aşpazı olur Südü, peniri bol qaymaqlı çoban Dəpə gibi ətyıq, qəl gibi qısız saqdır .
Abidənin dilində dini-mifoloji terminologiyada müxtəliflik
özünü göstərir. Belə ki, əsas yeri islam dini ilə bağlı terminlər
təşkil etsə də xristian dini eləcə də dini mifoloji terminlər də iş-
lənir. Məsələn:
Azğın dinli kafərə bən varayım. Barıban pey- ğəmbərin yüzünü görən. İki rükət nəmaz qıldılar. Adı görklü Mə- həmmədə salavat götürürdülər. Allah verən umudun üzülməsin. “Amin” deyənlər didar görsün. Əl qaldırıb dua etdilər. Dəstma- lı gözünə silcək, Allah-təalanın qüdrətilə gözü açıldı. Kafərin kəlisasın yıqdılar, yerinə məscid yapdılar. H.Həsənov yazır: “Kitabi-Dədə Qorqud”dakı dini-mifoloji
terminologiya sistemli şəkildə, islam dininin Azərbaycanda ya-
yılması ilə əlaqədar olaraq sonradan abidənin mətninə əlavə
edilmişdir”.
1
Ə.Dəmirçizadə yazır: “KDQ-un dilində ərəb, eləcə də fars
leksikası “başlıca olaraq” islamiyyət hərb və cəngavərlik məf-
humlarını ifadə edən sözlərdən ibarət olması, bu dastanların ye-
nicə islamiyyəti qəbul etmə və ərəb işğalına qarşı çarpışma
dövrlərindəki Azərbaycan xalqının dilini əks etdirdiyini çox ay-
dın surətdə göstərir”.
2
“Kitabi-Dədə Qorqud” dastanlarında tibbi terminlər o qədər
də zəngin deyil. Lakin xüsusi leksik-semantik sistem təşkil edir
və ona görə də xüsusi şəkildə fərqləndirilə bilər. Məsələn,
Üc toqundu, alca qanı şorladı , qoynı toldı. Qara bağrı sarsıldı. Düm yürəgi oynadı. Kəsilsin oğlan əmən süd tamarım yaman sızlar. 1
Həsənzadə N. “Kitabi-Dədə Qorqud”un terminoloji leksikası. Nam. diss.
B., 1992, səh.149.
2
Dəmirçizadə Ə. “Кitabi-Dədə Qorqud” dastanlarının dili, Bakı, APİ-nin
nəşri, 1959, səh.149.