Sayali sadiqova



Yüklə 3,57 Mb.
Pdf görüntüsü
səhifə114/208
tarix25.12.2023
ölçüsü3,57 Mb.
#194908
1   ...   110   111   112   113   114   115   116   117   ...   208
Mohsun N - Sayali S Azerbaycan edebi dili son (2)

 
Dügün 
- toy

 
Ləşkəri-islamə həzimət buldı çün,
Qeysəri-Rumiyə doy oldı 
dügün
.
Nümunədən göründüyü kimi, Həzini burada "dügün" sözü 
ilə yanaşı, onun sinonimi "doy" (toy) ismini də işlətmişdir. "Dü-
gün" sözü "Kitab əl-idrak..."da, Yusif Məddahın "Vərqa və Gül-
şah" məsnəvisində, eləcə də yazılı abidələrimizin çoxunda işlən-
mişdir. M.P.Vaqifin dilində də "düyün" sözünə "toy-düyün" şək-
lində rast gəlirik. Canlı xalq danışıq dilində bu gün də "toy-dü-
yün" sözü eyni mənada işlənir. 
 
Dün
 - gecə

 
Üç gün, üç 
dün
 qarşularında durub,
Qıldı tapu yüzini yerə urub. 
Qədim türk sözlərindən olan "dün" "Kitabi-Dədə Qorqud" 
eposund, Yusif Məddahın "Vərqa və Gülşah" məsnəvisində iş-
lənmişdir. 
 
Dürişmək
- çalışmaq, səy göstərmək: 
 
Xeyrə 
düriş
, cəhd edüb dünyadə sən,
Qəflət ilə vermə ömri badə sən. 
1
Турецко-русский словарь. М., 198, с.249


205 
Nümunəndən göründüyü kimi, Həzini bu beytdə "düriş-
mək" feli ilə yanaşı, onun sinonimi olan "cəhd etmək" tərkibi fe-
lini də işlətmişdir. Maraqlıdır ki, Həzininin sələfi Şirazi də "Gül-
şəni-raz" tərcüməsində "dürişmək" feili ilə yanaşı, onun sinoni-
mi olan "səy etmək" feilini qoşa işlətmişdir
1

Verür varınü səy eylər,
dürişür
,
Ol əvvəl qopduği yerə irişür
Onu da qeyd edək ki, bu xüsusiyyət - sinonim sözlərin qoşa 
işlədilməsi bir sıra yazılı abidələrimiz üçün də səciyyəvi haldır . 
"Dürişmək" feli Mahmud Kaşğarinin lüğətində "çəkişmək", 
"çarpışmaq", “qarşı-qarşıya gəlmək" mənalarında işlənmişdir . 
"Kitabi-Dədə Qorqud" eposunda , Mustafa Zəririn "Yusif və Zü-
leyxa" məsnəvisində isə "dürişmək" sözü Həzininin tərcüməsin-
də olduğu kimi "çalışmaq" mənasını daşıyır. 

Yüklə 3,57 Mb.

Dostları ilə paylaş:
1   ...   110   111   112   113   114   115   116   117   ...   208




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin