93
Belə ki, bu sözün farscası
sərhəng
leksemi
sər
(
baş
) və
həng
(
alay
) isimlərindən
ibarətdir və fars dilində
"sərkərdə", "alay
başçısı"
mənalarında işlənir . Bəvazicinin işlətdiyi
"çəribaşı"
mürəkkəb sözü də eyni sözlərdən -
"çəri'
(
qoşun
) və
"baş”
isim-
lərindən ibarətdir. Fərq yalnız bu sözlərin yerindədir: "
sərhəng"
sözündən
fərqli olaraq, onun türkcəsində
"baş”
ismi
öndə yox,
sondadır. Lakin bu quruluş fərqinə baxmayaraq, Bəvazicinin ol-
duqca uğurlu seçdiyi
"çəribaşı"
leksemi
"sərhəng”
sözünün da-
şıdığı mənaya tam uyğun gəlir və onun mütləq, birbaşa qarşılığı
sayıla bilər. Bunu həmin sözün tarixən türk dillərində eyni mə-
nada işlənməsi də sübut edir.
"Çəribaşı"
sözü qədim türk mətn-
lərində işlənməsə də, bu sözün birinci tərəfı
("çeriq")
qeydə
alınmışdır
1
. XIV-XVIII əsrlərə aid türkdilli yazılı abidələrdə də
bu söz bol-bol işlənmişdir . Maraqlıdır ki,
“Əs-Sihah"
da
, eləcə
də
"Miftahül-lüğə"
(XV əsr) və
"Lüğəti-Nemətullah"
(XVI əsr)
adlı
farsca-türkcə sözlüklərdə
"sərhəng”
sözünün qarşısında
"çəribaşı"
yazılmışdır . Orta yüzilliklərə aid yazılı abidələrdə
eyni mə'nada
"çəri bəgi”
ifadəsi də işlənmişdir.
Həsən Zərinəza-
də
Səfəvilər dövründə farsca yazılmış iki tarixi əsərdə eyni mə-
nada
"alaybeygi”
sözünün də işlənməsini göstərir. Qeyd edək ki,
həmin dövrdə
"başı"
tərkibi ilə düzəlmiş
onlarca mürəkkəb söz
nəinki dilimizdə işlənmiş, hətta fars dilinə də keçmişdir. Məsə-
lən:
"avçıbaşı", "qapuçıbaşı", "qurçibaşı", "eşikağasıbaşı", "sa-
ruqçıbaşı", "topçıbaşı", "tofəngçibaşı", "keşikçibaşı", "minbaşı",
"yüzbaşı", "çavoşbaşı", "sübaşı”
s. Sonuncu söz -
"sübaşı"
da
"çəribaşi”
sözünün
sinonimidir. Bu söz qədim türk mətnlərində
və
"Əs-Sihah”
lüğətində
də işlənmişdir.
Bütün bunlara baxma-
yaraq,
"çəribaşı”
sözü çağdaş ədəbi dilimiz üçün arxaik səciyyə
daşıyan leksem sayıldığı kimi,
"başı"
tərkibi ilə düzəlmiş başqa
sözlər də dilimizdə vətəndaşlıq hüququ qazana bilməmiş və unu-
dulmuşdur.
Bəvazici həmçinin “Kamilüt-təbir”də işlənmiş
fəraxruzi
və
xoşbuy
mürəkkəb sözlərini də eyni qayda ilə mürəkkəb söz kimi
1
Древнетюркский словарь. Л., Наука, 1969, с.144.
94
tərcümə etmişdir: “
genrizqlü
” , “
xoşqoxulu
”. Bəvazicinin işlətdi-
yi bu sözlərdən birincisinə əlimizdə olan mənbələrdən heç birin-
də rast gəlmirik. Onun əsli
fəraxruzi
fars dilində “
varlı
”, “
ruzisi
bol
olan
” mənasında işlənir. Tərcüməçi bu sözü hərfi şəkildə çe-
virərək onun əslinin tərkibindəki farsmənşəli “
ruzi
” sözünü ey-
nimənalı ərəbmənşəli
“rizq”
sözü ilə əvəz etmişdir, halbuki bi-
rinci söz Azərbaycan-türk oxucusu üçün daha anlaşıqlıdır. Təsa-
düfi deyil ki, indi çağdaş danışıq dilimizdə bu mürəkkəb sözün
qarşılığı olan “
ruzisi bol
” ifadəsində məhz həmin söz özünə yer
almışdır. “
Xoşqoxulu
” mürəkkəb sözünün də yazılı mənbələrdə
işlənməsinə aid bir qeyd yoxdur. Bu sözün əvəzində bir sıra
klassiklərimizin dilində Tiflisdə olduğu kimi, “
xoşbuy
” fars mü-
rəkkəb sifəti işlənmişdir. Elə çağdaş dilimizdə də “
xoşqoxulu
”
əvəzinə daha çox “
xoşətir
” sözü işlənir. Maraqlıdır ki, “
xoşbuy
”
sözünün çağdaş tərcüməsi də Bəvazicinin tərcüməsinə yaxındır:
“
xoşiyli
”. Bu söz bir tərəfdən Bəvazicinin peşəkar tərcüməçi ol-
masına
dəlalət edirsə, bir yandan da onun bu sahədəki zəngin
təcrübəsinin, xüsusilə də söz yaradıcılığı və ədəbi dilimizin zən-
ginləşdirilməsi sahələrindəki səmərəli fəaliyyətinin bu gün də
gərəkli olduğunu bir daha sübut edir.
Beləliklə, “Kəvamilüt-təbir”dən verilən bu nümunələr açıq-
aşkar şəkildə sübut edir ki, XVI əsrin bu tərcümə əsəri ədəbi di-
limizin zənginləşmə yollarının tarixi
aspektdən öyrənilməsi ba-
xımından dəyərli qaynaqdır.
Dostları ilə paylaş: