62
lində yazdığı “Gülşəni-raz” məsnəvisində beytlərin ümumi sayı
1006-1007 beyt olduğu halda, Şirazinin sərbəst-yaradıcı tərcü-
məsində beytlərin ümumi sayı 2800-3000 beyt arasındadır
1
.
Ortaçağ Azərbaycan tərcümə nümunələrinin ədəbi dil tarixi
üçün
əhəmiyyətinə gəldikdə isə, qeyd etmək lazımdır ki, onlar
ilk növbədə XV-XVI əsrlər Azərbaycan ədəbi dilinin leksikası-
nın araşdırılması baxımından zəngin qaynaqlardır. Bu baxımdan
həmin yazılı mənbələrdə işlənmiş və müasir ədəbi dilimiz üçün
arxaik səciyyə daşıyan bir sıra qədim türk sözləri xüsusilə diqqə-
ti cəlb edir. Həmin leksik vahidlər haqqında bilgi verməzdən ön-
cə qeyd edək ki, klassik tərcümə örnəklərinin orijinallarının əldə
olması onların mətnlərində işlənən qədim sözlərin leksik-seman-
tik mənasının dəqiqləşdirilməsi işini xeyli asanlaşdırır. Məsələn,
professor Mirzə Rəhimov XVI əsr tərcümə abidəsi “Şühədana-
mə”nin mətnində işlənən bəzi arxaik sözlərin mənasını məhz
onun farsca orijinalına (“Rövzətüş-şühəda”) əsasən müəyyənləş-
dirmişdir.
2
Ana kitabımız “Dədə Qorqud” dastanlarında
işlənən
bəzi sözlərin düzgün oxunuşu və mənaları isə, məlum olduğu ki-
mi, hələ də mübahisə mövzusu olaraq qalmaqdadır.
XV-XVI əsrlərdə dilimizə tərcümə edilmiş əsərlər ərəb və
fars dillərini bilməyən türklər üçün nəzərdə tutulmuş, bu səbəb-
dən də onların əksəriyyəti olduqca sadə və anlaşıqlı bir dildə –
canlı ümumxalq danışıq dilində qələmə alınmışdır. Məhz buna
görə də həmin tərcümə örnəklərinin dilində xalq danışıq
dilin-
dən gələn deyimlərdən, atalar sözlərindən bol-bol istifadə olun-
muş və bütövlükdə götürdükdə türkmənşəli sözlərə üstünlük ve-
rilmişdir. Məsələn, Şirazinin “Gülşəni-raz” tərcüməsində elə şeir
parçaları vardır ki, bütünlüklə türkmənşəli sözlər üzərində qurul-
muşdur. Tərcümənin ayrı-ayrı yerlərindən seçdiyimiz aşağıdakı
şeir örnəkləri bunu əyani şəkildə sübut edir:
1
Nağısoylu M. Şirazinin “Gülşəni-raz” tərcüməsi. Filoloji-tekstoloji araşdır-
ma, mətnin transfontliterasiyası. Bakı, “Nurlan” 2004.
2
Rəhimov M. Azərbaycan dilinin XVII əsr yazılı abidəsində işlənmiş bir sıra
sözlər haqqında, “Elm və təhsil”, 2011, səh.46-88.