Nühəftivü Hüseynivü Hicazi
Dilə gəlib çalardı dürli sazi
Həm on iki məqamı seyr edərlər,
Dəvəzdəhü şeşüni deyr edərlər.
Nühüft eləyibsən cəngi dizildi,
Qopuzu şeştə ağazi düzildi
.
Mətndən göründüyü kimi saz və qopuz eyni musiqi alətidir.
2. Hərbi terminlər: yaraq (silah), qılıc (qılınc), kəmənd, sa-
pan (daş atmaq üçün tipli torba), yay, ox, salaq//salıq (gürz), sər-
1
Kazımov Q. “Kitabi-Dədə Qorqud”, 1300. Elmi-praktik konfransın mate-
rialları (9 iyun 1999-cu il), ünsiyyət 2000, səh.25-53.
2
Məmmədov V. “Dastani-Əhməd Hərami” poemasının dili və üslubu. Bakı,
2001, səh.10.
42
hənd (qoşun böyüyü), turaq (qərargah), miri-sipah (qoşun başçı-
sı), salqın (sapan), cəbə (zireh), kiş (ox), çevşən (örmə zireh).
Bu terminlərin bir qismi arxaikləşmişdir. Mənşəcə xalis Azər-
baycan-türk sözləridir.
3. Astronomik anlayışları bildirən terminlər: məşriq, ay,
Zöhrə (ulduz), bədr, xurşid, nücum (ulduzlardan bəhs edən elm),
Mehr (günəş), tolunmaq (bədr - ay) və s.
4. Dini terminlər: münacat, (Allaha dua etmək), Həqq-təala,
xuda, fələk, Tanrı, təallah, dua qılmaq, biti-dua, səlarət və s.
5. Zərgərlik terminləri: cəvahir, təli-bədəxşan, altun, göv-
hər, əqiq, aqca, gümüş, lacivərd, dürr, mərcan, müzzəhhəb (qızıl
suyuna çəkilmiş), yüzük qaşı, məsələn:
Gövhər, inci, əqiq, lə’li-Bədəxşan
Həzaran ləvn-ləvn əlvanlı daşlar
.
6. Sənətkarlıq terminləri: xəttat, ustad, divani-xətt, (fərman
və baratların yazıldığı xətt növü), memar.
7. Tibb terminləri: bud, gövdə, peykər (bədən), qaynaq
(pəncə), beyin, dil (ürək mənasında), ağız, kiprik, qara bağrı,
can, tən (bədən), ayaq, yüz, salaq, yanaq, beyin və s.
8. Etnoqrafiya terminləri: xon, toy, dügün, qüyəg, sağdıc,
soldıç, nəqib, gərdək, qutlulamağ, əba, xələt, bürgə və s. Belə-
liklə, çox zəngin leksikaya malik olan bu dastanda çoxlu miq-
darda terminlər işlənmişdir. Bu terminlərin bir qismi ərəb-fars
dilindən alınmalardır. Bu da həmin dövrdə fars dilinin nüfuzu,
geniş yayılması ilə bağlıdır. N.Cəfərov Azərbaycan dilinin tə-
şəkkülündən bəhs edərək yazırdı ki, nə qədər paradoksal olsa da,
xüsusilə XI-XII əsrlərdə Azərbaycan ədəbi dili olaraq fars dili-
nin geniş işlənməsi bir sıra tədqiqatçıların güman etdiyi kimi heç
də ölkə əhalisinin İran mənşəli etnoslardan ibarət olmasının nəti-
cəsi deyildi. Saraylarda, mədəniyyət mərkəzlərində fars dili mü-
hiti yaradan farslar deyil, oğuz türkləri idilər ki, türklərin (oğuz-
səlcuqların) ana dilinə laqeydlikləri, yaxud böyük mədəniyyət
43
qarşısında heyranlıqları, həmin mədəniyyəti təqlid etmələri de-
yildir, onlar həm bir türk, həm fars, həm də bir ərəb kimi düşün-
mək, özlərini (söhbət geniş xalq kütləsindən gedir) ümumi mü-
səlman mədəniyyətinin daşıyıcısı kimi aparmaq, bütövlükdə mü-
səlman dünyasına hökm etmək istəyirdilər”.
1
“Dastan”da işlənən terminlər “Dədə Qorqud”da işlənən ter-
minlərdən az fərqlənir.
Ə.Dəmirçizadənin fikrincə, bu əsərin (“Dastani-Əhməd Hə-
rami”nin) dili çox sadədir və daha çox “Dədə Qorqud” dastanları-
nın dili ilə uyğundur, xüsusi ilə söz, ifadə və qrammatik vahidlər
baxımından “Dədə Qorqud” dilindən bir o qədər də fərqlənmir.
2
Dastanda işlənən terminlərin etnolinqvistik cəhətdən araşdı-
rılması qədim azərbaycanlıların adət-ənənələrini, etnoqrafiyası-
nı, məşğuliyyətini öyrənmək, maddi və mənəvi mədəniyyətləri-
nin, eləcə də dilinin tarixini tədqiq etmək üçün zəngin mənbədir.
XI-XII əsrlərdə bütün müsəlman Şərqində olduğu kimi
Azərbaycanda da elm və ədəbiyyat yüksək inkişaf səviyyəsinə
çatmışdı. Azərbaycan xalqı dünya mədəniyyəti xəzinəsinə öz
əsərləri ilə elmin sonrakı inkişafında görkəmli rol oynamış, bir
sıra filosof, hüquqşünas, tarixçi, riyaziyyatçı, astronom alim töh-
fə etmişdir.
Təbabət sahəsində Şamaxı yaxınlığındakı Məlhəm kəndində
“Mədrəseyi-tibb” (Tibb mədrəsəsi) və müalicəxana açmış Kafiəd-
din Ömər ibn Osman mədəniyyət tariximizə həm həkim, həm də
görkəmli filosof kimi daxil olmuşdur. XII əsrdə Təbrizin məşhur
həkimlərindən olan Mühzəfəddin Təbrizinin “Əl-Muxtar” və “Ki-
tabi tibb əl-camal” əsərlərində bir çox xəstəliklərin müalicə yolla-
rı nəzərdən keçirilir. Mahmud ibn İlyas isə təbabət elminə həsr et-
diyi əsərində əczaçılıq və müxtəlif xəstəliklərin müalicə prinsiplə-
ri haqqındakı bütün məlumatları ümumiləşdirmişdir. Kitabda ad-
1
N.Cəfərov. Azərbaycan dilinin təşəkkülü. “Elm” qəzeti, 15 yanvar, 2000-ci
il, səh.10.
2
Dəmirçizadə Ə. Azərbaycan ədəbi dilinin tarixi, I hissə, Bakı, “Maarif”,
1979, səh.160.
44
ları çəkilən dərmanlar əlifbaya görə düzülmüşdür. Bu dövrdə tari-
xi, filoloji, fəlsəfi məzmunlu xeyli əsər yazılmışdır. Lakin həmin
əsərlərin çoxu zəmanəmizə çatmamışdır. Hərtərəfli bilik sahibi
olan Fəxrəddin Əbülfəzl İsmayıl ibn əl-Musanna ət-Təbrizinin qə-
ləmə aldığı irihəcmli “Tarixi-Azərbaycan” adlı əsəri də dövrümü-
zə yetişməyən əhəmiyyətli əlyazmalardandır.
Bu dövrdə yaşayıb-yaradan Qətran Təbrizi “Fars dilinin
izahlı lüğəti” (“Əl-təfasir fi lüğət ət-fars”) adlı əsərini yazmışdır.
M.Tərbiyətin verdiyi məlumata görə, bu “əsər farsca ilk izahlı
lüğət kitabıdır, ehtimal ki, azərbaycanlıların fars dilini öyrənmə-
ləri üçün tələb edilmişdir”.
1
Tədqiqatçıların hesablamasına görə,
“ət-Təvasir” adlı lüğət 1000-dən çox sözü əhatə edir. Hər bir sö-
zün izahında şərhlərin verilməsi elmi anlayışlarla bağlıdır. Qət-
ran Təbrizi fars dilində yazsa da əsərlərində çoxlu doğma Azər-
baycan-türk – dağ (mal-qaraya basılan dağ mənasında), ayaq
(qədəh), sürmə, muncuq, tapança, tağ (dağ) – sözləri işlətmişdir.
Dövrün tanınmış alimləri sırasında Xətib Təbrizi xüsusi yer
tutur. Ömrünün 40 ilini elmi-pedaqoji fəaliyyətlə məşğul olan,
Şərq xalqlarının mədəniyyət tarixinə ədəbiyyat və dilçiliyə aid
onlarla əsərin müəllifi kimi tanınan görkəmli alim idi. Onun
əsərlərində dilçiliyin, tarixin, fəlsəfənin, məntiqin, ilahiyyatın,
etnoqrafiyanın bir çox məsələləri nəzərdən keçirilir.
Bu dövrdə yaşamış azərbaycanlı alim Əbülfəzl Hübeyş ət-
Tiflisi elmi dilin inkişafında mühüm rol oynamışdır. O, ərəb lek-
sikoqrafiyası sahəsində böyük elmi tədqiqat işi aparmışdır. Alim
ərəb-fars izahlı lüğətlərini tərtib etmişdi. Şəmsəddin Əbülabbas
Əhməd ibn Xəlil əl-Xüqeyyi Yaxın Şərq ölkələrində dilçi, ədə-
biyyatçı, filosof və təbib kimi tanınmışdı. Alim “Kitab fi-l üsul”
(“Üsul haqqında kitab”), “Kitab fən ən-nəhrə” (“Sintaksis kita-
bı”), “Kitab yəstəmili alə rumuz əl-hikmiyyə” (“Fəlsəfi rəmzləri
əhatə edən kitab”), adlı əsərlərin müəllifidir.
1
Təbrizi Q. Divan. Azərb.SSR EA-nın nəş-tı, B., 1967.
45
XII-XIV əsr terminologiyasının təşəkkülü bu dövrdə yazıl-
mış ərəb-fars dilli mənbələrdə öz əksini tapmışdır. Bu mənbələr-
dən Sədr-əd-din Əli bi-Hüseynin “Əzbir-əd doulət-x-Səlcuqiy-
yə” (XII əsr), Mustavfi Qəzvininin “Zeyl-e tarix-e qozide” (XIV
əsr), Rəşid-əd-Dinin “Came ət-təvarix”, Məhəmməd Naxçıvani-
nin “Dəstur əl-katib fi təyin əl-məratib” (XIV əsr) və s. misal
göstərmək olar. Bu mənbələrdə ərəb və farsdilli terminlərdən bir
mənbə kimi daha çox istifadə edilmişdir. İşlənən terminlər o
dövrün elm sahələrinə aid bilikləri aydınlaşdırmağa imkan verir.
XIII-XIV əsrlərin bədii abidələrində mehrab, qiblə, şahid, qüsl,
merac, xütbə, zöhd, mövləvi kimi dini və dini-fəlsəfi terminlərə
rast gəlmək mümkündür. Bununla yanaşı xalqımızın yaşadığı ic-
timai-iqtisadi quruluşu, məişəti, təsərrüfat həyatı, məşğuliyyəti
ilə bağlı terminlər bu mənbələrdə öz əksini tapmışdır. Bunların
tədqiq edilməsi xalqımızın dilinin, məişətinin, elmi-mədəni sə-
viyyəsinin tədqiqində (xüsusilə musiqisi, ədəbiyyatı, tarixi, tib-
bi, hərbi, incəsənəti) mühüm rol oynayır.
XIII-XIV əsrlərdə Azərbaycanda elmin digər sahələrində,
xüsusilə dəqiq elmlərdə yüksək inkişaf başlandı, qiymətli əsərlər
yazıldı. Mühasibat və hesabdarlıqla bağlı Abdulla Təbrizinin
“Qanun əs-səadət” və “Şəhadətnamə”, riyaziyyata aid Şəmsəd-
din Übeyd Təbrizinin, tibb sahəsində Fəzlullah Rəşidəddinin
uğurları böyük oldu. Onun tibbə aid əsərləri Şərqdə böyük şöh-
rət tapdı. Azərbaycan alimi Məhəmməd Naxçivani xəstəliklərin
mühafizəsi və müalicəsi məqsədi ilə xüsusi müəssisələrin – “Dar
üş-şəfaların” fəaliyyət göstərdiyini xəbər verirdi: Dar üş-şəfalar-
la yanaşı, ölkədə “daruxanalar” (aptek) mövcud idi. Daruxana-
larda həkimin qəbzinə uyğun dərmanlar, qatışıqlar (məacin) ha-
zırlanır və xəstələrə verilirdi.
1
F.Rəşidəddin 14 elmi əsərin müəllifi idi. Bu əsərlər tibbə,
tarixə və kənd təsərrüfatına həsr olunmuşdur. Alimin “Came ət-
təvarix” (“Tarixlər toplusu”) əsəri dövrün tarixinin işıqlandırıl-
1
Azərbaycan tarixi, VIII c. B., “Təhsil”, 2001, səh.114.
46
masında mühüm yer tutur. XIII-XIV əsrlərdə zəngin tarixi irsin
qələmə alınmasında Şərqin tanınmış alimləri ilə yanaşı Azərbay-
can tarixçiləri də yaxından iştirak edirdilər. Əhməd ibn Məhəm-
məd Təbrizi, Təvəkkül ibn Bəzzaz, Əbu Bəkr əl-Qütbi əl-Əhəri,
Məhəmməd Naxçivani, Nizaməddin Şami kimi Azərbaycan
alimlərinin əsərləri bütün Şərqdə məşhurlaşır.
Coğrafiya sahəsində Zəkəriyyə Qəzvininin, Həmdullah
Qəzvininin, Azərbaycan alimi Əbdürrəşid Bakuvinin əsərləri
meydana gəldi. Dilçilik sahəsində Azərbaycan alimləri Hindu-
şah Naxçivani və oğlu Məhəmməd Naxçivani daha çox tanındı-
lar. Hinduşah Naxçıvaninin “Sihahül-əcəm-bil lisanəl farsi”,
Məhəmmədin “Sihah ül-fars” (Fars dilinin izahlı lüğəti), əsərləri
ərəb və fars dilləri ilə yanaşı Azərbaycan dilinin inkişafına müs-
bət təsir göstərirdi. Bu dövrdə bir sıra ikidilli, üçdilli lüğətlər
meydana gəldi. “Azərbaycan dili” terminindən istifadə olunma-
ğa başlandı. Lüğətlərdə 10 minlərlə söz, termin özünə yer tapdı.
Əsirəddin Əndəlusinin ərəb dilində yazdığı “Türk dilinin dərket-
mə kitabı”nda (2300 sözü əhatə edən azərbaycanca-ərəbcə lüğət)
Azərbaycan dilinin morfologiyası və sintaksisi öz əksini tapdı.
XIV əsrdə Cəmaləddin ibn Mühənnanın yazmış olduğu “Kitabi
hilyətül-insan və helbətül-lisan” adlı lüğəti də Azərbaycan dili-
nin elmi dilinin inkişafı baxımından diqqəti cəlb edən əsərlər-
dəndir. Bu lüğət üç hissədən ibarətdir: Birinci hissə-ərəbcə-fars-
ca, ikinci hissə – ərəbcə-türkcə (azərbaycanca), üçüncü hissə
ərəbcə-moğolca lüğətdir. Bu əsərin ikinci hissəsində Azərbaycan
dilinin fonetik, qrammatik xüsusiyyətlər haqqında ətraflı məlumat
verilmiş, sonra sahələr üzrə lüğət hissəsi yerləşdirilmişdir. Lüğət-
də təxminən 2 mindən çox termin və söz verilmişdir. Ə.Dəmirçi-
zadə yazır: “Bu əsərdə fonetik və qrammatik quruluş haqqında
verilmiş bəhslər çox maraqlıdır və demək olar ki, bu mərhələdəki
dilin fonetik sistemi və qrammatik quruluşu haqqında daha dəqiq
məlumat baxımından dəyərli faktlarla doludur”.
1
1
Azərbaycan ədəbi dilinin tarixi. B., “Maarif”, 1979, səh.163.
47
Bu mərhələdə yazılmış lüğətlərdən biri də “Töhfeyi-Hü-
sam” adlı mənzum lüğətdir. Bu Hüssam adlı şəxs tərəfindən ya-
zılmış farsca-türkcə mənzum halda verilmişdir. Bu dövrdə belə
bir lüğətlərin yaradılması bir daha sübut edir ki, lap ilk mərhələ-
dən təlim-tədris ocaqlarında Azərbaycan dilindən elm dili kimi
istifadə olunmuşdur. Məhz buna görə də Nəsiminin əsərlərində
Azərbaycan dili təkcə ədəbi-bədii təfəkkürün qüvvətli ifadəçisi
kimi deyil, həm də orta əsr Şərq ictimai-fəlsəfi fikrini hərtərəfli
əks etdirmək imkanına malik olan bir dil kimi özünü əks etdirir.
Nəsimi əsərlərində sadə ümumxalq danışıq dili əsaslı yerlərdən
birini tutmuşdur. Nəsimi yaradıcılığında işlənən qəsidə, divan,
şeir, yazıçı, təsbih terminləri müasir ədəbiyyatda da eyni məna-
larda işlənir. Nəsiminin əsərlərində fəlsəfi, dini və ictimai-siyasi
terminlər də işlənmişdir: sufizm, hürufilik, ənəlhəqq, ənallah, la-
məkan, cavidan, həcc, iman, minacat, rindü-qəllam, ləzmü-əzə-
lü, şərabi-cüzi; Məsələn:
Dostları ilə paylaş: |