Sayali sadiqova



Yüklə 3,57 Mb.
Pdf görüntüsü
səhifə110/208
tarix25.12.2023
ölçüsü3,57 Mb.
#194908
1   ...   106   107   108   109   110   111   112   113   ...   208
Mohsun N - Sayali S Azerbaycan edebi dili son (2)

 
Assı
 - fayda, xeyr, qazanc, gəlir, mənfəət

 
Ömrün keçdi bu növ ilə çoxı,
Assı qılmaz şimdi döndügim dəxi... 
Çün yetürür rizqini hər dəm Xuda,
Assısı yox qəmü təşvişin saŋa. 
"Assı" sözü qədim türk mətnlərində onun daha əski va- ri-
antı olan "asığ" şəklində işlənmiş və zaman keçdikcə sözün so-
nundakı "ğ" samiti düşmüşdür. Oxşar hala qədim türk sözlərin-
dən olan 
çerik/çərik
(ordu, qoşun), 
aluğ/alığ
(dəli-ağılsız) və s. 
kimi leksemlərdə də rast ğəlirik. Qütbün "Xosrov və Şirin" məs-
nəvisində "aşığ" ismi ilə yanaşı, ondan düzəlmiş "asığsız" (fayda-
sız) sifəti də işlənmişdir. Orta əsrlər Azərbaycan yazılı abidələrin-
də "assı"sözü (elə bu şəkildə) eyni mənada bol-bol işlənmişdir. 
 
Ayıtmaq 
– demək, söyləmək

Elm əfzəldir, – dedi aŋa Əli,
Der dəliliŋ varmıdır, 
aydır
 bəli.
Qədim türk leksemlərindən olan "ayıtmaq" haqqında Mah-
mud Kaşğari yazır ki, onun əsl mənası "demək" yox, "soruş-
maq"dır. Bununla belə, oğuzlar "ayıtmaq" sözünü "demək" mə-
nasında işlədirlər. "Ayıtmaq" sözü Azərbaycan yazılı abidələrin-
də "demək", "söyləmək" mənasında sıx-sıx işlənmişdir
2

 
 
1
XIII asirdan günümüze kadar kitaplardan toplanmiş taniklariyle Tarama 
sözlügü I-VI s. Ankara, 1941-1945,səh.205-207
2
Qəhrəmanov C., Hacıyeva Z. Yusif Məddah "Vərqa və Gülşah". Bakı, 
1988, səh.18 


200 
Bayıq
 - açıq, açıq-aşkar; gerçək, həqiqi: 
 
Həqq canibinə necə layiq olur,
Həqq yanında bu necə 
bayıq
 olur? 
Öncə qeyd edək ki, bu beyt tərcümədə 32-ci hədisdəki he-
kayətdədir, buna görə də yalnız Bursa nüsxəsindədir. "Bayıq" 
sözü eyni mənada Azərbaycan yazılı abidələrindən "Dastani-Əh-
məd Hərami"də, Qul Əlinin "Qisseyi-Yusif", Mustafa Zəririn 
"Yusif və Züleyxa" məsnəvilərində, eləcə də Şirazinin "Gülşəni-
raz" tərcüməsində işlənmişdir
1


Yüklə 3,57 Mb.

Dostları ilə paylaş:
1   ...   106   107   108   109   110   111   112   113   ...   208




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin