Sayali sadiqova



Yüklə 3,57 Mb.
Pdf görüntüsü
səhifə116/208
tarix25.12.2023
ölçüsü3,57 Mb.
#194908
1   ...   112   113   114   115   116   117   118   119   ...   208
Mohsun N - Sayali S Azerbaycan edebi dili son (2)

 
Əsrük/əsrik
 - sərxoş, kefli, məst: 
 
Həm üçünci mən şərabı içmədim,
Əsrük
 adəmin yanından keçmədim. 
1
XIII asirdan günümüze kadar kitaplardan toplanmiş taniklariyle Tarama 
sözlügü I-VI s. Ankara, 1941 -1945, səh.1479-1482 


207 
"Əsrük" sözü istər qədim türk mətnlərində istərsə də XIII-
XIV yüzilliklərə aid yazılı abidələrdə işlənmişdir. Həzini bu si-
fətin kökündə dayanan "əsrimək" (keflənmək, sərxoş olmaq, 
məst olmaq) feilini də işlətmişdir: 
 
Xəmr içübən 
əsrimiş
 idi yəman,
Dedi ki, yeri ögimcə bu zəman. 
"Əsrük" sözü "Kitabi-Dədə Qorqud"da da işlənmişdir: "
Ol 
şərabdan içən əsrük olur
". V. Radlovun lüğətində "əsrik" şəklin-
də qeyd olunan bu sözin "qızmış", "qudurmuş” mənaları da gös-
tərilir . "Əsrük" sifəti və "əsrimək” feili Yusif Məddahın "Vərqa 
və Gülşah" poemasında , "əsrimək" feili isə Nəsimi “Divan”ında 
işlənmişdir. Şirazinin "Gülşəni-raz" tərcüməsi"ndə isə eyniköklü 
"əsrüklük” (sərxoşluq, məstlik) ismi və "əsritmək" (kefləndir-
mək) feilinə rast gəlirik
 
Ətmək
 - çörək

 
Bir qürab endi həvadən dər-zaman,
Süfrədən bir 
ətməgi 
qapdı rəvan. 
“Ətmək” sözü "Divanü luğat-it-türk"də ("epmək" və "et- 
mək” şəklində) Qütbün "Xosrov və Şirin" əsərində və başqa türk-
dilli mətnlərdə, eləcə də Azərbaycan yazılı abidələrinin çoxunda 
işlənmişdir. "Şühədanamə"də bu sözə "ekmək" şəklində rast gəli-
rik . "Ətmək" sözü çağdaş türk və qumıq dillərində “ekmek”, tatar 
və başqırdca isə "ikmək" şəklində işlənir. Dilimizin bir çox şivə-
lərində bu söz “əppək” şəklində qorunub saxlanılmışdır.

Yüklə 3,57 Mb.

Dostları ilə paylaş:
1   ...   112   113   114   115   116   117   118   119   ...   208




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin