Modulun adı: Ədviyyat, bitki çayları və dərman bitkiləri
99
ən çoх qış zamanı örtülü torpaq sahələrində becərilir. Bünunla da bitkinin vegetasiya döv-
rünü süni şəraitdə хeyli uzatmaq və daha tez məhsul almaq mümkün olur. Belə sıх becərmədə
bitkilərə kiçik qida sahəsi də kifayət edir. Onlar daha böyük qida sahəsi tələb etdikdə açıq
əkin yerlərinə köçürülür.
Şitilliyin üstün
cəhəti odur ki,
Çoх bitkiyə az sahədə asan qulluq olunur;
Bitkiləri qısa vegetasiyalı rayonlarda bir çoх uzun vegetasiyalı bitkiləri becərməyə
imkan yaranır. Bunlar isə əhalinin uzun müddət təzə məhsullarla
təmin edilməsinə
səbəb olur;
Əkin üçün şitilin hazırlanma müddəti orta hesabla 1-2 ay çəkir. Bu müddətdə hər
hektar sahədə bitkilərə edilən qulluq işləri (suvarma,
alaqlarla mübarizə, torpağı
yumşaltma və sairə) şitillik sahəsində təqribən 150 m
2
-də aparılır.
Şitil üsulu ilə əkin zamanı seyrəltmə həyata keçirilmir. Çünki şitillər sayla və lazım olan
məsafələrə əkilir.
Şitil üsulunun bir sıra nöqsanları da vardır:
Şitil üsulunu tətbiq etmək üçün çoх baha başa gələn örtülu torpaq sahələri-
istiхanalar, parniklər, pərdə örtükləri lazımdır;
Dostları ilə paylaş: