206
Türk dillərinin əski qatlarını əks etdirən bu söz Mahmud
Kaşğaridə, "Kutadğu bilig"də, Əbu Həyyanda, Qütb Xarəzmidə
eyni mənada işlənmişdir. Azərbaycan yazılı abidələrindən "Das-
tani-Əhməd Hərami"də və "Əs-Sihah"da da bu feilə rast gəlirik.
Maraqlıdır ki, Həzini tərcümədə başqa bir yerdə "evmək" feilini
"əvərmək" şəklində də işlətmişdir:
Oldı müştaq ol rəsuli görməgə,
Ta
əvərdi
xidmətinə irməgə.
Onu da qeyd edək ki, bir sıra qaynaqlarda "evmək"
feilin-
dən düzəlmiş "ivək"/"evək" sözləri də "tələsik", "tələsən" məna-
larında işlənmişdir.
Əbsəm/əpsəm
- lal, sakit, dinməz
:
Bir neçə hayxırdı,
əpsəm
oldı bəs,
Gəlmədi heç dəxi andan sonra səs.
Bu söz türkdilli yazılı abidələrdən Qütbün "Xosrov və Şi-
rin" əsərində "əbsəm", "əbsəm turmaq", "əbsəm qalmaq" (sus-
maq), "əbsəm tutmaq" (özünü saxlamaq) və "Ət-töhfə" də "əb-
səm bolmaq" (susmaq) şəklində işlənmişdir C.Qəhrəmanov bu
sözün Nəsimi “Divan”ında, "Əsrarnamə"də
işləndiyini göstərir
"Əbsəm" sözü "Dastani-Əhməd Hərami"də "əbsəmcək oturdı",
"Şühədanamə"də isə "əpsəm ol" şəklində işlənmişdir. "Əpsəm
olmaq” "Əs-Sihah"da da iki yerdə qeydə alınmışdır. XIV-XVl
əsrlərə aid türkdilli yazılı abidələrdə "əbsəm" zərfi və "əpsəm
durmaq", "əpsəm eyləmək”, "əpsəm qalmaq", "əpsəm olmaq"
mürəkkəb
feilləri bol-bol işlənmişdir
1
.
Dostları ilə paylaş: