Sayali sadiqova


əvəzinə  "müftəh”, "xateme" əvəzinə  "müxtəm" , "ruzi”



Yüklə 3,57 Mb.
Pdf görüntüsü
səhifə35/208
tarix25.12.2023
ölçüsü3,57 Mb.
#194908
1   ...   31   32   33   34   35   36   37   38   ...   208
Mohsun N - Sayali S Azerbaycan edebi dili son (2)

 
əvəzinə 
"müftəh”,
"xateme"
əvəzinə 
"müxtəm"
,
"ruzi”
 
əvəzinə 
"rizq"

"dərviş”
əvəzinə 
"fəqir"
,
 "nasəza" 
əvəzinə 
"naməqul”
,
 "dəstar"
 
əvəzinə 
"dulbənd” 
və s. işlətmişdir. Bu hal "Şühədanamə"də 
müşahidə olunur. 
Bəvazicinin söz yaradıcılığı sahəsindəki fəaliyyətinin bir 
qismi də mütərcimin fars dilindən “kalka” şəklində tərcümə yolu 


88 
ilə yaratdığı və yazılı ədəbi dilə gətirdiyi (deməli, onu həm də 
zənginləşdirdiyi) quruluşca mürəkkəb olan sözlərdən ibarətdir. 
Maraqlıdır ki, bu qəbildən olan mürəkkəb sözlərin bir çoxunda 
ikinci tərəfdə 
-ıcı, -ici
şəkilçisindən istifadə olunmuşdur. Öncə 
həmin sözlərdən bir neçəsini ümumi şəkildə diqqətə çatdırırıq: 
əzabendirici, qaniçici, ayinəsalıcı, qeybətedici, ipdəoynayıcı, 
panbuqatıcı, tavarsatıcı, sikkəurucı, suyatalıcı, gözədərmansa-
lıcı
və s. Qeyd edək ki, bu sözlərin farsca qarşılıqlarının bəziləri 
fars mənşəli yox, ərəb mənşəlidir və həmin dildə quruluşca sadə 
sözlər sayılır. Məsələn: 
zərrab
 – sikkəurucu, 
həllac 
– pambıqatı-
cı, 
qəvvas 
– suyatalıcı, 
kəhhal
 – gözədərmansalıcı.
Bəvazicinin 
sikkəurucu 
kimi tərcümə etdiyi 
zərrab
sözünün çağdaş dilimiz-
dəki qarşılığı 
pulkəsən, sikkəvuran
leksemləridir. Göründüyü ki-
mi 
sikkəvuran
sözü ilə Bəvazicinin işlətdiyi 
sikkəurucu
arasında-
kı əsas fərq şəkilçidədir, yəni – an əvəzinə -ucu işlənmişdir.
Həllac
(pambıqatan, yunatan)
sözü isə indi də ədəbi dili-
mizdə işlənir. Maraqlıdır ki, Bəvazici də həmin sözü əlyazmanın 
başqa bir yerində eynilə işlətmişdir. Aydındır ki, onun qarşılığı 
olaraq işlənmiş 
pambıqatıcı 
sözü Bəvazicinin söz yaradıcılığı 
sahəsindəki fəaliyyətinin məhsuludur. 
Qəvvas – suyatalıcı
sözləri də bu qəbildəndir. Belə ki, 
qəv-
vas
köhnəlmiş sözlər sırasına daxil edilsə də, bu leksem klassik 
ədəbiyyatımızda son dövrlərə qədər işlənmişdir . Onu da qeyd 
edək ki, Bəvazicinin öz yaradıcılığının məhsulu olan 
suyatalıcı
sözünün əvəzində hazırda ədəbi dilimizdə 
dalğıc
sözü işlənir. 
Tərcümədə 
kəhhal
sözünün qarşılığı olaraq işlənmiş 
gözədər-
mansalıcı
sözünü də Bəvazici özündən yaratmış və yazılı ədəbi 
dilimizə gətirmişdir. 
Yuxarıda qeyd olunan mürəkkəb sözlərdən 
ayinəsalıcı, ip-
dəoynayıcı
və 
tavarsatıcı
sözlərini isə Bəvazici fars dilindən kal-
ka şəklində tərcümə yolu ilə yaratmışdır. Bu sözlərdən birincisi-
nin farscası 
ayinesaz, 
ikincisininki 
rəsənbaz,
üçüncüsününkü isə 
soturforuş
sözüdür. Farsmənşəli hər üç söz isim və feil kökün-
dən düzəlmişdir. Onların türkcə qarşılıqları da eynilə belədir. 
Bəvazici 
soturforuş
sözü ilə oxşar quruluşlu farsmənşəli 
mürəkkəb sözlər olan 
miveforuş 
(meyvəsatan) və 
bərdeforuş


89 
(qulsatan) sözlərinin qarşılıqları kimi 
yemişsatıcı
və 
əsirsatıcı
leksemlərini də işlətmişdir.
Bəvazicinin işlətdiyi digər mürəkkəb sözlər də 
(əzabendiri-
ci, qaniçici, qeybətedici)
fars dilindən kalka şəklində tərcümə 
olunmuşdur. 
Bəvazici orijinaldakı mürəkkəb sözləri nadir hallarda bir 
neçə sözdən ibarət birləşmə şəklində də vermişdir. Belə tərcümə 
bir növ sözün izahı təsirini bağışlayır. Məsələn: 
"

Yüklə 3,57 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   208




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin