Sayali sadiqova



Yüklə 3,57 Mb.
Pdf görüntüsü
səhifə146/208
tarix25.12.2023
ölçüsü3,57 Mb.
#194908
1   ...   142   143   144   145   146   147   148   149   ...   208
Mohsun N - Sayali S Azerbaycan edebi dili son (2)

-cıq, -cik, -cuq, -cük.
Dilimizdə qeyri-məhsuldar sözdüzəlt-
mə xüsusiyyətinə malik olan bu şəkilçinin texniki termin yaradı-
cılığında müəyyən rolu vardır. S.Cəfərov yazır: “Azərbaycan di-
lində bu şəkilçi vasitəsilə kiçiltmə və çox zaman birinci şəxs 
mənsubiyyət şəkilçisinin təki ilə -cığım, (-cuğum, -ciyim, -cü-
yüm) şəklində işlədilərək əzizləmə mənasını bildirən isimlər 
əmələ gətirilir.”
Ə.Dəmirçizadə bu şəkilçinin yaratdığı məna çalarını, üslubi 
imkanlarını təhlil edərək yazır: “Azərbaycan dilində bəzi şəkilçi-
lər var ki, bunlar bir üslubda bir çalarlıqda, digər üslubda isə 
başqa çalarlıqda işlənir. Beləliklə, hər iki üslub üçün də əlamət-
dar morfoloji vahid sayıla bilir. Məsələn: -cıq
4
, -cığaz
4
şəkilçisi-
ni bədii üslubda əzizləmə, oxşama məzmunu və çalarlığı ilə əla-
qədar olaraq, bəzən də ədəbi və siyasi üslubda istehza, təhqiret-


264 
mə, alçaltma məqsədi ilə, yəni məna ilə yanaşı, ekspressiv, emo-
sional çalarlıq yaratmaq üçün, elmi üslubda isə heç bir subyektiv 
münasibət ifadə etməmək üçün sadəcə termin düzəltmək üçün 
istifadə olunur və beləliklə də bu şəkilçi hər üç üslubda məqamı-
na görə tipik sayıla bilir
1
”. 
Terminoloji leksikada bu şəkilçi daha çox ümumişlək sözlə-
rə artırılaraq yeni terminlər yaradır və texniki terminoloji leksi-
kanın zənginləşməsinə səbəb olur. Məsələn: damarcıq (geologi-
yada süxurlarda və minerallarda hər hansı mineral maddə ilə 
dolmuş nazik çat), quyucuq (1. su və süxur üçün akkumiliyasiya 
edici tutum; 2. kəşfiyyat qazmasında yuyucu məhlul üçün çök-
dürücü), kürəcik (diyirlənmə yatağı), yumruqcuq (texnikada-
yumruqcuqlu mexanizmin bəndi), tavacıq (texnikada) və s. 
Bunlardan əlavə -cıq
4
 
şəkilçisi bəzi terminlərə qoşularaq ye-
ni anlayışlar yaradır. Məsələn: mədəcik, qulaqcıq, kanalcıq, val-
cıq, qurşaqcıq və s. 

Yüklə 3,57 Mb.

Dostları ilə paylaş:
1   ...   142   143   144   145   146   147   148   149   ...   208




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin