"mərkəz" termini
riyaziyyatda “çevrənin mərkəzi onun bütün nöqtələrindən eyni uzaqlıqda olan
nöqtə”; “iki oxşar fiqurun oxşarlıq mərkəzi həmin fiqurların uy-
ğun nöqtələrindən keçən düz xətlərin kəsişdiyi nöqtə” /ASE,
B.1983 VII c/ mənalarını ifadə edir.
“Konvektor” termininin isə
informatikada “bir növ siqnalı digər növ siqnala çevirən EHM
qurğusu; proqramı bir dildən eyni səviyyəli başqa dilə çevirən
proqram” və “informasiyanı perfokartdan perfolentə və ya əksi-
nə yazmaq üçün qurğu” kimi mənaları vardır. Beləliklə, termin-
lərin yaradılmasında semantik üsulun da əhəmiyyəti var. Bunları
öyrənmədən terminlərin məna inkişafını, xüsusiyyətini, hansı mə-
nalarda işləndiyini dəqiqləşdirmək çətindir. Bununla belə, həmin
üsul çoxmənalılığa səbəb olur, terminologiyanı zəruri dəqiqlikdən
məhrum edir. Ona görə də, adi sözlərdən, termindən yeni termin
kimi istifadə olunarkən həmin sözün ümumi ədəbi dildəki bütün
mənalarını aşkar etmək və nəzərə almaq zəruridir. Yoxsa termin-
lərdə olan bu xüsusiyyət elmi anlaşılmazlıq yarada bilər.
Əlbəttə, yeni anlayışları yalnız mövcud sözlərlə ifadə etmək
üsulu sözün məna yükünü çoxaldır, anlayış və məfhumları bir-
birindən fərqləndirməyə imkan vermir, polisemantiklik yaradır.
Dildə iki və daha artıq anlayışın ifadəsinə xidmət edən termino-
loji vahidlərin olması ayrı-ayrı sahələrdə ixtisasçılara məlum ol-
sa da qarşılıqlı anlaşmanı pozur. Bununla belə, bu proses də ay-
rı-ayrı dillərin terminologiyasının zənginləşməsində müəyyən
rol oynayan üsullardan hesab edilir. Beləliklə, dil yalnız leksik
cəhətdən yeni söz kimi meydana çıxan vahidlər hesabına deyil,
həm də əvvəlcədən mövcud olan sözlərin mənaca dəyişməsi və
yeni məna alması ilə də zənginləşir. Dildə əvvəlcədən mövcud
olan sözlə yeni anlayış, yeni məfhum ifadə olunur. Bu yolla dil
məzmunca zənginləşir. Bununla da, bir forma ilə iki və daha ar-
tıq məzmun bildirilməklə yanaşı, yeni məna almış terminlər dil-
də mövcud olan müxtəlif sözlərlə əlaqəyə girərək lüğət tərkibini
yeni ifadələrlə zənginləşdirir.