271
Beləliklə, morfoloji yolla terminlərin yaranması ən məhsul-
dar üsuldur. Lakin morfoloji üsulla terminlər yaradılması prose-
sində iştirak edən şəkilçilərin hamısının söz yaratma tezliyi eyni
deyildir. Şəkilçilərin bəziləri -lıq
4
, -lı
4
, -ıq
4
, -an
2
müxtəlif sözlərə
artırılaraq sonsuz miqdarda yeni terminlər əmələ gətirə bildiyi
halda, bəzilərinin bu imkanı məhduddur.
Şəkilçilərin bəziləri
birbaşa sözün kökünə əlavə olunaraq yeni anlayış /yəni K+Ş/
bildirirsə, bəziləri K+Ş+Ş formasında yeni terminlər əmələ gəti-
rir. Terminologiyada morfoloji yolla terminlərin yaranması pro-
sesində iştirak edən şəkilçiləri spesifik xüsusiyyətlərinə görə
aşağıdakı kimi qruplaşdırmaq olar:
a/ adlardan
ad düzəldən şəkilçilər
b/ feillərdən ad düzəldən şəkilçilər.
Adlardan düzələn müxtəlif səciyyəli terminlər daha çox
isimlərə, az hallarda isə sifət və zərflərə
sözdüzəldici şəkilçilər
artırmaqla formalaşır. Bu qrupa sadə söz köklərindən düzələn
düzəltmə terminlər daxil edilir. Məsələn, gəmiçi, qulluqçu, isti-
laçı, başçılıq, cəbhəçi, siyasətçi və s. adlardan düzələn terminlər
müxtəlif sahə terminlərini zənginləşdirir.
Müasir Azərbaycan dilində morfoloji yolla termin yaradıcı-
lığının böyük hissəsini feldən düzələn terminlər təşkil edir. Feil-
lər semantik məna çalarları baxımından zəngin olduğu üçün ter-
min yaradıcılığında fəallığı ilə seçildiyindən
bu tipli düzəltmə
terminlər dilin terminoloji leksikasının mühüm bir hissəsini təş-
kil edir. Məsələn, çevriliş, bölmə, buruq, qırıcı, uçuş, yürüş və s.
Bu baxımdan morfoloji üsulla termin yaradıcılığında terminlər
kök sözlərin xarakterinə və leksik şəkilçilərin müxtəlifliyinə gö-
rə diqqəti cəlb edir.
Dostları ilə paylaş: