halda
müxtəlif
xörəklərin, salatların hazırlanmasında, konserv sənayesində, xüsusən meyvə-
tərəvəzin duza və şorabaya qoyulmasında geniş istifadə olunur. Cəfəri kökündən aşpazlıqda,
efir yağından ətriyyat, kosmetika və sabunbişirmə sənayesində istifadə edilir.
Dostları ilə paylaş: