194
“Oŋarmaq“ feili Yusif Balasaqunlunun “Kutadğu bilig”
məsnəvisində eyni mənada işlənmiş və dilimizin bir sıra şivələ-
rində qorunub saxlanılmışdır
1
.
Ornamaq/örnəmək
- yerləşmək, yer tutmaq, möhkəmlən-
mək; qəbul etmək, oturmaq, bərqərar olmaq
:
Qorxuram nəsranilərdən likən,
Örnəmişəm
islamı, bil şimdi mən.
Beytin məzmunundan da göründüyü kimi, "örnəmək" bura-
da "qəbul etmək" mənasında işlənmişdir. "Örnəmək" sözü "yer-
ləşmək" mənasında Kaşğarinin, Balasaqunlunun və Qütbün əsər-
lərində işlənmişdir. Professor Ə.Nəcib bu feilin kökü olan "orun”
isminin Yuqnəqinin "Ətəbatül-həqayiq" əsərində "yer" mənasında
işləndiyini göstərir. XVI əsr əlyazması "Siracül-qülüb"da
isə bu
feil “yerləşdirmək” mənasında işlənmişdir. Bu əsərdə “ornatmak”
feilinin də eyni mənada işləndiyi qeyd olunmuşdur. Orta əsrlər
Azərbaycan yazılı abidələrində isə bu feilin işlənməsinə dair heç
bir qeydə rast gəlmirik. XIV-XV əsrlərə aid türkdilli yazılı abidə-
lərdə "ornamaq" feili ilə yanaşı, “ornanmaq" (yerləşdirilmək) və
"ornatmaq" (yerləşdirmək) feilləri də işlənmişdir.
Dostları ilə paylaş: