Sayali sadiqova



Yüklə 3,57 Mb.
Pdf görüntüsü
səhifə23/208
tarix25.12.2023
ölçüsü3,57 Mb.
#194908
1   ...   19   20   21   22   23   24   25   26   ...   208
Mohsun N - Sayali S Azerbaycan edebi dili son (2)

Xanənde
(oxuyan-oxucu) – 
oqıyıcı

amuzənde
(şagird, öyrə-
nən) – 
ögrənici

fəribənde 
(aldadan) – 
aldayıcı

setanənde
(alan) 
– 
diləyici
və s.
Qeyd edək ki, orijinaldakı sözlərin hamısı fars mənşəlidir, 
düzəltmədir və feil kökü ilə “-
ənde
” şəkilçisindən (indiki zaman 
feli sifət şəkilçisidir) düzəlmişdir. Göründüyü kimi, bu sözlərin 
dördü də feil kökünə artırılan –
ıcı
şəkilçisinin köməyi ilə yaran-
mış düzəltmə sözlərdir. Bəvazicinin işlətdiyi bu sözlərdən birin-
cisi qədim türk mətnlərində 
oqıcı
və 
oqığçı
şəklində orta yüzil-
liklərə aid türkcə qaynaqlarda isə 
oqucu
və 
oquyucı
şəklində iş-
lənmişdir. Maraqlıdır ki, sözügedən mətnlərdə istər “oqıcı”, is-
tərsə də “oquyucı” daha çox “dəvətçi” anlamında işlənmişdir 
(“Oxumaq” feilinin qədim və orta əsərlərdə türkcədə “çağır-
maq”, “dəvət etmək” mənalarında işlənməsi məlum faktdır). 


73 
Bu amili nəzərə aldıqda “oqıyıcı” sözünü müasir dilimizdə-
ki “oxucu” anlamında ilk dəfə yazılı ədəbi dilə gətirən yazıçı, 
tərcüməçilərdən birinin də məhz Bəvazici olduğu qənaətinə gəl-
mək olar.
Bəvazicinin işlətdiyi “öğrənici” sözünə isə əski türkcə 
mətnlərin heç birində rast gəlmirik. Bu isə o deməkdir ki, həmin 
söz Bəvazicinin söz yaradıcılığı sahəsindəki fəaliyyətinin məh-
suludur, daha doğrusu, bu leksem onun özü tərəfindən yaradıl-
mışdır.
Eyni sözləri Bəvazicinin işlətdiyi 
diləyici
sözünə də aid et-
mək olar. Bu sözün qarşılığı kimi əski türk mətnlərində yalnız 
bircə qaynaqda – XVI əsrə aid “Babüs-vəsət” adlı ərəbcə-türkcə 
lüğətdə “dinləgən” şəklində rast gəlirik
1
. Deməli, 
dinləyici
sözü-
nü də Bəvazici özündən düzəltmişdir. Tərcüməçinin işlətdiyi 
al-
dayıcı
sözü isə orta əsrlərə aid türkcə mətnlərində həm eynilə bu 
şəkildə, həm də 
aldağan

alduğu
variantlarında işlənmişdir.
Bəvazicinin “Kəvamilüt-təbir” tərcüməsində morfoloji 
üsulla yaradılmış 
börkci
(papaqçı), 
başmaqçı

boyacı
(boyaqçı), 
yemişlü
(meyvəli), 
günlük
(pərdə), 
gecəlik
(gecə paltarı), 
yağ-
murluq 
(yağışdan qorunmaq üçün geyim) sözləri də xüsusi ma-
raq doğurur və mütərcimin ana dilinin imkanlarına dərindən bə-
ləd olduğunu əyani şəkildə sübut edir.
“Kəvamilüt-təbir” tərcüməsində söz yaradıcılığının sintak-
tik üsulu, yəni quruluşca mürəkkəb olan sözlərin yaradılması 
halları daha geniş yayılmışdır və böyük maraq doğurur.
Bəvazici orijinalın mətnində olan quruluşca mürəkkəb söz-
ləri bir çox hallarda tərcümə edərkən onların qarşılığı kimi, əsa-
sən, ana dilinin öz sözlərindən təşkil olunan mürəkkəb sözlər iş-
lətmişdir. Məsələn: besyardan – 
çoxbilür;
gəlugir –
boğaztutar;
madərzad – 
anadantoğma
; miveforuş – 
yemişsatyıcı
; rahzən – 
yolkəsici
; rastkerdar – 
gərçəksözlü
; rəsənbaz – 
ipdəoynayıcı
; so-
turforuş – 
tavarsatıcı
, sərhəng – 
çəribaşı
və s.
1
XIII Asırdan Günümüzə Kadar Kitaplardan Toplanmış Tanıklariyle Tarama 
Sözlüğü I-VI. ciltler, Ankara, 1941-1945, II, səh.114 


74 
Qeyd edək ki, Bəvazicinin işlətdiyi bu mürəkkəb sözlərin 
hamısı məzmunca onların farsca orijinallarına tam uyğun gəlir, 
daha doğrusu, onların kalka şəklində edilmiş tərcümələridir. Bu 
sözlərin orta əsrlərə aid digər türkdilli yazılı abidələrdə işlənmə-
sinə gəldikdə isə, onların çoxuna həmin qaynaqlarda məhz bu 
şəkildə rast gəlmirik. Yuxarıdakı sözlər sırasında “anadantoğ-
ma” mürəkkəb sifəti Şirazinin “Gülşəni-raz” tərcüməsində də iş-
lənmişdir. Maraqlıdır ki, bu sözün orta əsrlərə aid türkdilli yazılı 
abidələrdə işlənməsinə dair heç bir qeydə rast gəlmirik. Bu söz-
lərdən “çəribaşı” isə ortaçağ türkcə mətnlərdə həm eynilə bu şə-
kildə, həm də “çəribəgi” variantında işlənmişdir 
2
. Qeyd edək ki, 
orta əsrlərdə “başı” tərkibi ilə düzəlmiş onlarca mürəkkəb söz iş-
lənmiş, hətta həmin dövrdə fars dilinə də keçmişdir. Məsələn: 
mollabaşı, qapuçıbaşı, topçıbaşı, yüzbaşı, minbaşı
və s. Bununla 
belə, “çəribaşı” sözü müasir ədəbi dilimiz üçün arxaik səciyyə 
sayıldığı kimi, “başı” sözünün iştirakı ilə düzəlmiş digər termin-
lər də vətəndaşlıq hüququ qazana bilməmiş və unudulmuşdur.
Bəvazicinin “Kəvamilüt-təbir” tərcüməsində kalka şəklində 
tərcümə etdiyi aşağıdakı mürəkkəb sözləri də işlənmişdir: 
Başı-
möhürlü

fitnəsalıcı

əzabgötürüci
genrizqlü

xoş
qoxulu

xub-
yüzlü,
müsibətçəkmiş,
qaniçici, yalansöyləyici
və s. Qeyd edək 
ki, son iki mürəkkəb sözdən başqa digərlərinin tərkibində işlən-
miş sözlərdən biri alınma, biri isə türkmənşəlidir.
Bəvazici quruluşca sadə olan bir sıra ərəb mənşəli sözləri 
də kalka yolu ilə iki və daha artıq sözün köməyi ilə tərcümə et-
mişdir. Məsələn: 
zərrab
– sikkəuruci, 
kəhhal
– gözə dərman sa-
lıcı, 
qəvvas
– suyatalıcı, 
həllac
– panbuqatıcı və s.
Bəvazici orijinaldakı mürəkkəb quruluşlu bəzi sözləri bir 
neçə komponentdən ibarət birləşmə şəklində də vermişdir. Qeyd 
edək ki, tərcümədəki bu qəbildən olan sözlər müəyyən mənada 
orijinaldakı sözlərin izahı təsirini bağışlayır: Məsələn: “nəmaz-
gah” – namaz qılacaq yer; 
tirdan
– oq qoyacaq qab, 
dukdan 
– ig 
qoyacaq qab; 
udsuz
– tüstü yanacaq qab və s.
Ortaçağ Azərbaycan tərcümə əsərlərinin dilində daha bir sə-
ciyyəvi xüsusiyyət özünü göstərir. Bu, klassik mütərcimlərin 


75 
mətn daxilində - eyni bir misra, beyt və ya cümlədə sinonim 
sözləri qoşa işlətməsidir. Həzininin “Hədisi-ərəbin” tərcüməsin-
dən seçdiyimiz aşağıdakı şeir parçalarına diqqət yetirək:
Al- götür ani kim azad eyləyim, 

Yüklə 3,57 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   208




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin