211
"Kəzin" sözü "kəz" şəklində "Kitab əl-idrak" da, “Ət-töh-
fə"də
1
, eləcə də orta əsrlər Azərbaycan yazılı abidələrinin ço-
xunda eyni mənada işlənmişdir.
Köşk
- qəsr, imarət, saray
:
Vardurur hər şəhr içində biqüsur,
Yenə yetmiş miŋ dəxi
köşkü
qüsur.
Öncə qeyd edək ki, bu nümunədə "köşk" sözü ilə yanaşı,
onun ərəbcə sinonimi olan "qüsur" (qəsrlər, saraylar) sözü də
qoşa işlənmişdir."Köşk" sözünə eyni mənada həm qədim türk
mətnlərində, həm də orta yüzilliklərə aid Azərbaycan yazılı abi-
dələrində rast gəlirik. Çağdaş ədəbi dilimizdə bu söz "köşk",
"budka" mənalarında işlənir.
Qat
- yan, qabaq, qarşı:
Çünki gördi, qəmçi urdı atına,
Ta ki baxubən gəldi anıŋ
qatına
.
“Qat”sözü eyni mənada istər qədim türk mətnlərində , istər-
sə də Azərbaycan yazılı abidələrində və türkdilli mətnlərdə bol-
bol işlənmişdir.
Dostları ilə paylaş: