Div dər xab doşmən-e bozorg basəd fəribənde . “Kəvamilüt-təbir”də : Div düşdə bir aldayıcı ulu düşmənə dəlalət edər. Fars mənşəli
fəribənde sözü quruluşca yuxarıda qeyd olu-
nan
xanənde və
amuzənde leksemləri ilə üst-üstə düşür:
fəriftən (aldatmaq) felinin kökü
fərib və
-ənde şəkilçisindən ibarətdir.
Farsca sifət kimi işlənən bu sözün lüğəvi mənası
aldadan de-
məkdir. Bəvazicinin həmin sözün qarşılığı olaraq işlətdiyi
alda- yıcı da eyni quruluşdadır:
aldamaq (aldatmaq) felinin kökü və
- ıcı şəkilçisindən düzəlmişdir. Qeyd edək ki,
aldayıcı mənaca da
fəribənde ilə tam üst-üstə düşür. Maraqlıdır ki,
aldayıcı sözü qə-
dim türk mətnlərində qeydə alınmamışdır. XIII-XVI əsərlərə aid
bir necə qaynaqda isə bu sözün
aldağan (çox aldadan) və
aldu- ğu (aldadıcı) variantları qeydə alınmışdır. Farsca məşhur “Qa-
busnamə” kitabının XV əsrə aid türkcəyə tərcüməsində və XVI-
XVII yüzilliklərə aid “Ət-töhfətüs-səniyyə” və “Müxfətüt-töhfə”
adlı farsca-türkcə lüğətlərdə isə
aldayıcı sözü eynilə Bəvazicidə
olduğu kimi işlənmişdir. “Aldayıcı” sözünün bu yazılı qaynaq-
larda eynilə Bəvazicidəki kimi işlənməsi sübut edir ki, orta əsr-
lərin tərcüməçi və leksikoqrafları farsca ayrı-ayrı sözlərin tərcü-
1
Турецко-русский словарь. Москва, Наука, 1980, c.698.
81
məsi zamanı eyni metod və prinsiplərə söykənmiş, məhz buna
görə də bir çox hallarda bəlkə də biri digərindən xəbərsiz ayrı-
ayrı fars mənşəli sözləri eyni şəkildə tərcümə etmiş və yazılı
ədəbi dilə gətirmişlər.