66
qumru;
əkşilmək
– turşumaq,
turş olmaq;
gədük//gədik
– naqis,
nöqsanlı, zədəli, deşik, korlanmış;
ig
– xəstəlik, naxoşluq, azar;
isrə//asra
– qarşı, irəli; aşağı, alt;
gönənmək
– sevinmək, şadlan-
maq;
gönilmək
– yola düzəlmək, getmək;
key
– çox yaxşı, möh-
kəm, əsaslı;
kirtü
– gerçək, həqiqi;
qalaqlanmaq
– havalanmaq,
özünü göylərdə hiss etmək;
qırğıl
– orta yaşlı;
qızlıq
– bahalıq,
qəhətlik;
pürlənmək
– tumurcuqlanmaq (ağacda);
sanu
– fikir,
düşüncə; istək;
saz
– sarı (rəng);
sımaq
– pozmaq; qırmaq, sın-
dırmaq;
somun
– qabarıq buğda çörəyi;
tan
– təəccüb, heyrət;
tu-
tuq//tütüq
– pərdə;
tüş
– meyvə; səmərə, nəticə;
üyəz
– ağcaqa-
nad;
üyük
– təpə;
yaxtulu
– işıqlı, parlaq;
yelmək
– tələsmək, yü-
yürmək;
yerinmək
–kədərlənmək, qəmlənmək və s.
İndi isə aydınlıq üçün həmin arxaizmlərdən yalnız bir neçə-
sinin işləndiyi nümunələrə də nəzər salaq:
Aluluğundan uyarsın aluya,
Qaçup yağmurdan uğrarsın toluya.
Bütün sözlərinin türkmənşəli olması ilə diqqəti çəkən bu
beytdə həm “alu” (dəli, axmaq) sifəti, həm də ondan düzəlmiş
“aluluq” (dəlilik, axmaqlıq) ismi işlənmişdir. Qədim türk mətn-
lərində “
alığ
”
şəklində işlənmiş
alu
sifəti
1
, çağdaş türk dilində
eyni mənada qorunub saxlanmışdır
2
.
Abidənin dilində işlənmiş “gədük” sözü də xüsusi maraq
doğurur:
Kimin ki, içinün ola gədügi,
Ərənlərin budur naqis dedügi.
Şirazinin bu beytdə “gədük” sözü ilə yanaşı, onun ərəbmən-
şəli sinonimi olan “naqis” sözünü də işlətməsi diqqətçəkici bir
haldır. Qeyd edək ki,
bu xüsusiyyət, yəni müəyyən bir beyt və
1
Древнетюркский словарь. “Издательство” “Наука”, Л., 1969, с.35.
2
Турецко-русский словарь. Москва, 1980, с.46.
67
ya misra içində türkmənşəli sözlə yanaşı, onun ərəbcə və ya
farsca qarşılığının işlənməsi böyük Azərbaycan şairi İmadəddin
Nəsimi şeirləri
üçün də səciyyəvidir
1
. Fikrimizcə, böyük söz us-
tadları bu cür bədii üsulla türkcənin söz ehtiyatı baxımından ərəb-
cədən və ya farscadan heç də geri qalmadığını sübut etmək istə-
mişlər. “Gədük” sözü eyni mənada orta yüzillərə aid bir sıra türk
mətnlərində qeydə alınmışdır. Nişati
də bu sözü eyni mənada
“Şühədanamə”də işlətmişdir:
Dostları ilə paylaş: