Sayali sadiqova


derilə.  Anları oxur Xudayi - bizəval, Derilib



Yüklə 3,57 Mb.
Pdf görüntüsü
səhifə113/208
tarix25.12.2023
ölçüsü3,57 Mb.
#194908
1   ...   109   110   111   112   113   114   115   116   ...   208
Mohsun N - Sayali S Azerbaycan edebi dili son (2)

derilə. 
Anları oxur Xudayi - bizəval,
Derilib
 gəlsün qəmusi bu məcal. 
"Derilmək" türk dillərinin əski qatlarını əks etdirən sözlər-
dən biridir və Orxon-Yenisey abidələrində, "Kutadğu bilig"də 
("terilmək" şəklində) qeydə alınmışdır. Bu söz "Kitabi-Dədə 
Qorqud"da, Suli Fəqihin "Yusif və Züleyxa" məsnəvisində, 
"Oğuznamə"də eyni mənada ("dərilmək" şəklində) işlənmişdir. 
 
Dirilmək
- yaşamaq, ömür sürmək, həyat sürmək, güzəran 
keçirmək: 
 
Bir kişi var idi bil öŋdin zəman,
Hilə ilə 
dirilürdi
 dər cəhan. 
"Dirilmək" feili "tirilmək" şəklində XIV əsr abidəsi "Ət- 
töhfə"də də işlənmişdir. Həzini tərcüməsində bu feillə eyniköklü 
"dirilik" (yaşayış, yaşam) ismi də işlənmişdir: 
 
Sizə bir 
dirlik
 veripdür ol əhəd,
Kim, ölüm görməyəsiz ta əbəd. 
 
Durağ
 - yer, məkan, məskən, dayanacaq

 
Həqq xitab etdi ki, nar etdim yərağ, 
Anda qılmışam səniŋçün mən 
durağ. 
Qədim türk sözlərindən olan "durağ" Mahmud Kaşğaridə 
"turaq” şəklində işlənmişdir. Müəllif bu sözün "sığınacaq", “yu-
va”' (dağlarda yuva) mənalarını qeyd edir. Əbu Həyyanın kita-
bında bu sözün ilk hərfi ﻃ (ta) ilə yazılmışdır: "turaq" . Kaşğari-


204 
dən fərqli olaraq, Əbu Həyyan bu sözün "yer", "məkan" "daya-
nacaq" mənalarında işləndiyini göstərir. "Dastani-Əhməd Hara-
mi"də bu söz həm "duraq", həm də "turaq" şəklində verilmişdir. 
Yusif Məddahın "Vərqa və Gülşah" məsnəvisində isə bu söz eyni-
lə bizim abidədəki kimi – “durağ" şəklində qeydə alınmışdır . Şi-
razinin “Gülşəni-raz" məsnəvisində bu söz 
ﻮﻃ
ر
غا
“turağ" şəklin-
dədir. Bu söz çağdaş türk dilində "durak" şəklində (qorunub sax-
lanılmış və əsasən "dayanacaq", "duracaq yer" mənasında işlənir
1


Yüklə 3,57 Mb.

Dostları ilə paylaş:
1   ...   109   110   111   112   113   114   115   116   ...   208




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin