Sayali sadiqova



Yüklə 3,57 Mb.
Pdf görüntüsü
səhifə21/208
tarix25.12.2023
ölçüsü3,57 Mb.
#194908
1   ...   17   18   19   20   21   22   23   24   ...   208
Mohsun N - Sayali S Azerbaycan edebi dili son (2)

Mənüm xanədanıma gədük saldun.
Qeyd edək ki, “gədük” sözü “Kitabi-Dədə Qorqud” eposun-
da eyni mənada işlənmiş, lakin yalnış olaraq “gödək” kimi 
oxunmuşdur
2
. Mətndən çıxış etdikdə isə abidənin dilindəki bu 
sözün məhz “gədik” kimi oxunuşu düzgündür.
 
Qara polat uz qılıcı gədik oğlan,
Əlindəki sügüsü sınıq oğlan. 
Cümlələrin məzmunundan da aydın görünür ki, burada qı-
lıcla sününün (süngünün) naqisliyindən, sınıqlığından söhbət ge-
dir. Bundan əlavə mətndəki “sınıq” sözü “gədik” sözü ilə daha 
uyarlı səsləşir. Onu da qeyd edək ki, “Kitabi-Dədə Qorqud”da 
“gədik” sözü ilə eyni kökdən olan “gədilmiş” (korlanmış, deşil-
miş) və “gədilməsin” (korlanmasın, deşilməsin) sözləri də işlən-
mişdir. Şirazi də “Gülşəni-raz” tərcüməsində “gədik” sifəti ilə 
yanaşı, “gədilmək” feili (nöqsanlı olmaq, korlanmaq) anlamında 
işlənmişdir:
 
Günəş vəsf eylər ikən tana qaldım,
Gədildim ay kibivü tana qaldım. 
Qeyd edək ki, beytin ilk misrasındakı “tan” sözü dan, sübh-
çağı anlamında, ikinci misradakı “tan” isə təəccüb mənasındadır. 
1
Qəhrəmanov C. Nəsimi “Divan”ının leksikası. Bakı, Elm, 1970, səh.16-18.
2
Kitabi-Dədə Qorqud. Tərtib edənlər: F. Zeynalov, S. Əlizadə. Bakı, Yazıçı 
1988, səh.107.


68 
Nümunədəki “tana qalmaq” (təəccüb etmək) frazeoloji birləşmə-
si Əhmədinin “Əsrarnamə” tərcüməsində və Həzininin “Hədisi-
ərbəin” tərcüməsində də işlənmişdir. Maraqlıdır ki, bu ifadə dili-
mizin Qazax şivəsində “dona qalmaq” şəklində qorunub saxlan-
mışdır
1
. “Gədik” sözü də “naqis” anlamında dilimizin Bakı şivə-
sində işlənməkdədir .
Yuxarıdakı arxaizmlər sırasında 
“qırğıl” 
(ortayaşlı) sifəti 
ortaçağ Azərbaycan yazılı abidələrindən yalnız “Gülşəni-raz”da 
və “Şühədanamə”də işlənmişdir:
 
Olur tiflü cavanü qırğılü pir,
Olur danavü eylər əql tədbir.
XI yüzilin böyük türkoloqu Mahmud Kaşğarinin də qeydə 
aldığı “qırğıl” sözünün
2
“Şühədanamə”də işləndiyi cümlə isə be-
lə səslənir:
Əmir Həmzə qırğıl idi, Şeybənün qənimi oldı ki, ol dəxi qır-
ğıl idi.
Qədim türk mətnlərində işlənmiş “
qırqıldamaq
” (çallaş-
maq, ağarmaq-saç üçün) feili də, fikrimizcə, “qırğıl” leksemi ilə 
eyniköklüdür.
İndi isə Nişatinin “Şühədanamə” tərcüməsində işlənmiş 
yalnız bir qrup arxaizmləri ümumi şəkildə qeyd edirik:
Barx
– ev, saray; 
canğı
– məşvərət, məsləhət; 
çüçük
– şirin; 
dünürlük
– elçilik (qız üçün); 
genəş
– məsləhət, məşvərət; 
kölük
– minik heyvanı, 
kutəl
– yedək atı; 
qancuğə
– yəhər qayışı; 
qar-
çağay
– şahin; 
qazuğ
– çadır dirəyi, mıx; 
qəcərçi
– bələdçi; 
qəy-
tul
– hərbi düşərgə; 
qonğay
– el ağsaqqalı; 
qulan
– vəhşi at; 
öləng
– otlaq, çəmən; 
sadaq
– ox qabı; 
sayru
– xəstə; 
sin
– qə-
bir; 
tabın
– nökər, xidmətçi; təvağçi-hərbi dəstə başçısı, 
tip
– qo-
şunun mərkəzi; 
tuğ
– bayraq; 
ulca
– əsir; 
yazı
– çöl, düzənlik
1
Rüstəmov R. Müasir Azərbaycan dili üçün arxaikləşmiş feillər, Dilçilik 
məcmuəsi, XVIII c. Bakı, 1963, səh.115. 
2
Bax: Древнетюркский словарь. Л, 1969, с.446. 


69 
səhra; 
ükək
– kəcavə; 
yen//yin
– paltarın qolu; 
yığlamaq
– ağla-
maq, ulca-əsir və s.
Öncə qeyd edək ki, bu sözlərin sırasında “qəcərçi”, “qon-
ğay”, “qəytul”, “təvağçi” və “ulca” sözlərinə yalnız türk dilinə 
dair bəzi əski lüğətlərdə rast gəlirik. Buna görə də onların mon-
qol mənşəli olmasını da istisna etmirik. İndi isə yuxarıdakı arxa-
izmlərdən bir neçəsinin işləndiyi cümlələrə diqqət yetirək:
 
Çüçüklə acıya keçmiş qəza əzəl gündə 
Əgər turş oturursan, oğul, qəzayə nə qəm. 
Qeyd edək ki, “Şühədanamə”də “çüçük” sözü yalnız iki şeir 
nümunəsində işlənmişdir ki, onlardan biri yuxarıdakıdır. Qədim 
türk mətnlərində bu sözün 
“sücik”
variantı ilə yanaşı, onun kö-
kündə dayanan “sücimək” feili də qeydə alınmışdır
1
. Radlovun 
məşhur lüğətində isə “
çüçük
” sifəti “Şühədanamə”dəki varian-
tında olduğu kimidir
2
. Alimin fikrincə “çüçük” sifəti “çüçimək” 
feilindən düzəlmişdir. Göründüyü kimi, “çüçük-sücik” sözlərin-
də səs və hərf əvəzlənməsi baş vermişdir.
“Şühədanamə”də işlənmiş arxaizmlər sırasında “kutəl” sözü 
də nadirliyinə görə diqqəti çəkir:
Abdullahun əmüsi Əvn bin Əli çün qardaşı oğlı yəyağ gör-
di, bir kutəli götürüb səgritdi.
Qeyd edək ki, 
yedək atı
 
mənasını daşıyan “kutəl” sözü “Şü-
hədanamə”də daha bir cümlədə işlənmişdir. “Kutəl” sözü qədim 
V.Radlovun lüğətində eyni mənada qeydə alınmış, Səfəvilər 
dövründə fars dilinə də keçmişdir. “Kutəl” sözünə digər Azər-
baycan yazılı abidələrində rast gəlmirik. Qeyd edək ki, bir sıra 
V.Radlovun lüğətində “kütəl” sözünün bu anlamı ilə yanaşı, 
“aşırım”, “gədik”, “təpə” mənaları da göstərilir. Maraqlıdır ki, 
“kütəl” sözü Əfqanıstanda puştu dilində də “aşırım” mənasında 
1
Древнетюркский словарь. “Издательство” “Наука”, Л., 1969, с. 516.
2
В.В.Радлов. Опыт словаря тюркских наречий. т. I-IV, СПБ, 1893-1911, 
III, с.279.


70 
işlənir. Onu da əlavə edək ki, yuxarıdakı cümlədəki 
yəyağ
sözü 
də müasir ədəbi dilimiz üçün arxaik səciyyə daşıyır: “piyada” 
deməkdir.
Yuxarıda qeyd olunan arxaizmlər içərisində xüsusi maraq 
doğuran sözlərdən biri də “öləng” leksemidir.
Yusif dedi: 
Hanğı öləngdə divəni otlayubdur.
Dedi: Ali-Yə-
qub öləngində.
Cümlənin məzmunundan da göründüyü kimi, “öləng” sözü 
burada 
otlaq,
 
çəmən
anlamını daşıyır. Qədim türk mətnlərində 
qeydə alınmış “öləng” sözünə də digər orta əsr Azərbaycan yazı-
lı abidələrində rast gəlmirik. Maraqlıdır ki, bu söz də Səfəvilər 
dövründə fars dilində yazılmış tarixi əsərlərdə işlənmişdir
1

“Öləng” sözünün mənşəyi və məna çalarları haqqında prof. 
M.Seyidov geniş məlumat vermişdir
2

“Şühədanamə”də işlənmiş arxaizmlər sırasında “tabın” (nö-
kər, xidmətçi) ismi də diqqətçəkicidir:
İmamun tabınları... tamam gecə ac-susız Tanrınun zikrinə 
və Mustafanun əleyhissəlam salavatına keçürdilər.
Maraqlıdır ki, tabın
 
sözünə nə qədim türk mətnlərində, nə 
də orta əsrlərə aid Azərbaycan yazılı abidələrində rast gəlirik. 
Fikrimizcə, bu söz Yenisey abidələrində işlənmiş “tapmaq” 
(xidmət etmək, qulluq, göstərmək) feilindən düzəlmişdir. Mah-
mud Kaşğarinin lüğətində bu sözün “əyilmək”, “təzim etmək” 
mənaları qeydə alınmışdır ki, bu da yuxarıdakı məna ilə müəy-
yən mənada səsləşir. Adı çəkilən qaynaqda “xidmət etmək” mə-
nasında “
tapmaq
” feilinin qayıdış növü olan “

Yüklə 3,57 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   208




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin