Sayali sadiqova


-ıntı, -inti, -untu, -üntü



Yüklə 3,57 Mb.
Pdf görüntüsü
səhifə149/208
tarix25.12.2023
ölçüsü3,57 Mb.
#194908
1   ...   145   146   147   148   149   150   151   152   ...   208
Mohsun N - Sayali S Azerbaycan edebi dili son (2)

-ıntı, -inti, -untu, -üntü.
S.Cəfərov bu şəkilçini feillərdən 
ad düzəldən məhsuldar şəkilçilərdən hesab edir. Söz yaradıcılı-
ğında məhsuldar olan bu şəkilçi termin yaradıcılığında qeyri-
məhsuldardır. Ancaq bu şəkilçili ümumişlək sözlərin bir qismi-
nin mənası müəyyən proseslə bağlı olduğu üçün texniki termi-
noloji leksikaya keçmiş və yeni anlayış ifadə etmişdir. Məsələn: 
qazıntı, çıxıntı, ərinti, çöküntü, ovuntu, tikinti, yağıntı, əyinti, qı-
rıntı, səpinti və s. 
-ış, -iş, -uş, -üş
.
Bu şəkilçi vasitəsilə hərəkət və sürət bildi-
rən terminlər yaranır: uçuş, baxış, dirçəliş, döyüş, çağırış, dönüş, 
çıxış, kəsiliş və s. 
Ən çox milli mənşəli sözlərə artırılaraq müxtəlif modelli 
terminlər yaradır. Bu xüsusiyyət isə həmin şəkilçinin mənşəyi 
ilə, yəni, fellə əlaqədar olması ilə bağlıdır. Deməli, bu şəkilçi 
fellərə qoşularaq hərəkət və proseslə bağlı olan nominativ xarak-
terli terminlər yaradır. Məsələn: titrəyiş, buraxılış, bildiriş, açı-
lış, çıxarış, veriliş və s. 
-ma, -mə.
Bu şəkilçi terminlərin əmələ gəlməsində ən məh-
suldar şəkilçilərdən hesab olunur. Onların köməyi ilə indiyədək 
terminologiyada ayrı-ayrı prosesləri bildirən yüzlərlə termin ya-
radılmışdır. Bu şəkilçi həm dilimizin öz sözlərinə, həm də alın-
ma sözlərə artırılır. Məsələn, hesablama, qapanma, yerdəyişmə, 
yığılma, kublaşdırma, kökalma, əyilmə, çıxma, toplama, bərki-
mə, maqnitlənmə, lehimləmə, udulma, süzülmə, tablama, maye-
ləşdirmə, şüalanma, sıxılma və s. 
- ma

şəkilçili sözlərin iştirakı ilə yaranan terminləri aşağı-
dakı qruplara ayırmaq olar: 
1.
Ümumişlək sözlərə -ma

şəkilçisini artırmaqla yeni ter-
minlər yaradılır. Belə ümumişlək sözlər terminləşərək elm və 
texnikanın müxtəlif sahələrində termin kimi işlənir. Məsələn: 
qırma, çatma, sökmə, sürüşmə, çəkmə, nişanlama, əyirmə (yün-
gül sənaye); burulma, süzülmə, əyilmə, yonma (maşınqayırma). 
Çox vaxt ümumişlək sözlərdən əmələ gələn belə terminlər mü-
rəkkəb texniki proses anlayışlarını ifadə edirlər. Bu terminlərin 
böyük bir qismi mürəkkəb söz modelində olur. Məsələn: metalə-


268 
ritmə, cərəyankəsmə, neftayırma, dəzgahqurma, yivaçma, təbə-
qəyayma, termosürətçıxarma, yunəyirmə, metalkəsmə və s. Belə 
terminlərin yaranmasında bəzən 
öz
 
əvəzliyi daha fəal mövqe tu-
tur. Məsələn: özünətəsirlənmə, özünüfırlama, özüitiləmə, özütə-
mizləmə, özükökləmə, özünüyükləmə, özüyerləşmə və s. 
2. Texnikanın müxtəlif sahələrində baş verən hərəkət və ya 
prosesləri ifadə edən fellərə - ma

şəkilçisi artırmaqla bu hərəkət 
və ya prosesləri adlandıran, nominativlik qazandıran yeni ter-
minlər yaranır. Məsələn: presləmə, elektrikləmə, kodlama, azot-
lama, metallama, frezləmə və s.
Bəzən -ma

şəkilçi -laş
2
, -dır
4
və s. şəkilçili feillərə artırılır. 
Məsələn: yerləşdirmə, qatılaşma, əhəngləşmə, yuvarlaqlaşdırma, 
sıxlaşma, ixtisaslaşma, dəyişdirilmə, cingiltiləşmə, turşulaşma, 
avtomatlaşdırma, aktivləşmə, maqnitləşmə, leksikləşmə, vulkan-
laşdırma və s. 
Bu şəkilçidən terminlərin yaranmasında daha çox istifadə 
olunmasının əsas səbəbi də elmdə hərəkət və proseslə bağlı anla-
yışların daha zəngin olmasıdır. 

Yüklə 3,57 Mb.

Dostları ilə paylaş:
1   ...   145   146   147   148   149   150   151   152   ...   208




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin