61
sələsini incələməzdən öncə qeyd edək ki, ortaçağ tərcümə nü-
munələrinin çoxu mahiyyət etibarilə müasir tərcümələrdən köklü
surətdə fərqlənir. Tərcümə tarixinə aid qaynaqlarda, xüsusilə də
ərəb mənbələrində klassik tərcümələrin iki növü, iki prinsipi
haqqında bilgilər verilir: hərfi tərcümə, sərbəst tərcümə. Müsəl-
man Şərqində öncə ərəblərdə meydana çıxan bu tərcümə növlə-
rinə aid xüsusiyyətlər ortaçağ Azərbaycan tərcümə ədəbiyyatı
nümunələrində də bu və ya digər şəkildə özünü göstərir. Birinci
növ tərcümələrdə orijinalın mətni hərfi-hərfinə, söz-söz tərcümə
olunurdu ki, bu da bir çox hallarda tərcümə olunan dilin qram-
matik qayda-qanunlarının, xüsusilə də sintaktik normalarının,
cümlə quruluşunun pozulmasına gətirib çıxarırdı. Qurani-kəri-
min sətiraltı qədim tərcümələrində, eləcə də ortaçağda farscadan
dilimizə çevrilmiş ayrı-ayrı, nəsr tərcümələrində bu cür hallar
qabarıq şəkildə özünü göstərir. Aydınlıq üçün Sədi Şirazinin
məşhur “Gülüstan” əsərinin XVI yüzildə Azərbaycan türkcəsinə
edilmiş bir sətiraltı tərcüməsindən verilən aşağıdakı kiçik bir
cümləyə nəzər salmaq yetərlidir:
Dostları ilə paylaş: