Sayali sadiqova



Yüklə 3,57 Mb.
Pdf görüntüsü
səhifə12/208
tarix25.12.2023
ölçüsü3,57 Mb.
#194908
1   ...   8   9   10   11   12   13   14   15   ...   208
Mohsun N - Sayali S Azerbaycan edebi dili son (2)

Ründü-qəllaməm, məqamim kuşeyi-meyxanədir, 
Gəlmişəm qamu-bəladəni aşiqi-xummar məst

Bu mərhələdə elmi, dini, fəlsəfi anlayışları ifadə etmək 
üçün əsasən ərəb-fars sözlərindən istifadə edilmişdir. Lakin 
ümumiyyətlə Nəsimi dilinin leksik tərkibində Azərbaycan və 
ümumtürk mənşəli sözlər ərəb-fars sözlərinə nisbətən çoxluq 
təşkil edir. “Nəsimi “Divani”nin leksikasında türk mənşəli ter-
minlər də işlənmişdir. Hazırda hərbi termin kimi işlənən çavuş 
“çəri” (əsgər, qoşun mənalarında) Nəsimi leksikasında “bələdçi, 
gözətçi, qaravulçu” mənalarında işlənmişdir: 
Zöhrəvü mahu müştəri dust elinin çavuşları, 
Çərx ilə çərx vuran bilür neçə dönər bu çənbəri
M.Kaşğari lüğətində bu terminin izahı belə verilmişdir: 
Ça-
vuş-savaşta safları düzülten, savaş olmadığı zaman da askeri zu-
lum etmeğe bırakmayan kimse
(DLT, I, 368).


48 
Nəsiminin leksikasında bitki adları – buğda, qarğu, heyvan 
adları – at, davar, laçın, məişətlə bağlı – ağu, badyə, dütün, yas-
tuğ kimi anlayışlar da işlənmişdir. Lakin Nəsiminin təbliğ və 
təmsil etdiyi hürufilik və panteizm ideyaları, Şərq fəlsəfəsi, şərq 
elmi, eləcə də yaşadığı mühitlə bağlı onun yaradıcılığında işlə-
nən terminlər ərəb və fars mənşəlidir. 
C.Qəhrəmanov yazır: “XIII-XIV əsrlərdə yazılmış Azər-
baycan abidələrində eyni məzmunlu, eyni məfhumu və mənanı 
ifadə etmək üçün həm ərəbi, həm farsı, həm azərbaycanca, ifa-
dələr, sözlər, hətta şəkilçilərlə yanaşı surətdə işlənmişdir.
1
İ.Nəsimi dövründə Azərbaycan dili əsrinin qabaqcıl fikirlə-
rini ifadə edən yüksək bir dil səviyyəsinə - yüksək ideallar uğ-
runda mübarizə dilinə, təbliğat və təşviqat dilinə çevrilmişdir. 
Nəsimi yaradıcılığında fəlsəfi fikirlərlə əlaqədar olaraq fəlsəfi 
terminlər üstünlük təşkil edir. 
C.Qəhrəmanov yazır ki, “Azərbaycan ədəbiyyatı tarixin-
də yeni mərhələlərin əsasını qoyan Nəsimi şeriyyəti türk dillə-
rində yaranan qədim və orta əsr ədəbi abidələrinin ənənəsini 
davam etdirmiş və klassik Azərbaycan bədii dilinin əsasını 
qoymuşdur”.
2
Bununla yanaşı Nəsimi yaradıcılığı elmi fikirlərin ifadəsi-
nin də başlanğıcını qoymuşdur. Belə ki, yaradıcılığı dilin ilkin 
formalaşma mərhələsində yazılı ədəbi dilimizin zirvəsini təşkil 
edib onun bədii üslubuna mükəmməl nümunə olduğu kimi, el-
mi-fəlsəfi şerləri ilə elmi dilin inkişafı üçün də ilk nümunə sayı-
la bilər. Onun yaradıcılığında (fəlsəfə, tibb, ədəbiyyatşünaslıq
və s.) bir sıra sahələrə aid terminlər işlənmişdir. Ədəbiyyatla 
bağlı qissə, məcaz, nəzm, təşbeh, vəzn, divan, nəğmə, yazıçı, rə-
vayət, dastan, hekayə və s. işlənmişdir.
Məsələn: 
Yəbini qılan təşbih təkkərü nəvahü qəndə 
1
Qəhrəmanov C. Nəsimi divanının leksikası. Bakı, 1970, səh.14.
2
Yenə orada, səh.7.


49 
Ol əhli-dil qətində gözi bağlu canəvərdir (Nəs.Div.s.172) 
Bu şerdə təşbih bənzətmə mənasında işlənmişdir. Eləcə də: 
Zülfi uzun qəsidədür, kimsə irişməz ucuna 
Fikri xəta, dili qəza qiyləvü qalə düşməsün (Nəs.D. səh.399). 
Mütəfəkkir şairimizin yaradıcılığında müxtəlif elm sahələri-
nə aid terminlər işlənmişdir. 
Dini anlayışlar bildirən terminlər: cəhənnəm, qiyamət günü, 
qiblə, qəzavü-qədər, mömin, peyğəmbər, ucmağ/cənnət, behişt 
və s. 
Filoloji terminlər: dastan/qissə, səs/sövt, zərf, ismi-məful, 
hərf, nöqtə, dil, gəlmədeyici (natiq). 
Fəlsəfi anlayışları bildirən terminlər: zaman, məkan, inkar, 
vəhdət, dirilik, varlıq, qətrə, zərrə, küll, cüz. 
Təbiət elmləri ilə bağlı terminlər: torpaq/xak, od/atəş, pam-
bıq, yüzərlik, buxar, dolu, qulaq/guş, bağır/cigər, həkim şərbəti. 
Hərbi terminlər: bölük, meydan, nişan, ox/tir,, kaman/yay, 
əmr/buyruq, ləşgər, cəri/əsgər, sipər/qalxan. 
Terminlərin inkişaf təkamülü alınma terminlərin dil vahid-
lərinin ilk abidələrimizdə nəzərə çarpan azərbaycanlaşma meyli 
Nəsimi yaradıcılığında bir sistem şəkli alır. Alınma terminlər 
müvazi şəklində işlədilərək (sağış-hesab, tamu-cəhənnəm, uc-
mağ-behişt/cənnət, sayru-xəstə) tədricən dildən çıxır. Elmi-fəl-
səfi, ictimai-siyasi anlayışları ifadə etmək üçün yeni termin işlət-
mək vacibliyi dilin mürəkkəb sözyaradıcılığı qanunauyğunluqla-
rından geniş istifadə etmək tələbatını doğurur. İ.Nəsiminin lirik 
və elmi-fəlsəfi şerləri XIV əsr Azərbaycan ədəbi dilinin inkişa-
fında olduğu kimi terminologiyanın formalaşmasında mühüm 
rol oynamışdır. XV əsrin ortalarından Azərbaycanda feodal döv-
lətlərinin Ağqoyunlular, Qaraqoyunlular və Şirvanşahlar arasın-
da davam edən vuruşmalar Azərbaycanın iqtisadi, siyasi və mə-
dəni inkişafına mənfi təsir edirdi. Məhz buna görə də Azərbay-
canda vahid bir dövlət yaratmaq meylləri güclü idi. Nəhayət, 
aparılan ardıcıl mübarizə nəticəsində Səfəvilər dövləti yarandı. 
Azərbaycan Səfəvi dövlətinin yaranması ilə iqtisadi həyatın, mə-


50 
dəniyyətin yüksəliş dövrü başlanır. XVI əsrin birinci yarısında 
Azərbaycan Səfəvilər adı ilə qüdrətli dövlət quran Şah İsmayıl 
Xətainin hakimiyyəti dövründə Azərbaycan dilinin rolu artır, 
rəsmi fars dili ilə yanaşı sarayda yaşayan Azərbaycan şairləri öz 
ana dilində əsərlər yazır və ədəbi məclislər keçirirdilər. Azər-
baycan dilinə marağın artmasında, hətta bu dilin rəsmi dövlət di-
li səviyyəsinə qaldırılmasında, Şah İsmayıl Xətainin böyük rolu 
olmuşdur. O, bacarıqlı dövlət xadimi kimi Azərbaycan dilinin 
zənginliyini qiymətləndirmiş, onu fars dili ilə yanaşı rəsmi döv-
lət dili səviyyəsinə yüksəltmişdir. 
Azərbaycan, fars və ərəb dillərində şeir yazmaq qabiliyyəti-
nə malik olan Xətai əsərlərinin əksəriyyətini doğma ana dilində 
yaradaraq öz dövrünün ədəbiyyatına rövnəq vermişdir
1

O zaman sarayda Azərbaycan dilində danışılır, dövlətlər 
arasındakı rəsmi yazışmalar və fərmanlar Azərbaycan və fars 
dillərində aparılır, hərb, divanxana və iqtisadi həyatla əlaqədar 
istilahların çoxu Azərbaycan dilində işlədilirdi. Bu tarixi həqiqət 
haqqında V.V.Bartold yazırdı ki,…Xanədanın təşəkkül tapdığı 
yerdə Azərbaycan əhalisi hələ o zaman türkcə (azərbaycanca-
M.C) danışırdı. Türk dili sonralar Səfəvilər dövlətində saray və 
ordu dili olaraq qalırdı. (Bartold Xalif Sultan “Mir İslama”, I s., 
№3, SPb, 1912, s. 369). Səfəvilər dövründə çara (altay çavuşla-
rı), çapar (postda duran), keşik, keşikçibaşı, qoşun (əsgər) çərik 
(əsgər), səngər, sürün (hücum), yaraq (silah), saxlav (qazarma), 
ayaqçı (qasid), altun, rütbə adları, idarə istilahları, hərbi istilah-
lar və iqtisadi yaşayışla əlaqədar istilahlar Azərbaycan dilində 
idi. Deməli, Xətai dövründə rəsmi dil ikiləşmiş, yəni Azərbay-
can fars dilləri olmuşdur. Səfəvi dövlətinin daxilində yaşayan və 
əksəriyyət təşkil edən azərbaycanlılara fərmanlar, əmrnamələr 
Azərbaycan, farslara isə fars dilində göndərilmişdir. Bu barədə 
Səlim Rəfi yazır: “Bu əsrdə türk dili (Azərbaycan dili) fars dili 
1
M.F.Körpülüzadə. Azərbaycan ədəbiyyatına aid tədqiqlər. B., 1926, səh.16.


51 
ilə yanaşı rəsmi dil olaraq az çox mövqe qazanmışdır. Bunun 
üçün sübut olaraq Şah İsmayılın Azərbaycan dilində əmrnaməsi-
ni göstərə bilərik”.
1
Bundan əlavə orta əsr fərmanlarında bir çox türk (Azərbay-
can) mənşəli vergi və hərbi istilahlar, rütbə adları – onbaşı, dar-
ğa, basmaçı (çap edən) eşik ağası, qapıçıbaşı, qonulqa, yasavul, 
topçubaşı, tüfəngçibaşı, qoruci, bəyenbəyi, tuşmalbaşı, mətbəx-
başı və s. işlənmişdir.
2
Bu dövrdə Azərbaycan ədəbi dilində terminologiyanın in-
kişafında türk mənşəli sözlərin miqdarı artır. N.Xudiyev yazır: 
“XIII-XIV əsrlərə nisbətən XV-XVI əsrlərdə türk mənşəli sözlə-
rin miqdarı bir neçə dəfə artır və bu mərhələdə klassik üslubda 
işlənən alınma sözlərin anlaşıqlı olmayanlarından həmişə ən azı 
iki dəfə çox olur”.
3
Demək olar ki, Azərbaycan dili həm şifahi, həm də yazılı 
qollar üzrə saraylarda, mədrəsələrdə, tacirlərin, sənətkarların ya-
zışmalarında, məclislərdə artıq formalaşmış ədəbi dil halında iş-
lənən ümumi ünsiyyət və mədəniyyət vasitəsi olmuşdur. Azər-
baycan dili geniş sürətlə işlənən bir rəsmi dil olaraq ərəb və fars 
dillərinə də təsir etməyə başlamışdır. Buna görə də ərəbcə, fars-
ca yazılmış bir sıra kitablarda, fərman, məktub və s. yazışmalar-
da azərbaycanca qoşun, ordubaşı, bağbaşı, çevik və s. hərbi ter-
minlər, dövlət-vəzifə adları işlənilmişdir. XVI əsrdən başlayaraq 
Azərbaycan dilindən fars dilinə keçmiş bir sıra – 

Yüklə 3,57 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   208




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin