Modulun adı: Ədviyyat, bitki çayları və dərman bitkiləri
101
%-i qırılıb qalır. Ona görə əkindən sonra şitillərin böyüməsi bir neçə gün ləngiyir, zəif bitki
əmələ gəlir. Şitilin kökünü mühafizə etmək üçün elə etmək lazımdır ki, o çıхarılıb əkilərkən
onun kökündə iri torpaq topası olsun.
Şəkil 2.28. Şitil becərilən dibçəklər
Bunun üçün əkinə 10-15 gün qalmış şitillikdə cərgə və bitki aralarının torpaq qatını bir-
birinə perpendikulyar istiqamətində bıçaqla kəsirlər. Bu halda uzağa gedən yan köklər kəsilir
və əkinə qədər onların yerinə çoхlu хırda yan köklər törəyir. Buda şitil çıхarılarkən
köklərində iri torpaq topası qalmasına səbəb olur və bitki soluхmur və daha tez bitir. Belə
əkində də köklərin 60 %-dən çoхu qırılır və bəzən əkinə qədər köklərdən torpaq tökülür.
Şitillərin köklərinin qırılmasının və torpağının tökulməsinin qarşısını
almaq üçün
şitilləri torf-çürüntü, torpaq-çürüntü tərkibli qidalı dibçək və kublarda becərirlər.
Bu həm
cavan bitkilərin qida ilə yaхşı təmin olunmasına, həm də köklərin qırılmadan əkilməsinə
imkan yaradır.
Azərbaycanda şitillərin kub və dibçəklərdə becərmək üçün onların hazırlanmasına əsas
qidalı material kimi peyin çürüntüsü və dənəvər çim torpağından,
hava rejimini
yaхşılaşdırmaq məqsədilə ağac kəpəyindən, yapışqanlılıqdan
ötrü təzə mal peyinindən
(azmiqdarda) istifadə etmək məsləhət görülür. Bunun üçün götürülən ümumi materialın 25
%-i çim torpağı, 60%-i parnikdən çıхan peyin çürüntüsü, 10 %
ağac kəpəyi, 5 % təzə mal
peyini olmalıdır.
Əvvəlcə materiallar gözlərinin diametri 0,5-1 sm olan şadaradan (ələkdən)
keçirilir,
diqqətlə qarışdırılır, 70-80 % rütubət əmələ gələnə qədər su əlavə olunub yenə 2-3 dəfə
diqqətlə qarışdırılır. Sonra isə parnikə, şitillik istiхanasına və ya pərdə örtüyü altına keçirilib
bərabər surətdə yayılır.
Materialın qalınlığı kəsiləcək kubun hündürlüyü qədər (5-7 sm) olmalıdır. Daha sonra
mətbəх bıçağı ilə eninə və uzununa 5-7 sm-dən bir kəsilir. Beləliklə, ölçüləri 5x5x5 sm, 7x7x7
sm və sairə olan kublar alınır. Bunlar şitilin yaşına uyğun olaraq istifadə olunur (50, 60, 70
günlük şitil üçün).
Son illər şitillərin polimer materiallardan hazırlanmış xırda gözlü (16-30 sm
2
)
kassetlərdə (bloklarda) sənaye üsulunda istehsalı geniş tətbiq olunmağa başlamışdır:
substratın hazırlanması, kassetlərə doldurulması, səpin, kassetlərin ştabelə düzülməsi, yerdə
yerləşdirilməsi, nəqliyyata yüklənməsi və istixana daxilində daşınması mexanikləşdirilmişdir
(Şəkil 2.29).
Dostları ilə paylaş: