85
Əgər bir kimsənə düşdə bir
quyumçı
ilə (oturdı), ya anunla
müamilə etdi görsə, bir yalancı ilə işi-güci düşə
1
Əgər binəd ke, qoruhi ra be rah-e rast rəhbəri mikərd, də-
lil ke, ğoum’i ra be rah-e rast-o-səlah-e din rəhbəri konəd.
Əgər bir kimsənə düşdə toğrı yola bir bölük adama qəçərçi-
lik
edər görsə, bir qövmi din və səlah yolına dəvət edə
2
.
Dilimizdə indi də eynilə işlənən fars mənşəli
"zərgər"
sözü-
nün qarşılığı olan
"quyumçı"
lekseminin kökündə dayanan
quy-
maq
feli
Mahmud
Kaşğaridə
"tökmək"
mənasında işlənmişdir.
Quyumçu
sözünə Hinduşah Naxçivaninin "Əs-Sihah" lüğətində,
Əsirəddin Əbu Həyyan əl-Əndəlusinin "Kitab əl-idrak" əsərində
və V.Radlovun lüğətində rast gəlirik. Bu söz Suli Fəqihin “Yusif
və Züleyxa” əsərində də işlənmişdir:
Bəni nəccar, həm quyumçilər düzər.
Tofiq Abdullayev "Kəvamilüt-təbir"də işlənmiş nadir və ar-
xaik sayılan sözlər sırasında bu sözü nədənsə göstərmir. Tədqi-
qatçı bu sözü
qoyumçı
kimi oxumuş və yalnız peşə bildirən söz-
lər sırasında qeyd etməklə kifayətlənmişdir.
Qeyd edək ki, bu
söz Türkiyə türkcəsində indi də eyni mənada
kuyumcu
şəklində
işlənir.
Dostları ilə paylaş: