77
Əsasən, XV-XVI yüzilliklərə aid ilkin Azərbaycan tərcümə
əsərlərinin çoxu fars dilindən tərcümə olunmuşdur. Əlyazma ki-
tabları şəklində günümüzə qədər gəlib çatan bu dəyərli yazılı
qaynaqlar həm nəsrlə,
həm də nəzmlədir və daha çox, dini və
bədii-fəlsəfi mövzuları əhatə edir .
Məlum olduğu kimi, nəzmlə
müqayisədə nəsrdə dil sər-
bəstliyi üçün imkanlar daha genişdir və məhz buna görə də milli
Azərbaycan-türk ədəbi dilində gedən zənginləşmə proseslərini
izləmək, araşdırmaq məsələsində klassik nəsr tərcümələri dəyər-
li yazılı qaynaqlardır. Bu baxımdan XVI yüzilliyə aid “Kəvami-
lüt-təbir” (“Ən mükəmməl yuxuyozma”) adlı tərcümə əsəri xü-
susilə böyük əhəmiyyət daşıyır. Xızır bin Əbdülhadi Bəvazici-
nin 955/1548-ci ildə tamamladığı və dövrün hökmdarı
Sultan
Süleyman Qanuniyə ithaf etdiyi “Kəvamilüt-təbir” fars dilindən
tərcümə olunmuşdur. Tərcümənin orijinalı XII yüzilliyin gör-
kəmli Azərbaycan alimi Hübeyş Tiflisinin fars dilində yazdığı
və yuxuyozma məsələlərinə həsr etdiyi “Kamilüt-təbir” adlı əsə-
ridir. Qeyd edək ki, türkcə kitabın mütərcimi Xızır Bəvazici dahi
Məhəmməd Füzulinin əsrdaşı olmaqla yanaşı, həm də yurddaşı
– həmyerlisidir. O, indiki İraq ərazisindəki
Mosul bölgəsində
yaşamış və özünün yazdığına görə katiblik – mirzəlik etmişdir.
Yuxuyozmaya dair ensiklopedik səciyyə daşıyan bu dəyərli
tərcümə əsərində yuxuda görülən əşyaların adları üç dildə: ərəb,
fars, türk verilmişdir ki, bu baxımdan kitabı həm də klassik lüğət
nümunəsi kimi də dəyərləndirmək olar. “Kəvamilüt-təbir”in hər-
tərəfli araşdırılması göstərir ki,
bu klassik tərcümə nümunəsi
Azərbaycan-türk ədəbi dilinin zənginləşməsi prosesinin tarixi
aspektdən araşdırılması baxımından müstəsna əhəmiyyət daşıyır
və bu baxımdan dəyərli yazılı qaynaqdır. Belə ki, adı çəkilən üç
dili mükəmməl bilən istedadlı mütərcim Bəvazici farsca mətndə
yer alan bir sıra ərəb və fars sözlərini, eləcə də ayrı-ayrı birləş-
mələri “kalka” şəklində tərcümə yolu ilə türkcəyə çevirərək on-
ları ilk dəfə yazılı
ədəbi dilə gətirmiş, bununla da Azərbaycan-
türk dilinin zənginləşməsi işinə xidmət etmiş, bu sahəyə öz töh-
fələrini vermişdir.
78
Bəvazicinin hərfi tərcümə (kalka) yolu ilə yaratdığı çoxlu
sayda sözlər quruluşca iki yerə bölünür: düzəltmə sözlər və mü-
rəkkəb sözlər. Öncə Bəvazicinin söz yaradıcılığı sahəsindəki sə-
mərəli fəaliyyətinin nəticəsi olan və yazılı
ədəbi dilimizin zən-
ginləşməsinə xidmət edən düzəltmə sözləri nəzərdən keçirək. Bu
qəbildən olan sözlər sırasında feil kökü və
Dostları ilə paylaş: