54
Şairin yaradıcılığında türk mənşəli
hərbi terminlər ərəb və
fars mənşəli terminlərlə paralel işlənmişdir. Məsələn;
ordu – qo-
şun – sinah, qılınc – tiğ, düşmən – yağı, bayraq – sancaq – liva
– dairəvi
və s.
Qeyd etmək lazımdır ki, Füzuli dövründə türk mənşəli ter-
minlər digər xalqların dillərinə keçdiyi
kimi ərəb-fars mənşəli
terminlər də dilimizdə işləklik hüququ qazanmışdır:
Oldur səlah kimi, əvvəl
Qılmayan
irtikabi-cəngü-cədəl.
Və ya
Gördü badə ki
ləşkəri
bir-bir
Oldu ol nabəkar əlində
əsir.
Füzuli öz əsərlərində rasional elmləri (elmi – əqliyə) və
ənənəvi elmləri (elmi – nəqmuyə) əks etdirməyə çalışmışdır.
Buna görə də Füzulinin əsərlərində
astronomiya və riyaziyyata
aid çoxlu termin işlənmişdir: kövkab, naqil, sabütü – səyyar, si-
tarə (ulduz), süheyl, keyvan, müştəri, tul dairəsi, bürc, şərteyn
(ulduz adıdır) və s.
M.Füzulinin “Bəngü Badə”, “Söhbətül-əsmar”, “Səhhət və
mərəz” poemaları ictimai-tərbiyəvi
və elmi-tibbi mahiyyətli
əsərlərdir. Bu əsərlərin mənzum bədii üslubda yazılması Füzuli-
nin şairlik – alimlik məharəti və bu dövrdə mənzum əsərlərə üs-
tünlük verilməsi ilə əlaqədardır. Elə buna görə də bu dövrdə bir
sıra lüğətlər də mənzum tərzdə yazılmışdır.
Bu əsərlərdə “dafei – dərd”, “dərdi – sövda”, “dəryayi – bə-
la”, “iflic”, “vərəm”, “əlil”, “təbib”, “dəva”, “xəstəriyü” kimi
alınma tibbi terminlərlə yanaşı “baş ağrısı”, “qarın şişi” kimi
azərbaycanca tibbi terminlərin ilk nümunələri də işlədilmişdir.
Şairin “Söhbətül – əsmar” əsərini bədiiləşmiş elmi əsər he-
sab etmək olar. Əsərdə xalq arasında müxtəlif məqsədlərlə qida,
dərman kimi işlənən meyvələrin təbiəti, mahiyyəti onların öz da-
55
nışıqları ilə verilir. Burada hər meyvənin
əlamətlərini bildirən
sözlər, ifadələr işlədilmişdir. Məsələn:
Alça – özünü tərif mənasında:
Mən kimi xoş cahanda kim var?
Təblərzəyə mən
Dostları ilə paylaş: