Üləşdirmək - paylamaq, bölüşdürmək: Aldı Sabit çün üləşdirdi anı, Oğlanın xeyrinə, ey canım canı. “Ülüş” ismindən düzəlmiş bu feil qədim türk mətnlərində, o
sıradan “Kutadğu bilig”də, "üləmək", "Divanü lüğat-it-türk" də
"üləşmək", "Müqəddimətül-adab"da "ülüşmək" və "ülüştürmək",
Qütbün "Xosrov və Şirin" tərcüməsində "ülüşdürmək", "Ət-töh-
fə"də isə "ülüştirmək" və "ülüləmək" şəklində işlənmişdir Bu fe-
lə "ülüşmək" şəklində "Kitabi-Dədə Qorqud"da, Suli Fəqihin
"Yusif və Züleyxa" məsnəvisində və "İxtiyarat”'da rast gəlirik .
XIV-XVI əsrlərə aid türkdilli yazılı abidələrdə "üləşmək" və
"ülüştürmək" feilləri geniş yayılmışdır. Həzini tərcüməsində bu
feillə eyni kökdən olan "ulaşdırmaq" (yetirmək, çatdırmaq, bir-
ləşdirmək) sözü də işlənmişdir:
Aydalar kim, ol güruhi siz rəvan, Damuya ulaşdırın uşbu zaman. "Ulaşdırmaq" leksemi də orta əsrlər yazılı abidələrində ge-
niş yayılmışdır.
Üliş - pay, hissə :
Cürmini ümmətlərin mən, ya rəsul, Dört ülişdən birini qıldım qəbul. "Üliş" ismi əski türk run yazılarında "ülüq", XIV əsr yazılı
abidələrində isə "ülüş” kimi qeydə alınmışdır. Samət Əlizadə bu
sözün "Şühədanamə"də işləndiyini və Siyəzəndə qorunub sax-
landığını göstərmişdir
1
.
1
Əlizadə S. "Şühədanamə"də adlar (isim, sifət, say, əvəzlik). Nam. diss.,
Bakı, 1965, səh.151
219
Varı - bütün, hamısı: Çünkim bu hal ilən gördüm anları, Titrədi yapraq kimi ə'zam varı. Bu sözə qədim türk mətnlərində "barı" şəklində rast gəlirik
1
.
"Varı" sözü Azərbaycan yazılı abidələrində geniş yayılmışdır.