Sayali sadiqova


"mivedar" - "yemiş- lü”,  "



Yüklə 3,57 Mb.
Pdf görüntüsü
səhifə31/208
tarix25.12.2023
ölçüsü3,57 Mb.
#194908
1   ...   27   28   29   30   31   32   33   34   ...   208
Mohsun N - Sayali S Azerbaycan edebi dili son (2)

"mivedar"
- "yemiş-
lü”, 
"
sərapərde"
 - "günlük",
 
“came-ye xab”
 
- "gecəlik”, 
“bara-
ni”

"
yağmurlıq" 
və s
.
Öncə qeyd edək ki, Bəvazicinin işlətdiyi bu sözlərin hamısı 
quruluşca düzəltmədir, onların farsca orijinalları içərisində isə 
quruluşca həm düzəltmələri, həm mürəkkəbləri, həm də bir iza-
fət tərkibi var. Deməli, orijinaldakı leksik vahidlərin tərcüməsin-
də tərcüməçi heç də həmişə onların quruluşunu da saxlamağa 


82 
çalışmamış, bir çox hallarda həmin sözləri ana dilində mövcud 
olan qarşılıqları ilə verməyə cəhd göstərmişdir. Maraqlıdır ki, 
tərcüməçinin işlətdiyi bu sözlərdən yalnız 
"gecəlik" 
dilimizdə 
vətəndaşlıq hüququ qazana bilməmiş, 
"yemişlü” 
isə müasir ədə-
bi dilimizdə bir qədər fərqli məna daşıyır, digərləri isə olduğu 
kimi işlənir. Bununla belə, həmin sözlər Bəvazicinin tərcümə sə-
nətinə olan münasibətinin açıqlanması və onun bu sahədəki pe-
şəkarlığının üzə çıxarılması baxımından maraq doğurur.
İndi isə həmin sözləri ayrı-ayrılıqda nəzərdən keçirək. 
Ko-
lahduz
mürəkkəb sözdür: 
kolah 
(papaq) və 
duxtən 
(tikmək) feili-
nin kökü olan duz tərkiblərindən ibarətdir. Bu söz dilimizə 
"pa-
paqçı" 
kimi tərcümə olunur. Bəvazici onu 
"börkçi" 
düzəltmə sö-
zü ilə vermişdir. 
"Börk", "börkçi” 
sözləri qədim türk mətnlərin-
də işlənmişdir
1
. Atalar sözlərində də qorunub saxlanmış 
"börk-
çü” 
sözü 
("Börkçünün börkü olmaz, kürkçünün kürkü”) 
müasir 
ədəbi dilimizdə də işlənir. Bununla belə, bu sözün sinonimi olan 
"papaqçı” 
düzəltmə isminin müasir ədəbi dilimizdə işlənmə dai-
rəsi daha genişdir. 

Başmaqçı
" sözünün yalnız kökü 
-"başmaq" 
qədim türk 
mətnlərində qeydə alınmışdır
2
. Bu sözü Mahmud Kaşğari həm 
"başmaq", 
həm də 
"başaq" 
şəklində qeydə almışdır,
"Başmaq-
çı” 
sözünün özü isə XIV-XVI əsrlər yazılı abidələrində işlən-
mişdir . Bu söz müasir ədəbi dilimizdə də az-çox işlənir. 
"Baş-
maqçı" 
sözünün farsca mətndəki qarşılığı da düzəltmə sözdür: 
kəfşgər. 
Sözün birinci hissəsi 
kəfş - 
"ayaqqabı" deməkdir: 
gər
isə 
sözdüzəldici şəkilçidir. 
Fars mənşəli 
rəngrəz
sözü də quruluşca mürəkkəbdir: 
rəng 
(boya) ismi və 
rəzidən 
(rəngləmək, boyamaq) feilinin kökü 
rəz
tərkibindən ibarətdir. O, çağdaş ədəbi dilimizə 
"boyaqçı” 
kimi 
tərcümə olunur. Bəvazicinin tərcüməsi bu sözün çağdaş tərcü-
məsindən yalnız 
"boyaq" 
isminin sonundakı "q" samitinin olma-
ması ilə seçilir: 
boyaçı
. Məlum olduğu kimi, çağdaş ədəbi dili-
1
Древнетюркский словарь. Л., Наука, 1969, с.118. 
2
Там же. с.88. 


83 
mizdə "boya" və "boyaq" isimlərinin hər ikisi eyni mənada iş-
lənir. Bəvazicinin bu tərcüməsi farsca əslindən – 
rəngrəz
mü-
rəkkəb sözündən quruluşuna görə fərqlənir, o, mürəkkəb yox, 
düzəltmə sözdür. "
Boyaçı
" sözü XIII-XIV əsrlərin məşhur lek-
sikoqrafı Hinduşah Naxçivaninin "Əs-Sihah" lüğətində də iş-
lənmişdir
1

"
Yemişlü
" düzəltmə sözünün də farsca mətndəki əsli 
mive-
dar 
quruluşca mürəkkəbdir: 
mive" 
ismi və 
daştən 
(malik olmaq) 
felinin kökü 
dar 
tərkibindən ibarətdir. Bu söz çağdaş dilimizə 
meyvəli

meyvəsi olan 
kimi tərcümə olunur. Bəvazicinin tərcü-
məsində onun qarşılığı kimi işlənmiş 
yemüşlü 
sözünün kökü - 
yemiş 
çağdaş dilimizdə 
qovun 
mənasını daşısa da, tarixən türk 
dillərində 
"meyvə" 
anlamında işlənmişdir və Bəvazicidə də bu 
mənadadır . Maraqlıdır ki, Hübeyş Tiflisi də "Kamilüt-təbir" 
əsərində bu sözü bir yerdə işlətmişdir. 
Bəvazicinin 
günlik
kimi tərcümə etdiyi 
sərapərde 
sözü də 
quruluşca mürəkkəbdir: fars mənşəli 
səray 
(
ev, mənzil
) sözünün 
qısaldılmış şəkli olan 
səra 
və 
pərde 
sözlərindən ibarətdir. Bu söz 
fars dilində 
böyük çadır 
və 
çadırın ətrafına çəkilmiş pərdə 
mə-
nasında işlənir. Hübeyş Tiflisidə 
sərapərde
sözü ikinci mənada 
yəni 
çadır, gündən qoruyan pərdə 
anlamında işlənmişdir. Bəva-
zici də məhz elə bunu nəzərə alaraq, həmin sözün türkcə olduqca 
uğurlu qarşılığını 

günlik 
sözünü seçmişdir. Bu sözün qədim türk 
mətnlərində yalnız 
gündüz, iş günü, gün 
mənaları qeydə alınmış-
dır. 
Günlük 
sözünün çağdaş ədəbi dilimizdəki 
çətir, zont 
mənaları 
da onun “Kəvamilüt-təbir”də daşıdığı mənaya yaxındır. 
Orijinaldakı 
came-ye xab
(hərfi mənası 
yatmaq paltarı
)
 
bir-
ləşməsi də Bəvazicinin tərcüməsinə quruluşca uyğun gəlmir. Pe-
şəkar tərcüməçi bu sözü də özünəməxsus şəkildə 
gecəlik 
kimi 
çevirmiş və onun izahı üçün bu sözləri əlavə etmişdir: 
yəni gecə 
örtünəcək və döşənəcək
. Deməli, 
gecəlik 
sözünü təkcə 
gecə pal-
tarı 
anlamında düşünmək yanlış olardı. Tofiq Abdullayev isə 
1
Hinduşah Naxçıvani. Əs-Sihah əl-əcəmiyyə (çapa hazırlayanlar: Teyyibə 
Ələsgərova, Cəmilə Sadıqova). Bakı, Elm, 1993, səh.66.


84 
“Kəvamilüt-təbir” haqqındakı namizədlik dissertasiyasında bu 
izaha diqqət yetirmədiyi üçün onu 
noçnaya soroçka 
(gecə köy-
nəyi)
 
kimi tərcümə etmişdir
1
. Fikrimizcə, bu sözü də Bəvazici-
nin özü düzəltmişdir. Birincisi, ona görə ki, əlimizdə olan məş-
hur mənbələrin heç birində həmin leksemə rast gəlmirik. Yalnız 
XV-XVI əsrlərə aid iki lüğətdə eyni mənalı 
"gecə tonu” 
birləş-
məsinin işləndiyi göstərilir. İkincisi isə, Bəvazici həmin sözü 
qeyd etdikdən sonra onun izahını da verməyi lazım bilmişdir. 
Bu isə bir növ 
gecəlik
sözünün Bəvazicidən qabaq yazılı dildə 
işlənmədiyini göstərən bir dəlil kimi qəbul edilə bilər. 
Orijinaldakı fars mənşəli 
barani
 
(yağış üçün üst geyimi, 
plaş) sözü ilə onun qarşılığı kimi işlədilmiş 
yağmurluq 
(
yağış-
dan qorunmaq üçün geyim
) isə həm quruluşca, həm də mənaca 
bir-birinə tam uyğun gəlir. 
Yağmurluq 
sözü qədim türk mətnlə-
rində yalnız sifət kimi 
(yaγmurliγ öd - yağışlı vaxt) 
qeydə alın-
mışdır
2
. Orta əsrlərin yazılı abidələrində də bu sözün Bəvazici-
dəki daşıdığı mənası göstərilmir. Fikrimizcə, bu leksemi də Bə-
vazicinin yaratdığı sözlər sırasına qoşmaq olar. Bununla belə, 
gecəlik 
sözündən fərqli olaraq, 
yağmurluq 
sözü dilimizdə qoru-
nub saxlanılmış və bu gün də nadir hallarda eyni mənada işlənir. 
Bəvazicinin “Kəvamilüt-təbir”də işlətdiyi düzəltmə sözlər 
içərisində 
-çı, -çi 
şəkilçisinin iştirakı ilə düzəlmiş iki söz haqqın-
da da ayrıca danışmaq lazım gəlir. Bunlar çağdaş ədəbi dilimiz 
üçün arxaik səciyyə daşıyan və orta əsrlərin yazılı abidələrində 
nadir hallarda işlənilən 
quyumçı
və 
qəcərçi
sözləridir. Həmin 
sözlərin işləndiyi cümlələrin həm farscasına, həm də türkcəsinə 
nəzər salaq:

Yüklə 3,57 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   208




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin