Dialektlərin termin yaradıcılığında rolu.
Dilin daxili im-
kanları hesabına zənginləşməsində ümumxalq dilindən, dialekt-
lərdən alınaraq ədəbi dildə işlədilən sözlər və terminlər mühüm
yer tutur. Ümumxalq danışıq dili və onun müxtəlif sözdüzəltmə
vasitələri istər dilimizin tarixi inkişafı prosesində və istərsə də
müasir dilimizdə yeni sözlərin yaranmasında əsas olmuşdur,
1
Даль Владимир. Тальковый словарь 1 т., м., 1935,с.1
232
çünki ümumxalq danışıq dili ədəbi dilin inkişafı üçün əsas və tü-
kənməz bir mənbədir. Odur ki, yeni əmələ gələn məfhumları ifa-
də etmək üçün dialekt və şivələrdən geniş istifadə olunur.
Azərbaycan ədəbi dilinin müasir vəziyyəti göstərir ki, onun
həm təşəkkülündə, həm də xüsusilə sonrakı inkişafında bütün
dialektlər iştirak etmişdir. Məhz buna görə də müasir Azərbay-
can ədəbi dilinin lüğət tərkibində bu dilin bütün dialektlərindən
keçmiş və onun üzvi bir hissəsini təşkil edən xeyli söz vardır.
Dialektlərdən alınan sözlər ədəbi dilin bütün sahələrində öz
təsirini göstərir. Müxtəlif elmi-texniki, eləcə də xalq təsərrüfatı-
na və kənd təsərrüfatına aid terminlərin yaradılmasında dialekt-
lər mühüm rol oynayır. Çünki, dialektlərdə müxtəlif təsərrüfat
sahələrinə aid olan zəngin söz ehtiyatı vardır. Bu material dili-
mizin bütün sahələrində getdikcə artan anlayışların xalq dili əsa-
sında yaradılması üçün imkan verir. Demək, ümumxalq dilinin
dialektləri heyvandarlıq, üzümçülük, əkinçilik, bağçılıq, quşçu-
luq, toxumçuluq və s. sahələrə aid termin səciyyəli sözlərlə zən-
gindir. Ədəbi dilə gətirilmiş ümumxalq dili və dialekt sözlərinin
mühüm bir hissəsi terminoloji səciyyə daşıyır. M.Ş.Şirəliyev
dialekt və şivələrimizin leksik xüsusiyyətlərindən danışarkən
onları iki qrupa ayırır: 1. Terminoloji səciyyə daşıyan söz.
2. Terminoloji səciyyə daşımayan sözlər.
1
Azərbaycan dialektləri özünün fonetik, morfoloji və leksik
xüsusiyyətləri etibarilə müxtəlifdir. Dialekt leksikasının başlıca
xüsusiyyətlərindən biri burada konkret məfhumları, anlayışları
ifadə edən sözlərin geniş yayılmasıdır. Əgər ədəbi dildə bu və ya
digər əşya müəyyən bir sözlə adlanırsa, onun ayrı-ayrı hissələri
xüsusi ada malik deyilsə, dialektlərdə isə həmin əşyanın ən kiçik
hissəsinin belə adı və onu ifadə edən söz və termin mövcuddur.
Bundan başqa, dialekt leksikasında hər hansı bir heyvanın rəngi-
nə, cinsinə, yerişinə, yaşına görə müxtəlif xüsusiyyətlərini ifadə
edən termin səciyyəli sözlər də çoxdur. Burada eyni fonetik tər-
1
Şirəliyev M.Ş. Azərbaycan dilinin dialektologiyasının əsasları. Bakı, Şərq-
Qərb 2008.
233
kibə malik olan bir söz müxtəlif mənalar daşıya bilir, yaxud eyni
məfhum, anlayış, əşya müxtəlif sözlərlə ifadə edilə bilir. Bütün
bunlar dialekt leksikasının səciyyəvi xüsusiyyətlərini təşkil edir
və onun zənginliyini göstərir.
Dialekt və şivələrin lüğət tərkibindəki terminoloji səciyyə
daşıyan sözlər ədəbi dildə olan bu tip sözlərdən bir də onunla
fərqlənir ki, dialekt və şivələrdə növ anlayışını bildirən sözlər
daha çox yayılmışdır. Ədəbi dildə təbiət hadisələrinin, kənd tə-
sərrüfatı alətlərinin, heyvanların yaşlarına, rənglərinə və yerişinə
görə ümumi adları varsa, dialekt və şivələrimizin lüğət tərkibin-
də bunların növlərinin, hissələrinin adları bütün təfərrüatı ilə ve-
rilir. Məsələn, ədəbi dildə yağışın, küləyin növlərini, yaşa və
rəngə görə heyvan adlarını və s. bildirən bir-iki söz varsa, dia-
lekt və şivələrimizdə bunların bütün növlərini əhatə edən sözlər
vardır.
Məlum olduğu kimi rayonların coğrafi şəraiti, iqtisadiyyatı,
həyat və məişət tərzi, adət və ənənəsi müxtəlifdir. Onların ərazi-
sində coğrafi şəraitin müxtəlifliyi ilə əlaqədar olaraq müxtəlif
bitki, ot, ağac, quş adları, hər hansı bir təsərrüfat sahəsinin inki-
şafı ilə bağlı sözlər çoxluq təşkil edir və belə sözlər ədəbi dildə
müşahidə olunmur. Odur ki, dialekt və şivələrin leksikası ədəbi
dilimiz üçün mühüm əhəmiyyət kəsb edən termin səciyyəli söz-
lərlə zəngindir. Termin yaradıcılığı ilə, terminoloji lüğətlərin tər-
tibi ilə məşğul olan mütəxəssislər, müəyyən məsələlərə dair elmi
əsərlər yazan alimlər, elmi-texniki, ictimai-siyasi əsərlərin, xü-
susən kənd təsərrüfatına aid ədəbiyyatın tərcüməsi ilə məşğul
olan tərcüməçilər Azərbaycan dilində bir çox məfhumların (o
cümlədən heyvanların, quşların, bitkilərin, balıqların və s.) adla-
rını tapmaqda çətinlik çəkirlər. Xalq dili bu sahədə onların ən
yaxın köməkçisidir.
Terminlər yaradılarkən dilimizin dialekt və şivələrindən is-
tifadə edilməsi zəruridir. Çünki, ayrı-ayrı sahələr üzrə termino-
logiyanın təkmilləşdirilməsi və terminlərin dəqiqləşdirilməsi
üçün dialektlərdə zəngin material vardır.
234
Qədim zamanlardan Azərbaycanda sənətkarlıq inkişaf et-
məyə başlamışdır. Burada əkinçiliklə, heyvandarlıqla, ipəkçilik-
lə, neftçıxarma ilə, toxuculuqla, balıqçılıqla, bostançılıqla məş-
ğul olmuşlar. Kənd təsərrüfatı və istehsalatın müxtəlif sahələri
ilə əlaqədar olaraq rayonlarda müəyyən bitkilərin və ya heyvan-
ların müxtəlif növlərini və bunların müxtəlif adlarını göstərən
sözlər çoxdur. Dialektoloqların müəyyən etdiklərinə görə Quba-
da almanın 120-yə, Bakıda üzümün 35-ə qədər növü, Qazaxda,
Qarabağda atın rənginə, yerişinə, cinsinə görə 100-dən artıq
müxtəlif adı vardır.
Ədəbi dildə olduğu kimi, dialekt və şivələrin leksikasında
da sözlərin bir qismi köhnələrək dildən çıxır və yeni ictimai qu-
ruluşla əlaqədar olaraq sözlər yaranır. Lakin ədəbi dilin leksika-
sından fərqli cəhətlər də özünü göstərir. Dialektlərdə elə sözlər
vardır ki, uzun müddət qorunub saxlanır və ədəbi dildə belə söz-
lərə ya təsadüf olunmur, ya da tamamilə başqa məna daşıyır.
Dialektlərdə dilin inkişafı üçün böyük əhəmiyyətə malik
olan xalqın tarixi, yaşayış tərzi, adət və ənənəsi, məşğuliyyəti və
s. ilə əlaqədar olan termin səciyyəli sözlər çoxdur. Odur ki, onla-
rın öyrənilməsi və onlardan məqsədəuyğun surətdə istifadə edil-
məsi dilimizin zənginləşməsi və təkmilləşməsi üçün faydalıdır.
Terminoloji lüğətlərdə Azərbaycan dilinin bir çox dialektlə-
rinin leksik xüsusiyyətləri öz əksini tapmışdır. Belə ki, Azərbay-
canda çoxsahəli təsərrüfat inkişaf etdiyi üçün xüsusi terminoloji
lüğətlərdə bu və ya digər rayonun məxsus olduğu dialektin söz-
ləri öz əksini tapır. İndiyədək terminoloji lüğətlərdə Azərbaycan
dili dialektlərində işlənən sözlər müəyyən dərəcədə əks olun-
muşdur.
Coğrafiya elmində küllü miqdarda terminlər vardır ki, bu
terminlər təbii mühitin xüsusiyyətlərini və ayrı-ayrı ünsürlərini
əks etdirir.
Həmişə təbii mühitlə əlaqədar olan insan müxtəlif obyektlə-
rə, təbii hadisələrə ad vermiş və coğrafi terminlərinin yaranması-
na səbəb olmuşdur. Ona görə də, coğrafiya elmində bu və ya di-
gər landşaftı səciyyələndirdikdə yerli xalqın dilində olan sözlər-
235
dən istifadə edilir. Hal-hazırda xalqın dilində zəngin terminolo-
giya vardır, bu da coğrafiya terminologiyasının zənginləşməsi
üçün mühüm mənbədir. Azərbaycan dilində coğrafiya termino-
logiyasının zənginləşdirilməsi əsas etibarilə xalq coğrafiya ter-
minləri hesabına olmuşdur.
“Coğrafiya terminləri lüğəti”ndə işlənən təpə, aşırım, gədik
(gəzdək), ağyel, qüzey, güney, yastan, köpşə, salbuz, düzənlik,
ovalıq, yayla, gilavar, xəzri, meh, leysan, çiskin, duman, göy
qurşağı, bürkü, ilğım, şəlalə, gölməçə və s. terminləri xalq dilin-
dən keçmişdir.
Tibb terminologiyası da xalq dilindən keçən terminlərlə
zəngindir. Tibbə aid lüğətlərdə canlı xalq dilində işlədilən yüz-
lərlə termin vardır. Məsələn: təpitmə, dolama, inaq, məxmərək,
göyöskürək, yalama, kəkliyi azma, köpüşük, kənzik, mirvari su-
yu, maşara, simləmə, ürəkkeçmə, boğazgəlməsi, burxulma, qan-
çır, qarabasma, qaraboğma, qarasu, qulunc, itdirsəyi, kəkələmə,
suçiçəyi, qarayara, xiyərək, ovma və s.
Azərbaycanda kənd təsərrüfatının çox qədim və əsas sahə-
lərindən biri heyvandarlıqdır. Heyvandarlıq əsrlər boyu yerli
əhalinin əsas məşğuliyyəti olmuş və onun iqtisadi həyatının əsa-
sını təşkil etmişdir.
Heyvandarlıq Azərbaycan ərazisində kənd təsərrüfatının ən
qədim və əsas sahələrindən olduğuna görə həmin sahəyə aid ter-
minlərin bir qismi dialekt və şivələrdə eyni forma və mənalarda
işlənir; digər qismi isə heyvandarlığın bəzi səciyyəvi xüsusiyyət-
ləri və yerli şəraitlə əlaqədar yalnız müəyyən bir dialekt və şivə-
yə mənsubdur. Hər hansı bir dialektin lüğət tərkibində heyvan-
darlığa aid elə terminlər vardır ki, bunlara başqa dialekt və şivə-
lərdə təsadüf edilmir. Odur ki, Azərbaycan dili dialekt və şivələ-
rində bu sahəyə aid söz və terminlər çoxluq təşkil edir. Heyvan-
darlıq özü də atçılıq, qoyunçuluq, qaramal, camışçılıq və s. sahə-
lərə ayrılır. Dialektlərdə heyvanın rənginə, yaşına, nişanına görə
müxtəlif sözlər çox geniş yayılmışdır. “Heyvandarlıq terminləri
lüğəti”ndə dialekt leksikasından götürülmüş xeyli termin işlən-
mişdir. Məsələn: buğa, kəl, camış, cöngə, nər, örüş, kəhər, toğlu,
236
naxır, ikiyaşar, uzunqulaq, ayğır, qışlaq, yorğa, xotuq, otlaq, ar-
xac, axur, şişək, ağıl, yataq və s.
Torpaqşünaslıq terminologiyasına da dialekt leksikasından
şırım, kəltən, herik, bozqır, qıyır, dəmyə, kəltən, yal, tirə, bənd,
uçğun, yarğan, subasar, daşqın, örtük, lək və s. terminlər daxil
olmuşdur.
Əkinçilik Azərbaycan xalqının qədim sənətidir. Buna görə
də həmin sahəyə aid söz və terminlər dialektlərin leksikasında
mühüm yer tutur. Məlumdur ki, əkinçilik, taxılçılıq, dirrik, bos-
tançılıq kimi təsərrüfat sahələrini əhatə edir. Əkinçilik xalqımı-
zın qədim peşəsi olduğundan bu sahəyə aid sözlərin bir hissəsi
dialekt və şivələrimizdə eyni şəkil və mənada işlənir. Müəyyən
hissəsi isə əkinçiliyin bəzi səciyyəvi xüsusiyyətinə və yerli şə-
raitə görə bu və ya digər dialekt və şivəyə mənsub olur. Taxıl
əkini ilə bağlı olaraq sahənin şumlanmasına, taxılın səpilməsinə,
sünbülün inkişaf prosesinə və s. aid bir sıra sözlər vardır ki, bun-
lardan bəziləri bir neçə terminin yaranması üçün əsas ola bilir.
Məsələn: arat-toxum səpilməmiş şumun suvarılaraq dincə qo-
yulmuş və müəyyən müddətdən sonra əkilməsi; “qış aratı”- qış
fəslinə sahəni əkinə hazırlama; “yaz aratı” - “yazlıq əkin” - yaz-
da aparılan əkin və s.
Əkin sahəsini şumlamaq, sahəni malalamaq, alaq otlarından
təmizləmək, ot və taxılı biçmək, otları daşımaq üçün müxtəlif
alətlərdən istifadə olunur. Bu terminlərin bir qismi müasir ədəbi
dilimizdə işlənmir. Müəyyən dövrlərdə isə həmin alət adları
Azərbaycan ədəbi dilində geniş şəkildə işlənmiş, lakin texnika-
nın inkişafı ilə bağlı olaraq hazırda onların bəzisi arxaik sözlər
sırasına keçmişdir. Əkinçilikdə istifadə olunan alət adlarının bir
qismi isə ədəbi dilimizdə indi də işlənməkdədir. Məsələn, bel,
yaba, dəryaz, kərənti, oraq, çin, tana, kotan, xış və s.
Sonralar maşınqayırma sənayesi ilə əlaqədar sənaye mər-
kəzlərinin yaradılması bu sahədə zəngin terminologiyanın olma-
sını şərtləndirdi. Lakin, Azərbaycanın müxtəlif rayonlarında bəzi
alətlər və proseslər üçün müxtəlif terminlər işlənir ki, lüğətlərin
tərtibində onlardan geniş istifadə edilir. Məsələn, dayaq, dirək,
237
söykənəcək, yataq, yastıq, pərçəng, vərdənə, məsnəd, pərçim,
koğuş, ərsin, külçə, toxac, dolab və s. Dialekt sözlərindən bota-
nika terminlərinin yaradılmasında da geniş istifadə edilmişdir.
Botanikaya aid terminoloji lüğətlərdə quzuqulağı, ziyilotu, kəpə-
nəkgülü, novruzgülü, üzərlik, üskükotu, türşəng, xanımotu, qo-
yunqulağı, ürəkotu, quşarmudu, qazayağı, keçisöyüdü, nalotu,
bağayarpağı, çayırçiçəyi, çayotu, xaşxaş və s. saysız-hesabsız
terminlər məhz xalq dilindən götürülmüşdür.
Dialektlərdə olan hər hansı bir söz bir neçə anlayışın yaran-
ması üçün əsas ola bilər. Məsələn, “şırım” sözü ilə əlaqədar bir
sıra yeni terminlər yaradılmışdır: Qoşa şırım, şumayrıcı şırım,
şırımlama, şırımlı səpin; iskənə, iskənə dəzgahı, isgənələmə,
çəpdiş isgənə; düzənlik, dərə düzənliyi, alaq düzənlik, dağətəyi
düzənlik, sahil düzənliyi, batıq düzənlik, səhra düzənliyi.
Dialekt leksikasında ümumxalq dilində geniş şəkildə işlə-
nən peşə məfhumu ifadə edən sözlər də vardır. Məsələn: binəçi
/baş çobanın köməkçisi/, baş çoban /çobanların başçısı/, qoyun-
dar /qoyun saxlayan adam/, dölçü /döl dövrü başlayandan qurta-
rana qədər doğuş işinə baxan şəxs/, qırxınçı, quzuçu, naxırçı və s.
Dialekt və şivələrdə olan söz və terminlər müxtəlif fonetik
variantlara malikdir. Odur ki, dialektlərdən termin alarkən onun
yazılışını müasir ədəbi dilin normalarına tabe etdirmək lazımdır.
Hazırda lüğətlərdə işlədilən terminlərin dialektlərdə müxtəlif fo-
netik variantları vardır. Termin yaradıcılığında dialekt və şivələ-
rin leksikasından istifadə məsələsində bu cəhətə xüsusi diqqət
yetirmək lazımdır. Beləliklə, müxtəlif sahələrlə bağlı anlayışları
ifadə edən dialekt və ümumxalq dili sözlərinin bir hissəsi müasir
ədəbi dildə möhkəmlənmiş və onu zənginləşdirmişdir. Lakin hə-
lə də dialekt və şivələrimizdə, ümumxalq danışıq dilində işlənən
çoxlu söz lüğətlərdə öz əksini tapmamışdır. Məsələn: insolyasi-
ya yerinə - gün vurma, tur yerinə - dağ keçisi, vəhşi öküz; ot
yerləri yerinə - örüş; dağ düzənliyi sahələri yerinə - yaylım; ka-
nareyka yerinə - sarıbülbül işlətmək mümkündür. Göründüyü ki-
mi, xalq dilinə mənsub olan belə sözlər dilimizin terminoloji
leksikasında özünə möhkəm yer tuta bilər. Çünki xalq təfəkkü-
238
rünün məhsulu olan dialekt sözlərindən istifadə daha çox işlək-
lik qazana bilir. Lakin burada da ehtiyatlı olmaq lazımdır. Çox
vaxt məhdud dairəyə mənsub olan sözlərin terminologiyaya gə-
tirilməsi isə yalnız dilin ağırlaşmasına səbəb ola bilər.
A. Qurbanov yazır: “Lakin qeyd etməliyik, dialekt və şivə-
lərdən söz almaqda ciddi ehtiyatlılıq tələb olunur. Çünki, dia-
lektlərdə işlənən hər sözü ədəbi dilə gətirmək olmaz, əks təqdir-
də, bu, ədəbi dili ağırlaşdırır, onun inkişafına mənfi təsir göstərə
bilər.
1
”
Dialektlərdə olan söz və terminlərin etimologiyasının mü-
əyyənləşdirməyin də tarixi leksikologiya, orfoqrafiya, orfoepiya,
terminologiya, dil tarixi məsələlərinin həllində, xüsusilə dilimi-
zin daxili inkişaf qanunlarını öyrənməkdə, xalqımızın tarixini,
onun təfəkkürünün inkişafını, yaşayış tərzini, adət və ənənələri-
ni, məşğuliyyətini və s. məsələləri tədqiq etməkdə də böyük əhə-
miyyəti vardır. Məsələn: “qurut” sözü qurudulmuş süzmə de-
məkdir. Onu əmələgəlmə prosesinə görə “quru” sözündən yaran-
dığını müəyyən etmişlər.
“Dəmyə”
- sulanmayan, yaxud suyu olmayan əkin yeri de-
məkdir. “Dəm” sözü dilimizdə “quru” mənasında işlənir. Odur
ki, “susuz yer” mənasında işlənən “dəmyə” sözündə “dəm” və
“quru” mənasını daşıyır.
“Kədik”
- dağların uca yerlərinin arasından keçən yola de-
yilir. Bu söz getməklə əlaqədar olduğu üçün “getmək” feilindən
əmələ gəldiyi güman edilir.
Azərbaycan dilinin lüğət tərkibi əsasında terminlər yaradıl-
ması ilə əlaqədar xalq dilinin öyrənilməsi bir zəruriyyət kimi
qarşıya çıxır. Dilin inkişafında əsas olan xalq dili əsasında yeni
terminlərin yaradılması böyük əhəmiyyətə malikdir. Ədəbi və
elmi dili inkişaf etdirmək üçün xalq dilində olan zəngin lüğət
ehtiyatlarından hərtərəfli istifadə olunması həmişə diqqət mərkə-
zində durur.
1
Qurbanov A. Müasir Azərbaycan ədəbi dili. Bakı, Maarif, 1985, səh. 435
239
Akademik M.A.Şirəliyev yazır ki, …xalq dili əsasında qu-
rulmuş ədəbi dil həmişə inkişaf edir, çiçəklənir, artır. Xalqın
zəngin dil xəzinəsindən bir çox ifadələr, sözlər hər gün, hər də-
qiqə ədəbi dilə keçir və beləliklə də, onun zənginləşməsinə, inki-
şafına səbəb olur. Bu gün qəzetlərimizdə işlənən ayırc, çeşid, da-
var, cirə sözləri xalq dilindən bu son zamanlarda ədəbi dilimizə
keçən sözlərdir. Ə.Ə.Orucov Azərbaycan dilində terminologiya
yaradılması prinsiplərindən bəhs edərək yazırdı: “Lazım olduğu
hallarda Azərbaycan dilinin şivələri terminologiya yaratmaq
üçün mənbə ola bilər və olmalıdır. (Xüsusən kənd təsərrüfatı,
bitki, quş və heyvan adları üçün). Belə hallarda üstünlüyü o şi-
vələrə vermək lazımdır ki, götürülən istənilən sözün – terminin
aid olduğu təsərrüfat sahəsi cəhətdən həmin rayon səciyyəvi ol-
sun. Məsələn: meşə, quş adları və s. üçün – Lənkəran rayonu;
meyvəçilik üçün- Quba; balıqçılıq üçün- Salyan; neft sənayesi
və müxtəlif sənətlər üçün – Bakı; ipəkçilik üçün Nuxa (Şəki);
heyvandarlıq, atçılıq üçün – Qazax, Qarabağ və s. rayonlar sə-
ciyyəvi sayıla bilər.”
1
Qeyd etmək lazımdır ki, ümumxalq dilindən, dialekt və şi-
vələrdən terminyaratma prosesində əvvəllər də çox istifadə olun-
muşdur. XIX əsrin ikinci yarısında Azərbaycan dili terminologi-
yasının inkişafında həmin dövrün mütərəqqi mətbuatının, xüsu-
silə də “Əkinçi” qəzeti (1875-1877) və onun naşiri Həsənbəy
Zərdabinin böyük rolu olmuşdur. H.Zərdabi termin yaradıcılı-
ğında Azərbaycan dilinin ayrı-ayrı dialekt və şivələrindən də is-
tifadə etmişdir. O, bir çox sözləri ədəbi dilə gətirmiş və işləkliyi-
ni möhkəmləndirmişdir. Qarayara, xəzri, gilavar, zağ, titrədib-
qızdırma, qarğaduzu, ağıl (qoyunlar üçün saxlanan yer), mala,
göz alması (gözün bir hissəsi), ləpədöyən, qırov, qarabaş (taxıl-
da olan xəstəlik), alaqotu, leştər balığı, mərgümüş, su quşu, qar-
ğaduzu, şoran və s. sözlər buna misal ola bilər.
1
Orucov Ə.N. Azərbaycan dilində terminologiya yaradılması və işlənən ter-
minlərin qaydaya salınması. Azərbaycan SSR EA Xəbərləri, 1950, səh.14.
240
XIX əsrdə rus dilinə aid bir çox terminlər üçün Azərbaycan
dilində müvafiq qarşılıq müyyənləşdirilməsində, işlənən termin-
lərin bir yerə cəmləşdirilməsində, daha da
1
dəqiqləşdirilməsində
və nəhayət, xalq dilinə məxsus bir çox sözlərin ədəbi dilə gətiri-
lərək termin kimi rəsmiləşdirilməsində Mirzə Kazımbəy,
L.M.Lazarev, L.Z.Budaqov, S.M.Qəniyev tərəfindən tərtib edil-
miş lüğətlərin rolu az olmamışdır. Onların tərtib etdiyi lüğətlər-
dəki sözlərin bir qismi həm ədəbi dildən, həm də xalq dilindən
götürülmüşdür.
L.Z.Budaqovun 1969-cu il Peterburqda nəşr olunan “Срав-
нительний словарь турецко-татарских нареций” kitabı hazır-
da dilimizdə bir çox şeylərin, məsələn: heyvanların, quşların, ba-
lıqların, bitkilərin, dərmanların, xəstəliklərin adlarını, həmçinin
coğrafi adları müyyənləşdirməkdə əsas mənbələrdən ola bilər.
Müəllif xalqın dilindəki zəngin söz ehtiyatından istifadə etmiş-
dir. L.Z.Budaqovun vaxtı ilə xalq dilindən götürərək öz lüğətin-
də verdiyi künyə, yarma, lağım, qasırğa, şümşad ağacı, çınqıl,
baldırğan, məngənə, çalağan kimi bir çox sözlər sonradan elm,
texnika, kənd təsərrüfatı sahəsində geniş şəkildə işlənən termin-
lərə çevrilmişdir.
Dialekt və şivələrdən alınan terminlərin bir qismi elə söz-
lərdir ki, onların qarşılığı ədəbi dildə yoxdur. Bu və ya başqa an-
layışı ifadə etmək üçün işlədilən belə sözlərə ədəbi dildə ehtiyac
duyulmuş, onlardan istifadə olunmuş və lüğətlərdə əks olunmuş-
dur. Bu tipli sözlərə başaq, təpəcə, çuvar, mahlıc, balağ, keşkəl,
xərək, ting, toxmaçar, çəkil, xaral kimi söz və terminləri misal
göstərmək olar. Bəzən eyni bir məfhum dialektlərdə müxtəlif
terminlərlə ifadə olunur. Həmçinin bunun əksinə olan vəziyyət
də yaranır. Belə ki, bir qrup sözlər eyni fonetik tərkibə malik ol-
masına baxmayaraq müxtəlif mənaları ifadə edir. Dialektə məx-
sus olan belə omonim və sinonim sözlərin əksəriyyəti leksik mə-
na əsasında meydana çıxır. Belə terminlər dialekt leksikasında
çoxluq təşkil edir.
1
Qurbanov A. Müasir Azərbaycan ədəbi dili. Bakı, Maarif, 1985,389
241
Dialektlərdə işlənən sadə terminlər əsasən tək və iki heca-
dan ibarət olurlar. Bəzən isə üç hecalı sözlərə də təsadüf olunur.
Dialektlərdə olan sözlərin bir qrupu həm fonetik tərkibcə və qis-
mən də mənaca ədəbi dildə işlənən sadə sözlərə oxşayır. Məsə-
lən: qoyunçuluqda işlənən - ağıl, beçə, barama, buğa, yaman,
ağız, aşqal (qoyun), boz (keçi), qəzil, davar, metis, mürcüm, toğ-
lu, çəpiş, qısır; atçılıqda işlənən - alaşa, bağa, beytaş, qulun, day,
kəhər, cidar; əkinçilikdə işlənən - arıx (yer), bel, vər, vəl, dəhnə,
danqaz, dəryaz, yuxa, köyşən, kəltən, küz, kotan, pençə, xış və s.
Dialekt və şivələrimizdə işlənən termin səciyyəli söz və ter-
minlərin bir hissəsi quruluşca düzəltmədir. Bu düzəltmə sözlərin
tərkibindəki sözdüzəldici şəkilçilərin bir qismi ədəbi dildə işlə-
nən şəkilçilər və onların fonetik variantları olub ədəbi dil və dia-
lekt sözlərinə bitişərək yeni mənalı terminlər yaratmışdır. Müəy-
yən bir qismi isə yalnız dialektə məxsus şəkilçilərdir. Dialektlər-
də işlənən sözdüzəldici şəkilçilər sözyaratma prosesində eyni
dərəcədə iştirak etmir. Bunların bir hissəsi daha çox sözə bitişə-
rək yeni söz yaratdığı halda, bir hissəsi yalnız bir neçə sözün tər-
kibində özünü göstərir. Dialektlərdə işlənən və ədəbi dilə keçən
düzəltmə terminlər, həm adların, həm də feillərin sonuna müxtə-
lif sözdüzəldici şəkilçilər artırılmaqla əmələ gəlir. Dialektlərdə
işlənən terminlərin hansı nitq hissələrindən əmələ gəlməsinə gö-
rə aşağıdakı kimi qruplaşdırmaq olar:
1. Adlardan düzələn terminlər.
2. Feillərdən düzələn terminlər.
Adlardan düzələn terminlərə aşağıdakıları misal göstərmək
olar: sağmal, əmlik, damazlıq, arxalıq, sığır, yataq, sığırçı, bina-
çi (baş çobanın köməkçisi), dölçü, yataqçı (sürü qışlaqda olan
dövrdə yatağın içərisini təmizləyən şəxs), duzdağ (heyvanlara
duz verilən yer), küzəm (payız yunu), dayça, arxaş (ilin isti ayla-
rında sürü və naxırın yatdığı müəyyən yer), əlçim (təmiz daran-
mış əl boyda yun), bozax (quyruqlu, yunu qaça qoyun) və s.
Feillərdən düzələn terminlər feillərin sonuna sözdüzəldici
şəkilçilər artırılmaqla əmələ gəlir. Belə düzəltmə sözlərin kökü
müasir Azərbaycan ədəbi dilində və dialektlərdə bu gün belə
242
leksik vahid kimi öz müstəqilliyini saxlamaqdadır. Məsələn:
çəkmə (əkin sahəsinin birinci şumu), bulama (yeni doğmuş hey-
vandan sağılan südün bişmişi), çürüntü (süd və ya ayran çürün-
tüsü), qırxın (qoyun qırxımı), əkin, sağın, yelin, beytin (əkilmə-
yən, istifadə olunmayan sahibsiz yer), çalası (qatıq mayası), ca-
pacaq (ət doğramaq üçün alət), təpcək (bel sapına keçirilən taxta
ayaqcıq) və s.
Dialekt və şivələrimizin leksikasında mürəkkəb terminlər
də geniş yer tutur. Dialektlərdə iş prosesləri, əşyaların daşıdığı
vəzifələr, heyvandarlığa aid adlar, xəstəliklər, məhsullar və s.
müxtəlif olduğu kimi, onları ifadə edən mürəkkəb termin səciy-
yəli sözlərin müxtəlif tipləri vardır. Məsələn: qızılbaldır (sünbü-
lün gövdəsində əmələ gələn xəstəlik), yazabuğa (yeni buğa həd-
dində çatmamış inək balası), günəşum (yazda şumlanaraq qış
aratına kimi günəş altında qalan şum), ağgöz (qonur və sarı rən-
gə çalan torpaq), səpsuvar (şumlanmış sahəyə toxum səpmək və
sonra da suvarmaq), qarayelin (qoyun xəstəliyi), qoraçəp (bir il
əkilməyərək dincə qoyulmuş torpaq) və s.
Beləliklə, Azərbaycan dilinin dialekt və şivələri dilimizin
ən qədim dövrlərinə aid söz və ifadələri mühafizə edib saxlayır.
Dialekt sözlərinin bir hissəsi ədəbi dildə arxaikləşsə də ayrı-ayrı
dialektlərdə yaşayır. Məsələn: güzəm, sığır, gərdigar, xırman,
vəl, alakeş, tafan öyün və s.
Dialektlərdə işlənən terminlərin bəzilərinin arxaikləşməsi
həmin terminlərlə ifadə olunan əşyaların və anlayışların hazırda
öz əhəmiyyətini itirməsi ilə əlaqədardır. Dialekt və şivələrdə ey-
ni anlayış müxtəlif terminlərlə ifadə oluna bilir ki , bu da yerli
şəraitlə əlaqədar olaraq meydana çıxır. Bəzən də dialektlərdə iş-
lənən hər hansı bir termin bir neçə yeni terminin yaranması üçün
əsas ola bilir. Bu cəhət isə termin yaradıcılığında və lüğət tərki-
binin zənginləşməsində xüsusi əhəmiyyətə malikdir.Eyni fonetik
tərkibə malik terminlərə heyvandarlığın müxtəlif sahələrinə aid
terminologiyada rast gəlinir. Təsərrüfatın müxtəlif sahələrinə aid
olan bu terminlərin, bəzisi eyni mənanı, bəzisi isə müxtəlif mə-
naları ifadə edir.
243
Dialektlərdəki terminlərin əksəriyyəti həm səs tərkibi, həm
də əşya və anlayışların ən kiçik hissələri, müxtəlif xüsusiyyətlə-
rini dəqiq ifadə etməsi ilə ədəbi dilin sözlərindən fərqlənir. Bu
terminlərin bir çoxunun ədəbi dildə sinonimi yoxdur. Doğrudur,
elmin müxtəlif sahələri üzrə tərtib edilmiş terminoloji lüğətlərdə
Azərbaycan dilinin bəzi dialektlərinin leksikası öz əksini tapmış-
dır. Bununla belə, lüğətlərdə dialekt leksikasından hələ lazımi
dərəcədə istifadə olunmur. Halbuki dialektlərdə məfhumları da-
ha dəqiq ifadə edən sözlər mövcuddur. Məsələn: atların döş yo-
luxması əvəzinə xəfənək, keçi yunu əvəzinə qəzil, ot yerləri əvə-
zinə örüş, dırnaq xəstəlikləri əvəzinə keço, bağa, davax, qısabuy-
nuz əvəzinə kola, ləzgi qoyunu əvəzinə herix, qarmaqlı çomaq
əvəzinə koxa, yun cəngəsi əvəzinə əlçim və s. işlətmək mümkün-
dür. Göründüyü kimi, dialektlərdə bu məfhumları daha dəqiq ifa-
də edən terminlər ola-ola izahlardan istifadə olunmuşdur.
Hazırda Azərbaycan ədəbi dili dialekt və şivələrin termino-
loji leksikası hesabına daha da zənginləşir. Ümumiyyətlə, xalq
dilindən bacarıqla istifadə edərək bu dili daha elastikli və hər cür
fikri və hissi ifadə edəcək qədər zərif və incə bir şəklə salmaq
mümkündür.İstehsalatın, kənd təsərrüfatının, elm və texnikanın
sürətlə inkişafı ilə əlaqədar, elm və texnikanın müxtəlif sahələ-
rində dialekt və şivələrimizdən götürülmüş çoxlu termin işlədi-
lir. Lakin bir cəhəti də qeyd etmək lazımdır ki, bu mənbəyə mü-
raciət edərkən hər sözü termin kimi işlətmək olmaz. Dialekt və
şivələrdən alınan sözlər aydın, konkret, dürüst məna daşımalıdır.
Lakin bu həmişə belə olmur. Bəzən bir söz ayrı-ayrı dialektlərdə
müxtəlif mənalarda işlənir. Buna görə də belə sözlər dilə daxil
olub onu ağırlaşdırır. Məhdud ərazidə işlənən sözləri terminolo-
giyaya gətirmək doğru deyil. Dialekt və şivələrdə geniş yayılan,
təsərrüfatın bu və ya başqa sahələri üçün səciyyəvi sözlərdən is-
tifadə edilməlidir.
Müasir Azərbaycan ədəbi dilinin zənginləşməsi üçün mən-
bə təşkil edən dialekt və şivələrimizin tədqiqi həmişə diqqət
mərkəzindədir. Onlar dilimizin bütün sahələrində getdikcə sürət-
lə artan terminlərin xalq dili əsasında yaradılmasına imkan verir.
244
Bütün dövrlərdə dialekt və şivələr hesabına leksik zənginləşmə
əsas mənbələrdən biridir. Hazırda da, ədəbi dildə qarşılığı olma-
yan bir çox söz və terminlər dialekt və şivələrdən götürülməli-
dir. Dialekt leksikasında kənd təsərrüfatı, coğrafiya, peşə-sənət
leksikasının müxtəlif sahələrinə aid ədəbi dildə olmayan çoxlu
sayda sözlər işlənməkdədir. Məsələn, taxılçılıq üçün yararlı olan
yerlərdə bu təsərrüfat sahəsi ilə bağlı bir sıra terminlərlə qarşıla-
şırıq:
Dostları ilə paylaş: |