Sayali sadiqova



Yüklə 3,57 Mb.
Pdf görüntüsü
səhifə5/208
tarix25.12.2023
ölçüsü3,57 Mb.
#194908
1   2   3   4   5   6   7   8   9   ...   208
Mohsun N - Sayali S Azerbaycan edebi dili son (2)

 
 
 
1
Azərbaycan tarixi. Bakı, “Elm”, 1993, səh.147.
2
Kazımov Q. Azərbaycan dilinin tarixi. Bakı, “Təhsil”, 2003, səh.555.


19 
1.2.
AZƏRBAYCAN ƏDƏBİ DİLİDƏ 
TERMİNOLOJİ LEKSİKANIN ZƏNGİNLƏŞMƏ 
MƏNBƏLƏRİ 
Azərbaycan dilində terminoloji leksikanın təşəkkülü və in-
kişaf tarixində yeni inkişaf istiqamətlərinin müşahidə olunması 
dildə baş verə dəyişikliklərlə bağlıdır. Terminoloji leksikanın in-
kişafını şərtləndirən dildaxili və dilxarici amillər cəmiyyətdə baş 
verən dəyişiklikləri özündə əks etdirir. Azərbaycan şifahi xalq 
ədəbiyyatı Azərbaycan xalqının tarixi ilə üzvü surətdə bağlı olan 
zəngin mədəniyyət irsidir. Xalqın hiss və duyğuları, əmək fəa-
liyyəti, mədəni-ictimai münasibətləri, həyat tərzi, dünyagörüşü 
xalq ədəbiyyatında öz əksini tapmışdır. Bunu da qeyd etmək la-
zımdır ki, şifahi xalq ədəbiyyatının əsas nümunələri sayılan na-
ğıllar, dastanlar xalq dilinin bütün vahidlərini əhatə edir. Bu, əs-
lində ümumi qanunauyğunluqdur. E.Əlibəyzadə yazır: “Yazılı 
ədəbi dil canlı dillə, danışıqla vəhdətdə inkişaf etdiyi, zənginləş-
diyi kimi həmişə folklor dili, şifahi-bədii yaradıcılıq dili ilə də 
sıx əlaqədə olmuş, ondan qidalanmış, onun hesabına öz imkan-
larını genişləndirmişdir. Buna görə də ədəbi dili bu qaynaqlar-
dan ayrı, əlaqəsiz düşünmək olmaz”.
1
Ona görə də təkcə bədii dilin deyil, habelə elmi dilin inkişa-
fından danışarkən şifahi ədəbi dilin böyük rolu var. Ə. Dəmirçi-
zadə yazır: “Şifahi ədəbi dilin ilk və mühüm qolunu təşkil edən 
folklor dili əsasən iki cür, yəni mənzum və mənsur quruluşda tə-
zahür edən bədii üslubun şaxələri kimi nəzərə çarpsa da, burada 
təkcə bədii üslub vahidləri deyil, bunlarla yanaşı digər üslubların 
da vahidləri, ilk nümunələri rüşeymləri az-çox işlənilmiş-
dir.”
2
Məhz bu növ xüsusiyyətləri nəzərə alaraq belə nəticəyə 
gəlmək olar ki, şifahi ədəbi dildə bədii üslub əsas olsa da, icti-
1
Əlibəyzadə E. Ədəbi şəxsiyyət və dil. B., “Yazıçı”, 1962, səh.85.
2
Dəmirçizadə Ə. Azərbaycan ədəbi dilinin tarixi. I hissə. B., “Maarif”, 1979, 
səh.103. 


20 
mai-siyasi, eləcə də elmi dilin əsas vahidləri rüşeym halında olsa 
da işlənilmişdir. Bu cəhətdən terminologiyanın ilkin inkişaf 
mərhələsindən danışarkən folklorumuzun zəngin abidəsi olan 
“Dədə Qorqud” dastanlarını nəzərdən keçirmək faydalıdır. 
VI-IX əsrlərdə el sənətkarlarının-ozanların Oğuz yurdunu 
oba-oba gəzib yaydıqları “Kitabi-Dədə Qorqud” boyları onun 
yayıldığı geniş ərazidə vahid dildə-türk dilində danışan böyük 
bir xalqın Azərbaycan xalqının yaşadığını sübut edən möhtəşəm 
bir abidədir. İslamiyyətdən əvvəl və onun ilk çağlarında yaranan 
bu epos xalqın məişəti, əmək fəaliyyəti, adət-ənənələri, musiqisi, 
mədəni-ictimai münasibətlərini, xalq ədəbiyyatını günümüzə qə-
dər qoruyub saxlamışdır. Şifahi xalq ədəbiyyatı daha çox bədii 
üslub vasitəsi kimi formalaşmışdır. Bununla yanaşı elmi dilin in-
kişafını müəyyənləşdirdikdə bu nümunələr mənbə rolunu oyna-
yır. Ə.Dəmirçizadə yazır: “Məhz bu növ xüsusiyyətləri nəzərə 
aldıqda belə nəticəyə gəlmək olur ki, şifahi ədəbiyyatda və şifahi 
dildə bədii üslub əsas olmuş, ictimai-siyasi üslub, elmi üslub an-
caq rüşeym halında işlənilmişdir”.
1
Dastanın boylarından görün-
düyü kimi oğuz tayfaları oturaq həyat sürürdülər. Onların əsas 
peşələri taxıl əkib-biçmək idi. Oğuzların su dəyirmanları vardır. 
Bağçılıq, üzümçülük, şərabçılıq inkişaf etmiş təsərrüfat sahələ-
rindən idi. Eyni zamanda dəvəçilik, atçılıq, qoyunçuluq və bu-
nunla bağlı olan sənətkarlıq sahələri geniş inkişaf etmişdir. 
Oğuzlarda sənətkarlıq (xalçaçılıq) və kənd təsərrüfatından ayrıl-
mış ayrı-ayrı peşələr müstəqil istehsal sahələrinə çevrilmişdi. Ti-
carətdə əsasən oğuzların öz yerli pullarından “altun axçala-
rın”dan istifadə olunurdu. 
“Kitabi-Dədə Qorqud” ensiklopedik abidədir. Terminlərin 
işlənmə tarixini, elmi dilin inkişafını müəyyənləşdirməkdə Azər-
baycan şifahi ədəbiyyatının ilk zəngin abidələrindən sayılan 
“Dədə Qorqud” dastanları mənbə rolunu oynayır. Prof. T.Hacı-
1
Dəmirçizadə Ə. Azərbaycan ədəbi dilinin tarixi. I hissə. B., “Maarif”, 1979, 
səh.103.


21 
yevin qeyd etdiyi kimi “…bünövrəsində tam tarixi əsər olan 
“Dədə Qorqud” kitabı nəsildən-nəsilə bədiiləşə-bədiiləşə gəl-
mişdir… İndi “Dədə Qorqud”da görülən tarix adət-ənənələrdir, 
toy, yaş, bayram mərasimləri, xörək və geyim adlarıdır, silah 
növləri və döyüş taktikasıdır”.
1
Məlum olduğu kimi, “Kitabi-Dədə Qorqud”da “soylama-
lar”, şeir parçaları az deyildir. Həmin şeirlərin arxitektonikası, 
poetik-texniki xüsusiyyətləri kifayət qədər tədqiq olunmuşdur. 
Abidənin dilində terminoloji sistemin bir sıra diferensial sahələri 
vardır. Həmin sahələrin xüsusi şəkildə ayrılması həmin dövrün 
intellekt səviyyəsi barədə müəyyən məlumat verir və onların in-
kişaf varlığını faktlaşdırır. Abidədə tibbi terminlər, musiqi ilə 
bağlı anlayışlar, hərbi anlayışlar, geyim adları daha çox işlən-
mişdir ki, bunların hər biri bu və digər şəkildə dövrün ictimai-et-
noqrafik məzmununu əks etdirir. 
Elmi-tarixi informasiya ilə zəngin olan bu dastanlar heç 
şübhəsiz ki, terminoloji materialla da zəngindir. Lakin müasir 
tipli elmi üslubla o dövrün elmi dili arasında müəyyən fərqlər 
mövcuddur. Bu da təbiidir. Çünki arada 1300 illik məsafə var. 
Bununla yanaşı bu dövrdən Azərbaycan terminologiyası ümum-
şərq konteksinin mədəni-gneseoloji prinsipləri baxımından tə-
bəddülata uğrayır, əslində bunun izləri ana abidəmiz “Kitabi-Də-
də Qopqud”da var. Dini terminologiya ərəb, fars dilindən gəlir, 
başqa sahələrdə bu və ya digər dərəcədə mədəniyyətin təsiri hiss 
olunur. Bundan sonra meydana gələn, demək olar ki, bütün elmi 
üslub nümunələrində terminologiyanın inkişafında ümumşərq 
meyli üstünlük təşkil edir. Türk mənşəli terminologiya ilə se-
mantik sahə vəhdətinə malikdir. Türk elmi təfəkkürü ümumşərq 
mədəniyyətinə həmin mədəniyyəti qəbul edə-edə daxil olur və 
bu yolla ona öz anlayışlarını da verir, zənginləşdirici funksiyası-
nı həyata keçirir. Dastanda Azərbaycan təbiətini, onun relyefini, 
1
Hacıyev T. Qədim yazılı mənbələrdə bədiiliklə tarixiliyin vəhdəti. Türk dil-
lərinin yazılı abidələrinə dair tədqiqlər. B., ADU, 1985, səh.7.


22 
flora və faunasını, iqlimini əks etdirən anlayışlar sistem təşkil et-
məkdədir. Buradan belə qənaətə gəlmək olur ki, həmin vahidlər 
daha qədim dövrlərdə təşəkkül tapıb sistemləşmişdir. Çünki 
Azərbaycan təbiəti oğuzların həm yaşayış yeri, həm də vuruş 
meydanıdır. Eyni zamanda əsərdə təbiətə animistik baxışla real 
baxış bir-biri ilə dialektik münasibətdə təqdim olunur. Məsələn, 
Satr qayalar oynamadan yer, obrildi. Burada təbiət hadisəsi olan 
zəlzələyə işarə var. Yaxud 

Yüklə 3,57 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   208




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin