216
Hərami”də, Süli Fəqihin və Mustafa Zəririnin “Yusif və Züley-
xa” məsnəvilərində işlənmişdir.
Tuğ
– bayraq:
Ol fılan şəhrə buni tikin əmir,
Veriniz
tuğü
nəqaravü nəfır.
Türk dillərinin əski qatlarını özündə əks etdirən “tuğ” sözü
"Kitabi-Dədə Qorqud" eposunda da işlənmişdir: "
Qazan bəgün
qartaşı kafərin tuğilə sancağın qılıcladı, yerə saldı
".
1
Uçmaq/ uçmağ
- behişt, cənnət
:
Ey səkkiz
uçmaq
qapusın fəth edən,
Ummətini damudə qoyub gedən.
Öncə qeyd edək ki, nümunədəki "uçmaq" sözü yalnız tərcü-
mənin Bakı nüxsəsindədir: Bursa
nüsxəsində həmin sözün əvə-
zində onun ərəbcə qarşılığı olan "cənnət" sözü işlənmişdir . Nü-
munədə (ikinci misrada) "uçmaq" sözünün antonimi olan "da-
mu" sözünün də işlənməsi diqqəti cəlb edir.
Qədim türk leksik
vahidlərindən olan "uçmaq" sözü ("uçmağ” şəklində) Qütbün
"Xosrov və Şirin" məsnəvisində, Mahmud Kaşğarinin lügətində
"uctmah", Yusif Balasaqunlunun “Kutadğu bilig” əsərində "uc-
mah" şəklində işlənmişdir. Əsirəddin Əbu Həyyanın
lüğətində,
eləcə də Azərbaycan yazılı abidələrinin
çoxunda isə bu söz elə
Həzininin tərcüməsində olduğu şəkildə işlənmişdir .
Dostları ilə paylaş: