53
Qəzəllədən bir müxtəsər
divan
Cəm etmək səlahin gördüm
Üslub – “tərz”, “üsul” mənasında:
Fikir eylə və gör nədir bu
üslub
Nə saniədir bu vəzi-mənsub
.
M.Füzulinin əsərlərində müxtəlif elm sahələrinə aid çoxlu
termin işlənmişdir. Məsələn; iqlim, bəhr, qəmər, səyyarə, sitarə
(ulduz), kövkəb, zaviyə, nəhr, əncümən, tul dairəsi, bürc, gəra-
tan və s.
Dini terminlər: tövbə, təriqət, şükr, zöhd (zahidlik), xof (Al-
lahdan qorxmaq), Xudavənd, məhər, vaiz, minbər, səcdə, mizan,
etiqad, batil və s. Dini terminlər şairin “Hədiqətüs – şüəda” əsə-
rində daha çox işlənmişdir. Bu isə əsərin dini mövzuda yazılma-
sı ilə bağlıdır. Əsərdə dini hadisələrlə və dini mövzularla əlaqə-
dar şəriət, namaz, ibadət, dua, şeyx, rahib, imam, dərviş, qiya-
mət, rüzi – məhşər kimi ifadələr təkrar – təkrar işlədilmişdir.
M.Füzuli yaradıcılığında hərbi anlayışlar da poetik şəkildə işlən-
mişdir. Məsələn:
Oxa peykan
tikilir qəmzən üçün peyvəstə,
Toxunar mənə oxu qaşın ucundan
Dostları ilə paylaş: