4
birini tamamlayır. Bu leksikada, qədim kitabə və abidələrimizdə
xalqımızın etnoqrafiyası, mədəniyyəti, dilin inkişaf səviyyəsi öz
əksini tapır. Dil situasiyası mühitlə, cəmiyyətlə bağlı reallığı əks
etdirir, dil siyasəti probleminin nəzəri inkişafını istiqamətləndi-
rir. Ona görə də müxtəlif mərhələ, ictimai-siyasi dövrlərdəki dil
situasiyası və bu proseslərin dildə təzahürü, izləri ətraflı linqvo-
politoloji tədqiqatla meydana çıxarıla bilər. Dildə söz yaradıcılı-
ğı prosesi birinci növbədə dilin daxili imkanları hesabına inkişaf
edir. Buna görə də dildə yeni yaranan anlayışların adlandırılma-
sının optimal yolları müəyyənləşdirilməlidir.
Çünki cəmiyyətin
bir çox fəaliyyət sahələrində baş verən dəyişikliklərin dilə birba-
şa təsir dairəsi onun leksik səviyyəsi ilə bağlıdır. Leksikanın ən
fəal, dəyişən, artan, təkmilləşən və yeniləşən layı olan termino-
loji leksika sosial-iqtisadi inkişaf və elmi-texniki tərəqqi ilə əla-
qədə inkişaf edir. Bu istiqamətdə bir sıra tədqiqat işləri aparılsa
da, tarixən leksikanın inkişafı, bu inkişafa təsir edən amillərin
müəyyənləşdirilməsi dilçiliyin aktual problemlərindəndir. Mo-
noqrafiyada dilin leksik qatının zənginləşməsinin
nəzəri prob-
lemləri müxtəlif istiqamətlərdə təhlil olunmuşdur. Tədqiqatda
ədəbi dilin zənginləşməsində qədim abidələrin rolu, orta əsrlərə
aid tərcümə əsərlərinin, lüğətlərin rolu, söz yaradıcılığı və inki-
şaf meyilləri təhlil edilmişdir. Tərcümə başlıca informasiya vasi-
təsi olmaqla yanaşı, həm də ədəbi dilin lüğət tərkibinin leksik-
semantik potensialını zənginləşdirən mühüm amillərdən biridir.
Tərcümə dilində işlədilən bir çox leksik vahidlər dilin lüğət tər-
kibinin bir elementi olsa da, çox zaman ümumişlək səciyyə daşı-
mır. Tərcümə ədəbiyyatı vasitəsilə
dilin lüğət tərkibinə keçən
sözlər bilavasitə müxtəlif sahələrdə, bu və ya digər situativ şəra-
itdə işlədilir. Tərcümə ədəbiyyatının təsiri ilə bu və ya digər dil-
də terminoloji səciyyəli söz birləşmələri meydana gəlir. Lakin
xüsusi leksik vahidlərin bu yolla əmələ gəlməsi normativ xüsu-
siyyət deyildir. Ümumi halda, bir
dildə mövcud olan bu və ya
digər leksik-qrammatik forma başqa dildə motivasiya xüsusiy-
5
yətinə, yəni semantik əsasa malik deyilsə, onda bunlar həmin di-
lə ya struktur əsasda çevrilir, tərcümə edilir, ya da hazır şəkildə
daxil olur. Beləliklə, tərcümənin təsiri ilə ikinci dildə də bilava-
sitə orijinal dilin təsiri ilə yeni məzmunlu söz birləşmələri və
leksik vahidlər əmələ gəlir. Dildə özünəməxsus leksik-semantik
motivasiya mövcud olduqda isə tərcümə
dilinin təsiri ilə yeni
formaların əmələ gəlməsinə ehtiyac olmur. Bu baxımdan XV-
XVI əsrlərdə dilimizə tərcümə edilmiş əsərlər sadə və anlaşıqlı
bir dildə – canlı ümumxalq danışıq dilində qələmə alınmışdır.
Həmin tərcümə örnəklərinin dilində xalq danışıq dilindən gələn
deyimlərdən, atalar sözlərindən bol-bol istifadə olunmuş və bü-
tövlükdə götürüldükdə türkmənşəli sözlərə üstünlük verilmişdir.
Qeyd edək ki, orta əsrlərdə “başı” tərkibi ilə düzəlmiş onlarca
mürəkkəb
söz işlənmiş, hətta həmin dövrdə fars dilinə də keç-
mişdir. Məsələn:
Dostları ilə paylaş: