Sayali sadiqova


oxumaq felinin  kökü ( oqu



Yüklə 3,57 Mb.
Pdf görüntüsü
səhifə27/208
tarix25.12.2023
ölçüsü3,57 Mb.
#194908
1   ...   23   24   25   26   27   28   29   30   ...   208
Mohsun N - Sayali S Azerbaycan edebi dili son (2)

oxumaq
felinin 
kökü (
oqu
) və 
-yıcı
şəkilçisindən ibarətdir. 
Oqıyıcı
sözünə qədim türk mətnlərində eyni mənada 
oqıcı
və 
oqığçı 
şəkillərində rast gəlirik. Orta yüzilliklərə aid türk yazı-
lı abidələrində isə bu söz 
okucu
və 
okuyucu 
şəkillərində qeydə 
alınmışdır. Maraqlıdır ki, sözügedən mətnlərdə istər 
oqıcı 

 
oqığçı
sözləri, istərsə də 
okucu
və 
okuyucu
leksemlərinin yalnız 
dəvət edən, dəvətçi
anlamında işlənməsi göstərilir. Aydınlıq 
üçün qeyd edək ki, 
oxumaq
feli türk dillərində tarixən iki məna-
da işlənmişdir: 
çağırmaq, dəvət etmək
və 
mütaliə etmək, oxu-
maq
. Bu amili nəzərə aldıqda belə bir fikrə gəlmək olar ki, 
oqı-
yıcı
sözünü müasir ədəbi dilimizdəki 
oxucu, mütaliə edən
anla-
mında ilk dəfə işlədən və yazılı ədəbi dilə gətirən, bununla da 
onu zənginləşdirən söz ustalarından: şair, yazıçı və tərcüməçilər-
dən biri də Xızır bin Əbdülhadi Bəvazici olmuşdur.
Oqıyıcı 
sözü ilə bağlı daha bir məsələni qeyd etməyi lazım 
bilirik. Azərbaycan ədəbi dili tarixinə aid kitab və araşdırmalar-
da 
–ıcı –ici 
şəkilçisi əsasən, feildən sifət düzəldən şəkilçi kimi 
təqdim olunur
1
. Konkret olaraq XVI əsr yazılı tərcümə abidəsi 
“Kəvamilüt-təbir”də, eləcə də eyni yüzilliyin yadigarı olan Nişa-
tinin “Şühədanamə” tərcüməsində isə bu şəkilçi ilə düzələn sözlə-
rin çoxu qrammatik mənaca isimdir. Məsələn, “Şühədanamə”də: 
qayırıcı
(hami), 
saxlayıcı
(gözətçi, qoruyucu); “Kəvamilüt-tə-
bir”də: 
alıcı
(müştəri), 
yazıcı
(mizə, katib; yazan, yazıçı) və s. 

Yüklə 3,57 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   208




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin