262
feilinə qoşularaq yeni "gücləndirici", “qorumaq” felinə qoşula-
raq “qoruyucu” /fizikada/ əmələ gətirmişdir. Və yaxud, “-lıq
4
”
şəkilçisi çox sözünə qoşularaq riyaziyyatda “çoxluq”, “buğ”
sözünə artırılaraq isə metallurgiyaya aid “buğluq” terminini
yaratmışdır.
Morfoloji üsulla terminlərin yaranması zamanı söz kökü şə-
kilçi qəbul etdikdə bu sözlər nominativlik qazanaraq anlayışın
adını bildirir. Beləliklə, morfoloji üsulla terminlərin yaradılması
kökə, əsasa müxtəlif şəkilçilər artırılması prosesidir. Lakin müx-
təlif morfoloji əlamətlər öz funksiyası və prosesdə iştirak aktiv-
liyi baxımından bir-birindən fərqlənir. M. Qasımovun qeyd etdi-
yi kimi, bəziləri “ən müxtəlif sözlərə artırılaraq çoxlu miqdarda
yeni termin əmələ gətirə bildiyi halda, bəziləri yalnız məhdud
dairədə işlənən sözlərə artırılaraq az miqdarda yeni terminlər
əmələ gətirir
1
”.
Morfoloji üsulla termin yaradıcılığı aktiv sözyaratma üsul-
larındandır. Morfoloji üsulla termin yaradıcılığının məhsuldar
xarakter daşımasının səbəbi isə dilimizin leksik şəkilçilərlə zən-
gin olmasıdır. Morfoloji üsulla terminlərin yaranmasında aşağı-
dakı şəkilçilər daha fəal iştirak edir:
Dostları ilə paylaş: