71
göstərilmişdir
1
. “Şühədanamə”də “tabın” ismi ilə yanaşı, “tabın-
başı” (baş qulluqçu) ismi və “tabın etmək” (nökər etmək) feili də
işlənmişdir.
Məlum olduğu kimi, tarixi leksikanın mühüm tərkib hissə-
lərindən biri də söz yaradıcılığıdır. Orta əsrlərə aid Azərbaycan
tərcümə ədəbiyyatı nümunələri ədəbi dilimizdə söz yaradıcılı-
ğının tarixi aspektdə araşdırılması baxımından
da zəngin
qaynaqlardır.
Klassik Azərbaycan nəsr tərcümələri, xüsusilə də “Şühəda-
namə” və “Kəvamilüt-təbir” tərcümələri üzərindəki müşahidələr
göstərir ki, onların mütərcimləri (Nişati və Bəvazici) hər vasitə
ilə çalışmışlar ki, orijinalın mətnində olan hər bir sözü və ifadəni
onların ana dilindəki qarşılıqları ilə versinlər. Aydındır ki, onlar
bu məqsədə çatmaq üçün bir yandan tükənməz söz xəzinəsi olan
canlı ümumxalq danışıq dilinə üz tutmuş, digər tərəfdən isə söz
yaradıcılığı sahəsində səmərəli fəaliyyət göstərərək orijinalın di-
lindəki (farscadakı) müəyyən sözləri ya kalka yolu ilə çevirmiş,
ya da özlərindən yeni söz yaratmışlar. Bu baxımdan adı çəkilən
tərcümə əsərlərinin orijinallarının mətnlərində işlənən bir sıra
düzəltmə və mürəkkəb sözlərin dilimizə tərcüməsi xüsusilə diq-
qətçəkicidir. Belə ki, Nişati, xüsusilə də Bəvazici ana dilinə çe-
virdiyi farsca mətndə işlənmiş bir çox düzəltmə və mürəkkəb
sözlərin quruluşunu da tərcümədə eynilə saxlamağa çalışmışdır.
Bu cür hallarda orta əsr mütərcimləri söz yaradıcılığı sahəsində
axtarışlar aparmış və özləri bir sıra yeni sözlər yaratmaqla yazılı
ədəbi dilimizi daha da zənginləşdirmişlər. Məsələn, Nişati “Şü-
hədanamə”nin orijinalında – “Rövzətüş-şühəda” kitabında olan
“müvəkkil” sözünü tərcümənin müxtəlif yerlərində onun ana di-
lindəki qarşılığı olaraq üç sözlə vermişdir: “qaravul”, “keşikçi”
və “saxlacı” (sonuncu söz əslində “saxlayıcı” olmalıdır – katib
xətasıdır). Göründüyü kimi, bu sözlərdən sonuncu ikisi söz yara-
dıcılığının məhsuludur: “keşikçi” və “saxlacı”
morfoloji üsulla
1
В.В.Радлов. Опыт словаря тюркских наречий. т. I-IV, СПБ, 1893-1911,
II. с.1277
72
yaranmışdır. Nişati “Şühədanamə”də həmçinin fars mənşəli
“rahban” (yol gözətçisi) mürəkkəb sözünün qarşılığı
olaraq
“yolsaxlayıcı” sözünü, ərəb mənşəli “hami” sözünün qarşılığı
kimi isə “qayırıcı” düzəltmə sözünü işlətmişdir. Qeyd edək ki,
sonuncu söz
qayırıcı arxaizmdir, onun kökü olan “
qayırmaq
”
feili türkcə əski mətnlərdə “qayğısına qalmaq”, “hamilik etmək”
anlamlarında işlənmişdir. Nişatinin ərəb mənşəli “qatil”
sözünü
bir neçə yerdə “qanlu” kimi tərcümə etməsi də diqqətçəkici mə-
qamlar sırasındadır. Ümumiyyətlə, Nişati “Şühədanamə”də söz
yaradıcılığına üz tutarkən daha çox
morfoloji üsula üstünlük
vermiş və əsasən, dördvariantlı şəkilçilərdən:
-lı
4
, -çı
4
və
-ıcı
4
morfemlərindən yararlanmışdır.
Nişati ilə müqayisədə Bəvazicinin “Kəvamilüt-təbir” tərcü-
məsində söz yaradıcılığı sahəsindəki xidmətləri daha çox nəzərə
çarpır və xüsusi maraq doğurur. Belə ki, istedadlı mütərcim XII
əsrdə yaşamış soydaşı Tiflisinin fars dilndə yazdığı “Kəvamilüt-
təbir” kitabını ana dilinə çevirərkən söz yaradıcılığı sahəsində öz
əməyinin məhsulu olaraq bir sıra düzəltmə və mürəkkəb sözləri
yazılı ədəbi dilə gətirmişdir. Əvvəlcə Bəvazicinin “Kəvamilüt-
təbir” tərcüməsində morfoloji üsulla yaranmış bir neçə düzəltmə
sözə və onların farsca mətndəki orijinallarına nəzər salaq:
Dostları ilə paylaş: