27
Geniş söz ehtiyatına, dərin həssaslığa malik bir xalq eyni
zamanda ədəbiyyatla bağlı anlayışları da yaratmışdır. Dastanda
bu anlayışlar az olsa da işlənmişdir. Belə ki, “Kitabi-Dədə Qor-
qud” dastanlarında ədəbiyyatla bağlı “hekayət”, “boy”, “soy”,
“oğuznamə”, “alqış”, “qarğış”, “söyləmə” anlayışları
öz əksini
tapmışdır. S.Quliyeva yazır: Qeyd etmək lazımdır ki “Kitabi-
Dədə Qorqud”da işlənmiş ədəbiyyatşünaslıq terminləri əsasən
folklorşünaslıqla bağlı terminlər olub hər biri Azərbaycan mən-
şəlidir”.
1
Dastanda ən çox işlənən saylardır. Saylar isə riyazi termino-
logiyanın formalaşmasında əsasdır.
Demək olar ki, dastanda
sayların əksəriyyəti işlənmişdir. Məsələn,
Bir yıl də gəlməzsən, iki yıl baqam,
İki yıl də gəlməzsən, üç-dörd yıl baqam,
Dörd yıl da gəlməzsən, beş il, altı il baqam
.
Sayların əmələ gəlməsində sıra say şəkilçilərindən -ıcı/inci,
ı/si, ər iştirak edir: üçüncü, biri, ikisi, birər; “Kitabi -Dədə Qor-
qud” dastanlarında yüz sayının işlənməsi də maraqlıdır. “Yüz”
anlayışını ifadə etmək üçün “yüz” sayı ilə yanaşı “üç otuz on”
da işlənir. Məsələn,
Gerçəklərin üç otuzu on yaşını doldursa
yeg.
Dastanda riyazi anlayışları ifadə
edən ölçü vahidlər də iş-
lənməsinə görə diqqəti cəlb edir. Məsələn,
Hər atanda on iki
Dostları ilə paylaş: