3.2. MÜASİR AZƏRBAYCAN ƏDƏBİ DİLİNDƏ
TERMİNLƏRİN YARANMA ÜSULLARI
Terminoloji sistemin zənginləşmə yolları və bu zaman dildə
özünü göstərən qrammatik və semantik dəyişikliklərin araşdırıl-
ması bir daha sübut edir ki, terminyaratma dünya dillərinin əksə-
riyyətində, o cümlədən Azərbaycan dilində terminoloji qatın
zənginləşməsində çox mühüm rol oynayan proseslərdən biri ol-
maqla hər bir dilin daxili sözyaratma qanunauyğunluqları və
alınmalar əsasında yeni terminlərin yaranma prosesidir. Bu pro-
sesdə milli dilin leksik vahidləri, terminyaratma elementləri öz
məhsuldarlığı ilə seçilir. Bu zaman terminyaratmanın üsul və
formaları ümumi leksikadakı sözyaratma ilə eyniyyət təşkil edir.
Belə ki, hər iki leksik qatda milli dillərin ümumi sözyaratma qa-
nunauyğunluqları özünü göstərdiyi kimi, yeni sözyaradıсı for-
malardan istifadə olunması da özünü göstərir. Yəni, yeni dil va-
hidlərinin yaradılması üçün həm dildə mövcud olan hazır sözya-
ratma üsullarına müraciət olunur, həm də ayrı-ayrı terminoloji
sahələrə aid (kimya, riyaziyyat, tibb) terminyaratma yolları axta-
rılır. Bu zaman başqa dillərdən terminlərin alınmasının qarşısını
almaq qeyri-mümkündür.
250
Azərbaycan dilinin daxili imkanları əsasında terminlər ya-
radılarkən aşağıdakı üsullardan istifadə edilir:
1)
Semantik üsul
2)
Morfoloji üsul
3)
Sintaktik üsul
4)
Kalka üsulu
5)
Sözlərin ixtisarı və qısaldılması /Abreviaturalar/
3.2.1. SEMANTİK ÜSULLA YARANAN TERMİNLƏR
Hər bir dilin terminologiyası, əsasən, onun öz lüğət tərki-
bində mövcud olan terminlər və sözlər əsasında formalaşır. Bu
prosesdə termin yaradıcılığında morfoloji, sintaktik və kalka
üsullarından istifadə olunur. Lakin belə terminlər elm və texni-
kanın inkişafı ilə əlaqədar meydana çıxan yüzlərlə yeni anlayışı
ifadə etmək üçün kifayət deyildir. Tarixi-ictimai faktorların təsi-
ri ilə yaranan yeni əşya və hadisələri müxtəlif şəkildə adlandır-
maq zərurəti meydana çıxır. Yeni əşya və hadisələri adlandır-
maq üçün müəyyən üsullardan istifadə edilir ki, bunlardan biri
də, sözün, terminin yeni mənada işlədilməsidir. Bu üsulda termi-
nologiya kəmiyyətcə yox, keyfiyyətcə artır. Bu zaman dildə ha-
zır şəkildə mövcud olan dil vahidlərinə yeni məna verməklə on-
lardan yeni yaranan anlayışların adlandırılması üçün istifadə
olunur. Semantik üsulla termin yaradıcılığı prosesində yaranmış
anlayışı ifadə etmək üçün dilin sözyaratma üsulları əsasında ye-
ni terminlərin yaradılmasına deyil, dildə əvvəlcədən mövcud
olan müxtəlif məzmunlu leksik vahidlərə yeni mənalar verməklə
elmi-texniki anlayışlar yaradılır.
Belə ki, bu zaman sözün-termi-
nin daxili tərkibi dəyişmir, ancaq məna dəyişikliyi ilə əlaqədar
yeni məfhum və ya əşya ilə dildə əvvəlcədən mövcud olan anla-
yış və ya əşya arasında müəyyən assosiativ əlaqə yaratmaqla sö-
zün, terminin mənası genişləndirilə bilir. Deməli, semantik üsul-
251
da yeni anlayış yalnız mövcud sözlərlə ifadə edilir, terminin, sö-
zün semantik yükü artır.
Dilimizdə konkret əşya və hadisələr sonsuz miqdardadır.
Bunları ifadə etməkdə ən zəngin dilin də ehtiyatları məhdud
olub, obyektiv aləmin bütün müxtəlifliklərini əhatə edə bilmir.
Sözün mənaca genişlənməsinin səbəbi elmi və texniki kəşfin
müxtəlifliyi, hər hansı təbii dil imkanlarının isə məhdudluğudur.
A.Qurbanov haqlı olaraq qeyd etdiyi kimi, “Dünyada hər bir an-
layışı ayrı-ayrı xüsusi sözlərlə ifadə edən heç bir dil yoxdur və
ola da bilməz. İnkişafla əlaqədar olaraq meydana çıxan yeni-ye-
ni anlayışların ifadəsi üçün çox zaman yeni söz axtarılmayıb,
dildəki mövcud sözün mənası dəyişdirilməklə bu və ya başqa
məfhum ifadə olunur
1
”.
Müasir Azərbaycan dilində yeni anlayışları ifadə etmək üçün
dilimizin leksik qatında işlədilən sözlərə yeni məna çalarları ver-
məklə təzə yaradılmış anlayışlar ifadə edilir. Məsələn: yazılı abi-
dələrdə və klassiklərin dilində işlədilən ağız, açar, bölmə, daraq,
yuva kimi sözlər yeni məna kəsb edərək terminoloji məna ifadə
edir. Bütün bunlar semantik üsulun əhəmiyyətini aydınlaşdırır.
Lakin yeni məfhumları yalnız mövcud sözlərlə ifadə etmək üsu-
lu bəzən məfhumları bir-birindən fərqləndirməyə imkan vermir.
M.Qasımov bu barədə yazır: “Əlbəttə yeni anlayışları yalnız
mövcud sözlərlə əvəz etmək üsulu bəzən sözün semantik yükü-
nü artırır, anlayışları bir-birindən fərqləndirməyə imkan vermir
və beləliklə də, çoxmənalılıq meydana gəlir. Dildə iki və daha
artıq anlayışların ifadəsinə xidmət edən terminlərin olması isə
qarşılıqlı anlaşmanı pozur”
2
.
Onu da qeyd edək ki, semantik üsulda sözlərin terminləş-
məsi zamanı, yəni yeni mənalar qazanaraq elmi-texniki anlayış-
ları ifadə edərək yaranan terminlər müəyyən mühitə düşür, onla-
rın əvvəlki mənaları yeni mühitdə arxa plana keçərək məna anla-
1
Qurbanov A. Müasir Azərbaycan ədəbi dili. Bakı, Maarif, 1985, səh.389
2
Qasımov M. Azərbaycan dili terminologiyasının əsasları, Bakı, Elm, 1973,
səh.122
252
şılmazlığını aradan qaldırırsa (səs-səs dalğası), bəzən isə kon-
tekstdən kənarda məna dolaşıqlığı yaradır. (surət-ədəbiyyatşü-
naslıqda surət; güc- fizikada güc). Bu zaman belə terminoloji va-
hidlərin mənasında omonimlik xüsusiyyəti yaranır. Terminolo-
giyada iki və daha artıq anlayışın ifadəsinə xidmət edən termin-
lərin, termin-söz birləşmələrinin olması isə qarşılıqlı anlaşmanı
pozur. Bununla belə, istər terminlərin, istərsə də sözlərin seman-
tik məna qazanaraq yeni anlayışı ifadə etməsi, yeni yaranan, in-
kişaf edən anlayışlar üçün ifadə vasitəsi müəyyənləşdirməyin
üsullarından biridir. Hazırda elm və texnikanın ayrı-ayrı sahələ-
rində bu üsulla yaranan termin, termin-söz birləşməsi çoxdur.
Məsələn, həm hərbdə, həm də texnikada “avtomat”; həm gəmi-
çilikdə, həm də kimyada “bort”; həm fizikada, həm də dilçilikdə
"səs", "səs dalğası"; həm poliqrafiyada, həm də hərbdə “çap”;
həm fizikada, həm də fəlsəfədə "materiya"; həm memarlıqda,
həm də maşınqayırmada “val”; həm inşaatda, həm maşınqayır-
mada, həm də informatikada “baza”; həm riyaziyyatda, həm ta-
rixdə "azadlıq", "ailə"; həm dilçilikdə, həm də biologiyada "dil
ailələri" və s. terminlər, termin-söz birləşmələri müxtəlif anla-
yışları ifadə etmək üçün işlənir.
Araşdırmalardan aydın olur ki, semantik üsul terminologi-
yada həmişə tətbiq olunan bir üsuldur. Lakin bu üsuldan ayrı-ay-
rı dövrlərdə müxtəlif şəkildə istifadə edilmişdir. Belə ki, elm ye-
ni təşəkkül edən zaman semantik üsulla termin yaratma termino-
logiyanın formalaşmasında həlledici rol oynamışdır. Bu təsadüfi
deyildir. Elm və texnika təşəkkül edən zaman elmi idrakın ümu-
mi inkişafı elə bir şəkildə idi ki, termin yaradıcılığını sözlə anla-
yışın uyğunluğu deyil, müəyyən oxşarlıqlar təyin edirdi.
Semantik üsuldan terminlərin yaranmasında hazırda da ge-
niş istifadə edilir. Daha doğrusu, müasir ədəbi dillərin termino-
logiyasında sözlərin semantik məna qazanaraq anlayışı ifadə et-
məsi üsulu geniş tətbiq edilir. Bu məna dəyişmələri əslində sö-
zün, terminin mənaca inkişafına səbəb olur. Bu və ya digər ter-
minlərin mənasının dəyişdirilməsi isə onun məna çalarlarından
birinə əsaslanır. Bu dəyişmələr terminologiyada müxtəlif nitq
253
hissələrində bir-birindən fərqli şəkildə təzahür edir. Komponent-
ləri termin-isim, termin-sifət olan terminlərdə, termin-söz birləş-
mələrində məna dəyişmələri daha çox baş verir.Lakin, terminlə-
rin yaradılması üsullarının işlənmə tezliyinə nəzər salsaq görərik
ki, ümumiyyətlə, semantik üsuldan sintaktik və kalka üsuluna
nisbətən daha az istifadə olunur. Bu isə terminlərin bir tərəfdən
təkmənalılığa meylindən, digər tərəfdən isə bəzi terminlərin baş-
qa dillərdən olduğu kimi alınıb işlənməsindən irəli gəlir.
M.Ş.Qasımov sözün semantikasının inkişafında üç əsas
prosesi qeyd edir: a) adi məişət sözlərinin terminləşməsi; b) söz-
lərin mənasının xüsusiləşməsi; v) yeni məcazi mənalar hesabına
sözlərin mənasının genişlənməsi.
M.Y.Osadçuk bu prosesdə semantik dəyişmələri tədqiq
edərkən onun dörd növünü qeyd edir: 1. mənanın dəqiqləşdiril-
məsi; 2. mənanın daralması; 3. oxşarlığa görə eynilik; 4. müştə-
rəkliyə görə eynilik.
Ancaq semantik üsulla terminləşmə prosesində, dildə əvvəl-
cədən mövcud olan müxtəlif məzmunlu leksik vahidlərə yeni
mənalar verilirsə, burada hansı məna daralmasından söhbət gedə
bilər. Bu zaman termində mənanın xüsusiləşməsi isə təbiidir.
Məsələn: “başlıq” - 1. yağmurdan, soyuqdan qorunmaq üçün ba-
şa geyilən papaq; 2. qədimdən qadınların başörtüsü altından ta-
xılan altun və ya gümüşdən düzəldilmiş takı, süs əşyası. 3. mə-
qalənin adı, başlığı, qəzet və jurnallarda yazının bir bölümü ba-
şına qoyulan qısa yazı. 4. etnoqrafiyada – bəzi bölgələrdə ərə ge-
dən qızın atasına oğlan tərəfindən verilən pul, mal və s. (ADİL,
1987). Bu sözün əvvəlki mənalarına yeni məna verilərək infor-
matikada tamam başqa anlayış ifadə edilmişdir: 1.Sənədin sər-
lövhə hissəsi; 2. verilənlərin ötürülməsi sistemlərində ötürülən
məlumatda xüsusi idaredici simvoldan sonra yerləşdirilən (qeyd
edilən) və ünvan funksiyasını yerinə yetirən simvolların ardıcıl
sırası. [Rüstəmov Ə.M., Hüseynov E.M. İnformatika – izahlı
terminlər lüğəti. Azərbaycan, rus, ingilis dillərində. B., 1996,
215 s.]. Deməli, “başlıq” termini informatikada yeni bir məna
ifadə etmişdir, yəni sözün məişət mənası arxa plana keçmiş, in-
254
formatikada yeni elmi anlayış ifadə edərək terminləşmişdir. Bu-
rada məna daha da genişlənmişdir. Eləcə də, “xəta” sözü ərəb
mənşəli olub “səhv”, yanlışlıq, qələt” mənasında işlənir. Bu söz
riyaziyyatda “xəta-baxılan hədlərə yaxın olan hədlərin alınma
dərəcəsini ifadə edən hədd (Dx=x
1
-x)” mənasında işlənir və
mütləq və nisbi xətalara bölünür. Göründüyü kimi söz semantik
cəhətdən genişlənir. Hər iki misalda lüğət tərkibində işlənən söz-
də məna xüsusiləşmişdir.”
Mənanın xüsusiləşməsi terminləşmənin zəruri əlamətidir.
Belə ki, söz terminə çevrildikdə, semantik konversiya prosesin-
də termin mütləq müəyyən sahə terminologiyasına girməli və
onun definisiya əsasında təyin edilən mənası olmalıdır. Ona görə
də, semantik konversiya zamanı söz terminoloji məna qazanaraq
xüsusiləşir. Bu baxımdan məna xüsusiləşməsi terminoloji qatda
özünü göstərən və bu qatın zənginləşməsində mühüm rol oyna-
yan bir proses kimi semantik-funksional dilçilik hadisəsi olaraq
diqqəti cəlb edir.
Ümumiyyətlə, semantik üsulla yaranan terminlərdə iki pro-
ses müşahidə olunur:
Dostları ilə paylaş: |