Sayali sadiqova



Yüklə 3,57 Mb.
Pdf görüntüsü
səhifə4/208
tarix25.12.2023
ölçüsü3,57 Mb.
#194908
1   2   3   4   5   6   7   8   9   ...   208
Mohsun N - Sayali S Azerbaycan edebi dili son (2)

 
 


10 
I F Ə S İ L 
AZƏRBAYCAN ƏDƏBİ DİLİNİN ZƏNGİNLƏŞMƏ 
QAYNAQLARI 
1.1. AZƏRBAYCAN ƏDƏBİ DİLİNİN LÜĞƏT 
TƏRKİBİNİN İNKİŞAFI
 
Ədəbi dilin təşəkkülü və inkişafı tarixində xüsusi önəm da-
şıyan dövrlər öz xarakterik xüsusiyyətlərinə görə bir-birindən 
fərqlənir. Çünki dilin inkişaf tarixini əks etdirən dövrlərin hər 
birinin özünəməxsus xüsusiyyətlərini, inkişaf istiqamətlərini, ey-
ni zamanda dilin lüğət tərkibini, leksikasının inkişafını şərtləndi-
rən dildaxili və dilxarici amillərin nəzərə alınması zəruridir. Di-
lin lüğət tərkibinin müasir dövrdə inkişafına və dilin yeni vahid-
lərlə zənginləşməsinə səbəb olan müxtəlif xarici təsirlər üstün-
lük təşkil etsə də əvvəlki dövrlərdə dilin daxili imkanları aparıcı 
istiqamətlərdən olmuşdur. 
Dil toplanmış bilik və məlumatların sonrakı nəslə ötürülmə-
sində əsas vasitədir. Cəmiyyətdə baş verən sosial, ictimai-siyasi 
dəyişikliklər dili inkişaf etdirir. Dildə əmələ gələn yeni söz və 
söz birləşmələri cəmiyyətdə yeni yaranmış anlayışların ifadəsi 
kimi meydana çıxır. Müxtəlif sosial hadisələr, o cümlədən səna-
ye və kənd təsərrüfatının inkişafı, ictimai mühitdə baş verən də-
yişikliklər dildə öz əksini tapır. Bu baxımdan xalqın tarixi inki-
şafı dilin inkişaf etməsinə təsir edir. Xüsusi qeyd etmək lazımdır 
ki, cəmiyyətin sosial strukturu, onun sosial sferalarının dəyişmə-
si dilin zənginləşməsinə birbaşa təsir göstərir. Belə ki, ümum-
xalq dilinin sosial diferensiasiyası cəmiyyətin mürəkkəb sosial 
quruluşunun dildəki təbii nəticəsi və real dil təzahürüdür. Bu ba-
xımdan ictimai-siyasi, maddi-mədəni leksika ilə ümumişlək lek-
sika arasında sərhəd çəkmək mümkün deyildir. Çünki dilin lek-
sik təbəqəsinin yaranması təkcə sosial həyatın təzahür forması 
deyil, həm də tarixin təzahür faktıdır. Dilin leksikası xalqın ke-


11 
çib gəldiyi tarixi özündə əks etdirir, sözlər dövrün anlayışlarını, 
məfhumlarını ifadə edərək nəsillərə ötürür. Ümumiyyətlə, dilin 
leksikası aşağıdakı üsullarla zənginləşir: 1. Yeni sözlərin yaradıl-
ması yolu ilə; 2.Ümumxalq dilinə məxsus sözün yeni məna kəsb 
etməsi yolu ilə; 3. Başqa dillərdən sözlərin alınması yolu ilə. 
Bu üsulların hər biri dilin lüğət tərkibini zənginləşdirir. Ye-
ni məfhumların adlandırılması əşyanın əlamətlərinin təfəkkürdə 
bir proses kimi dərk edilməsidir. Hər bir məfhum zaman keçdik-
cə xüsusi məfhum və anlayışlarla ifadə edilir. Ona görə də dilin 
inkişafının ilk dövrlərində sözlər ümumi leksik funksiya daşıya-
raq müəyyən məqamlarda, xüsusi məqsədlərlə müəyyən vəzifə 
yerinə yetirir. 
Azərbaycan ədəbi dilinin tarixi inkişaf prosesi eyni ardıcıl-
lıqla inkişaf etməmişdir. Dövlətçiliyin tarixində özünü göstərən 
güclənmə və zəifləmə, cəmiyyətin həyatında baş verən sosial də-
yişikliklər təbii olaraq dilin leksik tərkibinə təsir edir. Çünki di-
lin lüğət tərkibinə daxil olan yeni anlayış və məfhum adları lüğət 
tərkibinin zənginləşməsinə səbəb olur. Dildə fasiləsiz olaraq ye-
ni-yeni anlayışları ifadə edən vahidlər yaranmağa başlayır, dil 
sistemi də həmin prosesə uyğun olaraq daim zənginləşir. Yeni 
şəhərlərin tikintisi, saray və məbədlərin ucaldılması, suvarma 
sistemlərinin qurulması, körpü və bəndlərin tikintisi hərtərəfli 
bilik tələb edirdi. Əyiricilik və toxuculuq işləri üçün dəzgahlar, 
boyalar lazım idi. Bu dövrdə kamil səviyyəyə çatmış sənətkarlıq 
müəyyən təcrübə ilə yanaşı, texniki biliklərə yiyələnməyi də tə-
ləb edirdi. Buna görə də müxtəlif minerallar, filizlər, qiymətli 
daşlar, rənglərin hazırlanması, təbiətlə bağlı kitablar yazılmağa 
başlandı. 
Dünya dillərinin əksəriyyətində müşahidə olunduğu kimi, 
Azərbaycan dilində və bütövlükdə türk dillərində dilin lüğət tər-
kibinin formalaşma tarixi çox qədim dövrlərə bağlıdır. Xalqla-
rın, cəmiyyətin tarixində baş verən bütün dəyişmələrin, tarixi 
hadisə proseslərin dildə əks olunması, orada iz qoyması bilavasi-
tə xalqın dilinin onun özü qədər qədim olmasını göstərir. Belə 


12 
ki, təxminən eramızdan əvvəl V-III əsrlərdə Azərbaycanda kənd 
təsərrüfatının əkinçilik və maldarlıq kimi sahələri aparıcı sahə 
olmaqla, yerli əhalinin başlıca məşğuliyyəti sayılmaqla, onun iq-
tisadi həyatının əsasını təşkil etmişdir. Yunan coğrafiyaçısı Stra-
bon xəbər verir ki, Albaniyada çox vaxt bir dəfə əkilmiş torpaq-
dan iki və hətta üç dəfə məhsul götürülür.
1
Mousey Kalankatlının məlumatına görə, Kür çayının hər iki 
sahili boyunca arpa və buğda becərilirdi. Yazılı qaynaqlara, ar-
xeoloji materiallara görə, dənli bitki məhsulları torpaq quyular-
da, küplərdə saxlanılırdı. Taxılın döyülməsində ağac və daş vəl-
lərdən, həmçinin malqaranın köməyindən istifadə olunurdu. Dən 
dəyirman daşları və daş kirkirələrdə üyüdülürdü. Çoxsaylı əkin-
çilik alətlərinin mövcudluğu əkinçiliyin yüksək inkişaf səviyyə-
sinə çatdığını sübut edir. 
Azərbaycanda taxıl, çəltiklə bərabər, bir sıra texniki bitkilər 
də becərilmişdir. Əhali eyni zamanda ipəkçiliklə də məşğul ol-
muşdur. Ən qədim texniki bitkinin tarixi eramızdan əvvəlki mi-
nillikdə başlanır. Azərbaycanda çox qədim zamanlardan əhali 
pambıqçılıqla məşğul olmuş və ondan istifadə edilmişdir. Hələ 
eramızdan əvvəl IV-III əsrlərdə Azərbaycanda pambıq yetişdiril-
diyi göstərilir
2

Tədqiqatçıların müəyyənləşdirdiklərinə görə hələ Eneolit 
dövründə yəni eramızdan əvvəl, təxminən V-III minilliklərdə 
Azərbaycanda taxılın əkilib-becərilməsi, döyülüb yığılmasında 
ağac, daş, qismən də sümük alətlərdən istifadə olunmuşdur. Bir 
qədər sonra Avropa və Albaniya ərazisi bol taxıl məhsulu verən 
geniş zəmiləri və təbii otlaqları ilə seçilmişdir. Azərbaycanda 
eramızın II-VII əsrlərinə aid abidələrdən arpa, buğda, un və darı 
qalıqları aşkar edilmişdir. 
Eramızın təxminən III əsrindən etibarən Azərbaycanda feo-
dalizmin yaranması və inkişafı ilə əlaqədar taxılçılıq inkişaf et-
miş, məhsuldarlıq xeyli artmışdır. Bu dövrdə kənd təsərrüfatı 
1
Страбон. География, М., 1964, с.476. 
2
Azərbaycan etnoqrafiyası. I cild, Bakı, “Elm”, 1988, səh. 181-182. 


13 
alətləri də xeyli təkmilləşdirilmişdi. Müxtəlif növ xışlardan, dö-
yüm alətlərindən, həmçinin xırmandan istifadə olunmuşdur. 
Azərbaycanın məhsuldar torpağı, əlverişli iqlim şəraiti bu 
ərazidə, xüsusən çəltikçiliyin inkişafına imkan yaratmışdır.
VIII-IX əsrlərdən etibarən Azərbaycanda çəltik bitkisi geniş 
yayılmışdır.
1
X əsrdən etibarən Azərbaycanda ipəkçilik daha da geniş-
lənmişdir. Həmin dövrə aid ərəb mənbələrində göstərilir ki, 
“Bərdədən çoxlu ipək ixrac olunur. Oradan İrana, Xuristana 
ipək göndərilir”.
2
Azərbaycanda qədim və zəngin istehsal ənənələri vardır: öl-
kənin əlverişli iqlim şəraiti, münbit torpaqları, zəngin təbii sər-
vətləri Azərbaycanda müxtəlif təsərrüfat sənətkarlıq sahələrinin 
tərəqqisinə müsbət təsir göstərir. İlk mənbələrin, xüsusilə IX-XI 
əsrlərin ərəb coğrafiyaşünaslarının və tarixçilərinin məlumatları 
təsdiq edir ki, o zaman Azərbaycan bütün Yaxın və Orta Şərqin, 
ümumiyyətlə, islam dünyasının ən inkişaf etmiş ölkələrindən bi-
ri idi. Azərbaycanda dənli bitkilərin bütün növlərinin (buğda, ar-
pa, çəltik, darı və s.), müxtəlif texniki bitkilərin (pambıq, boyaqo-
tu, kətan və s.), həmçinin cürbəcür bostan bitkilərinin becərilməsi 
barədə mənbələrdə (X əsrdə yaşamış ərəb coğrafiyaşünası əl-İs-
təxri, Əbu Havqəlin əsərlərində) olduqca maraqlı məlumatlar ve-
rilir. Bura taxıl zəmiləri, pambıq tarlaları, zəfəran, kətan növləri 
və müxtəlif çəltik növləri, qırmızı boyaq almaq üçün istifadə olu-
nan “qırmızı böcəyi” ilə zəngin idi. Azərbaycanda əkinçiliyin da-
ha da inkişaf etməsində, onun məhsuldarlığının artmasında müx-
təlif quruluşlu şum alətləri böyük rol oynamışdır.
3
VII-X əsrlərdə torpağın becərilməsi zamanı başlıca alət 
olan “ağır” və “qara kotanın” meydana gəlməsi əkinçilik təsərrü-
fatında baş vermiş böyük hadisə oldu. Orta əsr Azərbaycan şəhə-
ri olan Beyləqanda (Örənqala şəhərgahında) aparılan arxeoloji 
1
Бунятов Т.А. История земледелия и скотоводства в Азербайджане
Баку, Изд-во АН Азерб. ССР, 1968, с.57. 
2
Azərbaycan tarixi. I cild, Bakı, Azərb.SSR EA nəşriyyatı, səh. 150. 
3
Yenə orada. səh. 193.


14 
qazıntılar zamanı IX-X əsrlərə aid təbəqələrdə ağır kotanın kifa-
yət dərəcədə geniş “gavahın”ı, ağır kotanda kəsici vəzifəsini ye-
rinə yetirən bəsit kotanönünün böyük hissəsi aşkar edilmişdi.
1
Zaman keçdikcə əkinçilikdə işlənən əmək alətləri təkmillə-
şirdi. Torpaq bir qayda olaraq, bir cüt qoşqu heyvanı – öküz və 
ya kəl qoşulmuş kotanla şumlanırdı. Buna görə də el arasında 
“kotan”, “kotana getmək” əvəzinə “cüt”, “cütə getmək”, “əkin-
çi” əvəzinə “cütçü” sözləri geniş işlənirdi. 
Kənd təsərrüfatının ən yüksək inkişaf etmiş sahəsi maldar-
lıq idi. Tədqiqatçıların fikrincə, erkən orta əsrlər dövründə mey-
dana gəlmiş yarımköçəri maldarlıq XI-XII əsrlərdə bitkin şəklə 
düşmüşdür.
2
VII-X əsrlərdə əkinçiliyin intensiv inkişafı maldarlığın inki-
şafına xüsusi təsir göstərmişdir. Arxeoloji materiallar Azərbay-
canda o zaman çoxsaylı xırdabuynuzlu mal-qara sürülərinin ol-
duğunu, atçılığın inkişafını, ticarətin inkişafında əsas nəqliyyat 
vasitəsi kimi dəvəçiliyin inkişafını təsdiq edir. Bütün bu inkişaf 
yeni anlayışların yaranmasını tələb edir. Xüsusilə VII-X əsrlər-
də maldarlığın inkişafı ilə bağlı istehsal məhsulları da inkişaf 
edirdi. Belə ki, müxtəlif süd məhsullarının istehsalı və saxlanıl-
ması üçün istifadə edilən qabların keyfiyyəti yaxşılaşırdı. Gil 
süd badyaları ilə yanaşı mis sərniclər istifadə olunmağa başla-
nırdı. Yağın hazırlanması üçün gil, tuluq və ağac nehrələrdən 
istifadə olunurdu. 
Azərbaycanda maldarlıqla yanaşı balıqçılıqla da məşğul 
olurdular. Ərəb coğrafiyaşünası İbn Navqəlin yazdığına görə ba-
lıqçılıq, arıçılıq, bal və mum ixracı da Azərbaycanın iqtisadi hə-
yatında mühüm rol oynayırdı. 
VII-X əsrlərdə əvvəlki dövrlərdən fərqli olaraq əkinçiliyin 
müxtəlif sistemləri geniş surətdə yayılmışdı. Aran yerlərində və 
qismən da yaylaqlarda süni suvarma tətbiq olunurdu. Dövrümü-
zədək qalmış mürəkkəb sistemlər, suvarmanın müxtəlif üsul və 
1
Azərbaycan tarixi. I cild, Bakı, Azərb. SSR EA nəşriyyatı, səh.194. 
2
Yenə orada. səh. 197. 


15 
vasitələri, qədim kanallar və digər suvarma qurğuları (quyular 
kəhrizlər), habelə zəngin terminologiya, əfsanə və rəvayətlər 
Azərbaycanda suvarma sisteminin yüksək səviyyəsindən xəbər 
verir.
1
Bu dövrdə Azərbaycanın bir sıra şəhərləri ticarət və sənət-
karlıq mərkəzləri kimi şöhrət qazanmışdı. Azərbaycanda xalça-
çılıq, ipəkçilik, dəriçilik, dəmirçilik, misgərlik, dabbaqlıq, və s. 
kimi müxtəlif sənətlərin inkişafı diqqəti cəlb edir. Eyni zamanda 
yun, ipəkçilik, xalçaçılıq, xəz dəri, eləcə də VIII-IX əsrlərdə Ba-
kı nefti də ticarət obyekti olmuşdur. Bu dövr Azərbaycan mədə-
niyyəti tarixi baxımından bir sıra əlamətdar xüsusiyyətləri də 
diqqəti cəlb edir. 
Eramızın əvvəllərində, xüsusən Sasanilər dövründə azər-
baycanlıların düşmənlərinə qarşı mübarizə illərində tikilən qala-
lar, çəkilən sədlər bu dövrdə memarlıq işinin inkişafına təsir et-
mişdir. Belə bir cəhət də nəzərə alınmalıdır ki, “VII əsrə qədər 
yaşayıb bir çox əsərlər yazmış olan azərbaycanlı alim və şairlər 
haqqında kifayət qədər məlumat yoxdur; lakin VII-XII əsrlərdə 
yaşamış olan şair və alimlərdən bir qisminin əsərləri və ya onla-
rın haqqında məlumat dövrümüzə qədər gəlib çatmamışdır”.
2
Bununla yanaşı bu dövrdə dilin lüğət tərkibinin inkişafın-
dan bəhs edərkən, həmin dövrün nəqqaşlıq, memarlıq abidələri-
nin, musiqimizin qədim izlərini əks etdirən nümunələrinin tədqi-
qi zəruridir.Deməli, söz yaradıcılığı cəmiyyətin məişəti, ictimai 
həyatı ilə, onun elmi, iqtisadi və mədəni inkişafı ilə sıx bağlıdır. 
Lakin dildə musiqi, hərbi, kənd təsərrüfatı terminlərinin inkişafı 
bütün başqa sahə terminlərindən fərqlənir. Hələ elmin, mədəniy-
yətin, incəsənətin ayrı-ayrı sahələrinin inkişaf etmədiyi ibtidai 
dövrlərdə müxtəlif qəbilə və tayfalar bir-biri ilə mübarizə, mü-
haribə şəraitində yaşamış, ona görə də istər-istəməz dövrünə gö-
rə fərqlənən döyüş taktikasından, öz dövrü üçün səciyyəvi olan 
1
Azərbaycan tarixi. V cild., Bakı, “Elm”, 1998, səh.194. 
2
Mahmudov M. Ərəbcə yazmış azərbaycanlı şair və ədiblər. Dok. diss. 
1976, səh.48. 


16 
silahlardan istifadə etmişlər. Həmin silahların adları, musiqi 
alətləri, təsərrüfat alətləri, cəmiyyətin terminologiya nə olduğu-
nu bilməyən dövrlərdə ümumişlək söz kimi işlənsə də sonrakı 
dövrlərdə terminoloji leksikanın inkişafının əsasında durmuşdur. 
Ona görə də musiqi, hərb və təsərrüfat ilə bağlı sözlər az qala in-
sanın özü qədər qədimdir. Təsadüfi deyildir ki, dildə silahlı mü-
barizələrlə, onun müxtəlif cəhətlərini əks etdirən anlayış və məf-
humlarla bağlı leksik vahidlərin yaranması digər terminoloji sə-
ciyyəli sözlərdən daha əvvələ aid edilir, bu tipli sözlərin yaran-
ması dilin ən qədim leksik qatı ilə əlaqələndirilir. 
Azərbaycan dilçiliyində ədəbi dilin dövrləşdirilməsində, izahın-
da müəyyən fikir ayrılıqları mövcuddur. Ə.Dəmirçizadə, T.Hacı-
yev, N.Cəfərov, N.Xudiyev, Q.Kazımov dilimizin inkişaf tarixi-
ni bir-birindən fərqli şəkildə dövrləşdirmişdir.
1
Həyatın müxtəlif sahələrinə aid anlayış və məfhumları ifadə 
edən xüsusi funksiya daşıyan söz qrupları cəmiyyətin inkişafı ilə 
bağlı yaranır. Ona görə də hər hansı bir anlayışı, məfhumu ifadə 
edən söz cəmiyyətin inkişafı ilə bağlı yaranır. Lakin hər bir xal-
qın tarixi inkişaf prosesi eyni ardıcıllıqla və eyni xətt üzrə da-
vam etməmiş, tarixin müxtəlif dövrlərində inkişaf tempi bir-bi-
rindən fərqlənmişdir. Belə dəyişmələr dilin lüğət tərkibinə də tə-
sir göstərmiş, dilə daxil olan yeni anlayış və məfhum adları dilin 
ümumi lüğət tərkibinin zənginləşməsinə səbəb olmuşdur. Dilin 
lüğət tərkibindəki fasiləsiz dəyişikliyin səbəbi cəmiyyətin inki-
şafı və onunla bağlı elm, ticarət, təsərrüfat həyatındakı yeniləş-
mələrlə bağlıdır. Dildə kənd təsərrüfatı, musiqi, hərblə bağlı an-
layış və məfhumları ifadə edən çoxlu sayda dil vahidləri mövcud 
olmuşdur ki, bu da hələ ilk dövrlərdən Azərbaycan dilində ter-
minlərin dil vahidi kimi yarandığını və sabitləşmiş terminoloji 
qatın varlığını sübut edir. Bu məsələ ilə bağlı K.M.Musayev ya-
zır: “Söhbət terminologiyadan gedəndə bir çox mütəxəssislər ilk 
növbədə yazılı ədəbi dilə müraciət edirlər. Halbuki bir çox sahə 
1
Dəmirçizadə Ə. Azərbaycan ədəbi dilinin tarixi. I hissə. Bakı, 1979; Hacı-
yev T., Vəliyev V. Azərbaycan dili tarixi. Bakı, 1983.


17 
terminologiyada yazısı olmayan dillərdə, həmçinin ədəbi dillərin 
yazıyaqədərki dövrlərində də formalaşmışdır”.
1
Dildə fasiləsiz olaraq yeni-yeni anlayışlar, vahidlər forma-
laşmağa başlayır, terminoloji leksika da həmin prosesə uyğun 
olaraq daim zənginləşir. Dilin lüğət tərkibinin formalaşması cə-
miyyətin inkişafı ilə bağlıdır. İ.Qasımov yazır: “İlk insan birlik-
lərinin, cəmiyyətin varlığının qorunması onun mövcudluğunun 
təmin olunması üçün müdafiə vasitələri ən zəruri həyatı atribut-
lardan biri kimi meydana çıxmış, özünümüdafiə instinktinə uy-
ğun denotatın adı kimi dildə terminlərin yaranmasına imkan ver-
mişdir”
2

Xalqların, cəmiyyətin tarixində baş verən bütün dəyişmələ-
rin, tarixi hadisə və proseslər, ictimai dəyişikliklər dildə öz ək-
sini tapır. Ona görə də dilin tarixi, xalqın tarixi ilə bağlı dəyi-
şir, inkişaf edir. Ə.Dəmirçizadə yazır: “Dil, bu və ya digər şə-
raitlə əlaqədar olaraq ondan ünsiyyət vasitəsi kimi, ya bilavasi-
tə, ya dolayı yolla istifadə edənlərin tarixi ilə üzvü surətdə bağ-
lı və vacib bir vasitədir. Bəşəriyyətin ilk dövrlərindən müxtəlif 
birliklər halında yaşayan insanlar birdən-birə xalq keyfiyyəti 
kəsb etmədiyi kimi, vahid ümumxalq dili də birdən-birə forma-
laşmış olmur”
3

Tarixi araşdırmalar göstərir ki, XI-XII əsrlər Azərbaycan 
türk elminin, türk poeziyasının ən yüksək inkişaf mərhələsində 
olmuşdur. Bu yüksəlişə dövlət quruculuğu, təsərrüfatın, mədə-
niyyətin, sənətkarlığın, dulusçuluğun inkişafı və bir sıra başqa 
amillər imkan yaradırdı. Dəmirçilik, toxumçuluq, dərzilik, ipək-
çilik, bənnalıq, xalçaçılıq, dabbaqlıq, silahqayırma kimi sənət 
sahələri inkişaf edirdi. Xarici bazarlara neft, ipək, pambıq, duz, 
balıq və s. göndərilirdi. Şəhər həyatının sürətli yüksəlişi elmin, 
1
Мусаев К.М. Современные терминология литературных тюркских язы-
ков Советского Союза. «Советская тюркология», № 6, 1981, с.3. 
2
Qasımov İ.Z. Azərbaycan dilində hərbi-terminoloji leksikanın təşəkkülü və 
inkişafı. B., “Nurlan”, 2001, səh.15.
3
Dəmirçizadə Ə. Azərbaycan ədəbi dili tarixi. I hissə. B., “Maarif”, 1979, 
səh.48.


18 
mədəniyyətin inkişafını zəruri edirdi. Bir sıra paytaxt şəhərlərin-
də – Gəncədə, Təbrizdə, Şamaxıda elmi mərkəzlər yaradılırdı. 
Mənbələrin məlumatına görə Şirvanşahların və İldəgizlərin sa-
raylarında dövrün ən yaxşı alimləri toplanmışdı. Onların riyaziy-
yat, təbiətşünaslıq, tibb, kimya, fəlsəfə, məntiq, hüquq, astrono-
miya, ərəb və fars ədəbiyyatı və b. sahələrdə böyük müvəffəqiy-
yət və uğurları olmuş, bir çoxları müsəlman mədəniyyət və el-
minin ən gözəl xadimləri kimi tanınmışdır.
1
Ümumxalq Azərbaycan dilinin təşəkkülünü göstərən mü-
hüm mənbələrdən biri V əsrdə vahid Alban yazısının və həmin 
yazının yenidən təkmilləşdirilməsidir.Bütün bunlar Azərbaycan 
dilində terminologiyanın inkişaf tarixini daha qədimlərə bağla-
yır. Bu barədə Q.Kazımov yazır: “Beləliklə, VI əsrdən təşəkkül 
və formalaşma prosesi keçən Azərbaycan ədəbi dili artıq XI-XII 
əsrlərdə yazılı ədəbi dil kimi öz təşəkkülünü tam başa çatdırmış, 
təkcə Azərbaycan ərazisində deyil, Şərqi Anadoluda, Ön Asiya-
nın Şərqində, Xəzərin cənub-şərq sahillərində, cənubi Qafqaz 
ərazilərində işlək bir dilə çevrilmiş, gürcülər, ermənilər, dağıs-
tanlılar, talışlar, tatlar, kürdlər və b. xalqlar arasında qarşılıqlı 
anlaşma vasitəsi kimi geniş şöhrət tapmışdır.”
2
Bu baxımdan dilin leksik təbəqəsinin mühüm bir hissəsini 
termin səciyyəli sözlər təşkil edir. Abidələrdə işlənən termin sə-
ciyyəli sözlər ümumxalq danışıq dilinin leksik vahidləri olmuş-
dur. Bütün bunlar Azərbaycanda ədəbi dilinin inkişaf tarixinin 
qədimiliyini əks etdirir, cəmiyyətimizin tarixində baş verən ha-
disələr, dəyişikliklər, inkişaf istiqamətləri və tarixi proseslər dili-
mizin bütün laylarında öz əksini tapmış, onun leksikasını zən-
ginləşdirir. 

Yüklə 3,57 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   208




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin